Ukraynadan GÖZLƏNİLMƏZ HƏMLƏ – Hazırlıqsız yaxalanan Rusiya çətin duruma DÜŞDÜ

Xəbər verdiyimiz kimi, Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında aparılan danışıqlar artıq başa çatıb. Danışıqların nəticəsinə əsasən, Kiyev ABŞ-ın Rusiya və Ukrayna arasında 30 günlük atəşkəs təklifini qəbul etməyə hazır olduğunu bəyan edib.

Bu barədə ABŞ Dövlət Departamenti Ciddədə baş tutan danışıqların yekunu ilə bağlı bəyanatda qeyd edib. Qeyd edilib ki, bunun müqabilində Vaşinqton Ukraynaya hərbi yardımı və kəşfiyyat məlumatlarının mübadiləsinə qoyulan məhdudiyyəti dərhal aradan qaldıracaq. Həmçinin Zelenski və Tramp Ukraynanın mühüm mineral ehtiyatlarının işlənməsinə dair hərtərəfli sazişin tezliklə bağlanması barədə razılığa gəliblər.

İndi qalır Rusiyanı da 30 günlük atəşkəs təklifinə razı salmaq...

Amma prosesin gedişi belə düşünməyə əsas verir ki, 30 günlük atəşkəs mümkün olmayacaq. Belə ki, tərəflər arasında uçurum həddən artıq dərindir. Digər tərəfdən, Rusiya öz ərazisi olan Kursk vilayətini tam azad etməyincə, çətin ki, atəşkəsə razı olsun. Üstəlik, Kremlə yaxınlığı ilə seçilən bəzi ekspertlər Moskvanın Xerson, Donetsk, Luqansk və Zaporojyedən Ukrayna qoşunlarının tam çıxarılmasından sonra atəşkəsin mümkün ola biləcəyini qeyd edirlər.

 “Top hazırda Rusiya tərəfdədir”

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədov bir aylıq atəşkəsin reallaşacağına əmin olmadığını bildirdi:

“ABŞ üçün çox vacibdir ki, Ukrayna cəbhəsində atəşkəsə nail olunsun. Vaşinqton bu fonda var gücü ilə Ukrayna üzərinə şığıyırdı. Ukrayna isə artıq faktiki olaraq ABŞ-ın təkliflərilə tam razılaşıb. Ən azından özünü belə göstərir ki, ABŞ indi öz təzyiq resursunu Rusiyaya qarşı istifadə etsin. Yəni faktiki olaraq top hazırda Rusiya tərəfindədir.

Hamıya məlumdur ki, təkcə atəşkəslə bu məsələ bitən deyil. Atəşkəsin də öz şərtləri var. Rusiya atəşkəsə nail olmaq üçün daha çox şərtlərə əməl olunmasını istəyir. Ukrayna isə hələlik Rusiyanın istədiklərini verməyə hazır deyil. Hazırda Kiyev ABŞ resurslarından Rusiyaya qarşı istifadə edir ki, bu da kifayət qədər ağıllı strategiyadır”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yol Polisindən piyadalara ÇAĞIRIŞ – VİDEO

Yol Polisindən piyadalara ÇAĞIRIŞ – VİDEO

Gecikdirdiyimiz kreditlər üçün nə qədər cərimələnə bilərik?

Gecikdirdiyimiz kreditlər üçün nə qədər cərimələnə bilərik?

Balıq bahalaşdı - VİDEO

Balıq bahalaşdı - VİDEO

Ürək dərmanı ilə bağlı XƏBƏRDARLIQ - bu preparatla birlikdə qəbulu ölümcül ola bilər

Ürək dərmanı ilə bağlı XƏBƏRDARLIQ - bu preparatla birlikdə qəbulu ölümcül ola bilər

“Beşiktaş”dan biabırçı məğlubiyyət - VİDEO

“Beşiktaş”dan biabırçı məğlubiyyət - VİDEO

Əməkdar artist dağıstanlıların toyunda rəqsə dəvət olundu – VİDEO

Əməkdar artist dağıstanlıların toyunda rəqsə dəvət olundu – VİDEO

“Oskar”a təqdim olunan filmimiz nüfuzlu mükafatı qazana BİLƏR? – Kino xadimlərindən AÇIQLAMA

“Oskar”a təqdim olunan filmimiz nüfuzlu mükafatı qazana BİLƏR? – Kino xadimlərindən AÇIQLAMA

ABŞ ordusu narkotik daşıyan gəmini belə məhv etdi – ANBAAN VİDEO

ABŞ ordusu narkotik daşıyan gəmini belə məhv etdi – ANBAAN VİDEO

Bu gün süfrənizdə mütləq çiy soğan olsun – Səbəbinə təəccüblənəcəksiniz

Bu gün süfrənizdə mütləq çiy soğan olsun – Səbəbinə təəccüblənəcəksiniz

Sabunçu rayonunda yağışın yaratdığı acınacaqlı vəziyyət - VİDEO

Sabunçu rayonunda yağışın yaratdığı acınacaqlı vəziyyət - VİDEO

Tramp: “İstəməsək də, Ukrayna müharibəsindən pul qazanırıq” – VİDEO

Tramp: “İstəməsək də, Ukrayna müharibəsindən pul qazanırıq” – VİDEO

Vanqa 2026-cı ili necə görüb? - Yadplanetlilər gələcək və Putin...

Vanqa 2026-cı ili necə görüb? - Yadplanetlilər gələcək və Putin...

Rusiyadan Dneprə DƏHŞƏTLİ HÜCUM – Ölən və yaralananlar var – FOTO/VİDEO

Rusiyadan Dneprə DƏHŞƏTLİ HÜCUM – Ölən və yaralananlar var – FOTO/VİDEO

Saxta profil açanlara XƏBƏRDARLIQ - “Həbs oluna bilərsiniz”

Saxta profil açanlara XƏBƏRDARLIQ - “Həbs oluna bilərsiniz”

Estoniya hava məkanını pozan Rusiya qırıcılarının FOTOLARI

Estoniya hava məkanını pozan Rusiya qırıcılarının FOTOLARI

Rəsmi Bakıdan BƏYANAT – “Sülh sazişinin imzalanması üçün...”

Rəsmi Bakıdan BƏYANAT – “Sülh sazişinin imzalanması üçün...”

Oğru olmayan ölkədə yaşayan azərbaycanlı: “Bircə it-pişiyin yeyilməsinə dözə bilmirəm”- MÜSAHİBƏ

Oğru olmayan ölkədə yaşayan azərbaycanlı: “Bircə it-pişiyin yeyilməsinə dözə bilmirəm”- MÜSAHİBƏ

Suverenlik formulu

Suverenlik formulu

Formula 1-də İKİNCİ GÜN – Sıralama turu keçiriləcək

Formula 1-də İKİNCİ GÜN – Sıralama turu keçiriləcək

Türkiyə Rusiya qırıcısını vurdu, biz isə... - Litvalı nazir

Türkiyə Rusiya qırıcısını vurdu, biz isə... - Litvalı nazir

Uzunömürlülüyün sirri arıqlıqda yox, köklükdə imiş - Yeni araşdırma

Uzunömürlülüyün sirri arıqlıqda yox, köklükdə imiş - Yeni araşdırma

"Kasıb oğlan məni daşıya bilməz"

"Kasıb oğlan məni daşıya bilməz"

Azərbaycanda kommunal ödənişlərə sığorta haqqı da əlavə OLUNACAQ?

Azərbaycanda kommunal ödənişlərə sığorta haqqı da əlavə OLUNACAQ?

Bu müəllimlər 6000 manatdan çox maaş alacaqlar

Bu müəllimlər 6000 manatdan çox maaş alacaqlar

End of content

No more pages to load

RADİO