Bakıda 3 dostun müdhiş PLANI: Yanmış “Galik”lə kredit götürdülər – TƏFƏRRÜAT

Bakıda 3 dost lizinq şirkətinə qarşı külli miqdarda dələduzluq ediblər. Onlar yanmış “Mercedes G-63” markalı avtomobilin sənədlərini saxtalaşdıraraq lizinq şirkətindən 53 min manat kredit götürüblər.

Bizim.Media “musavat.com”a istinadən xəbər verir ki, maşın alveri ilə məşğul olan Orxan, Üzeyir və Faiq qurulan plana uyğun olaraq əvvəlcə qismən yanaraq yararsız vəziyyətə düşmüş “Mercedes G-63” markalı avtomobili ucuz qiymətə alıblar. Sonra “Hollyvood-Cars” şirkətindən eyni markalı avtomobili 10 günlük icarəyə götürüblər.

Onlar yanmış avtomobilin nömrəsini icarəyə götürdükləri maşının nömrəsi ilə dəyişdiriblər.

Maşının mühərrik nömrəsini də siliblər. Onlar müxtəlif yollarla sənədləri saxtalaşdıraraq avtomobili Faiqin adına sənədləşdiriblər.

Sonra da lizinq şirkətlərindən birindən həmin avtomobilə görə 53 min manat kredit götürüblər. Lizinq şirkəti avtomobili idarə etmək üçün Faiqə etibarnamə verib. Həmin zaman lizinq şirkəti avtomobilə GPS yerləşdirib. Lakin 3 dost icarəyə götürdükləri maşını “Hollyvood-Cars” şirkətinə qaytaran zaman lizinq şirkətinin quraşdırdığı GPS-i çıxarıblar, əvvəlki nömrəsini də yerinə taxıblar. Lizinq şirkəti maşından xəbər tutmayanda 3 dostun əməllərinin üstü açılıb.

Faiq həmin ərəfədə Rusiyaya qaçıb. Orxan və Üzeyir tutularaq məsuliyyətə cəlb edilib. Onlar barəsində dələduzluq maddəsi ilə ittiham elan edilib. Üzeyir və Orxan dəymiş zərəri ödədikləri üçün məhkəmə onlara şərti cəza verib.

Faiq isə uzun müddət axtarışdan sonra saxlanılıb və Bakıda hakim qarşısına çıxarılıb. Ona da eyni maddə ilə ittiham irəli sürülüb. Faiq özünü təqsirli bilməyərək deyib ki, bütün işi Orxan və Üzeyir görüb. Sadəcə, maşını onun adına sənədləşdirildiyini və buna görə 2 min manat aldığını deyib. İfadəsində deyib ki, lizinq şirkətinə gedən zaman ona yeni patlar və bahalı telefon da verilib. Məqsəd şirkətdə özünə qarşı inam yaratmaq olub.

Məhkəmə zərərin ödənilməsini nəzərə alaraq Faiq barəsində də şərti cəza təyin edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Anası tərəfindən zəncirləndiyi deyilən yeniyetmə müəssisəyə yerləşdiriləcək - Rəsmi

Anası tərəfindən zəncirləndiyi deyilən yeniyetmə müəssisəyə yerləşdiriləcək - Rəsmi

Yeni serial öncəsi Burak Özçivitdən diqqət çəkən paylaşım

Yeni serial öncəsi Burak Özçivitdən diqqət çəkən paylaşım

65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir - VİDEO

65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir - VİDEO

Atasının ölümündən sonra xəstəxanaya yerləşdirildi

Atasının ölümündən sonra xəstəxanaya yerləşdirildi

Bu BÜRCLƏR üçün sevgi və pul qapısı açıldı

Bu BÜRCLƏR üçün sevgi və pul qapısı açıldı

Yayda antibiotik istifadə edənlərə XƏBƏRDARLIQ

Yayda antibiotik istifadə edənlərə XƏBƏRDARLIQ

TikTok-da qeyri-etik ifadələr işlədən qadın cəzalandırıldı

TikTok-da qeyri-etik ifadələr işlədən qadın cəzalandırıldı

Avropada elektromobil satışları bu səbəbdən artdı

Avropada elektromobil satışları bu səbəbdən artdı

Ləğv olunan 19 bankda əmanətlərin ümumi məbləği açıqlanıb

Ləğv olunan 19 bankda əmanətlərin ümumi məbləği açıqlanıb

Gürcüstanda zəlzələ olub

Gürcüstanda zəlzələ olub

Beyni kiçildən vərdiş: 20 illik araşdırmanın nəticəsi açıqlandı

Beyni kiçildən vərdiş: 20 illik araşdırmanın nəticəsi açıqlandı

Azərbaycanda ən çox bazar və yarmarkası olan bölgələr

Azərbaycanda ən çox bazar və yarmarkası olan bölgələr

Bu 4 qida qaraciyərə faydalıdır

Bu 4 qida qaraciyərə faydalıdır

Kadir İnanırın mirası kimə qalacaq?

Kadir İnanırın mirası kimə qalacaq?

Ötən gün 45 kiloqramdan çox narkotik aşkarlanıb

Ötən gün 45 kiloqramdan çox narkotik aşkarlanıb

Məhərrəmlik bu tarixdə bitir

Məhərrəmlik bu tarixdə bitir

Tokayev Putini Ukrayna ilə münaqişəni dondurmağa çağırıb

Tokayev Putini Ukrayna ilə münaqişəni dondurmağa çağırıb

Azərbaycan kartofdan milyonlar qazandı – Rəsmi rəqəmlər

Azərbaycan kartofdan milyonlar qazandı – Rəsmi rəqəmlər

Azərbaycanda hepatitə yoluxanların sayı açıqlandı

Azərbaycanda hepatitə yoluxanların sayı açıqlandı

Gürcüstan DTX elektrik kəsintisi ilə bağlı araşdırma aparır

Gürcüstan DTX elektrik kəsintisi ilə bağlı araşdırma aparır

Azərbaycanda investisiyaların sığortalanması mexanizmi hazırlanır

Azərbaycanda investisiyaların sığortalanması mexanizmi hazırlanır

Gürcüstanda elektrik problemi yaşandı: Bakı-Tbilisi qatarı yolda qaldı

Gürcüstanda elektrik problemi yaşandı: Bakı-Tbilisi qatarı yolda qaldı

Fransada meşə yanğınları antirekord qırır

Fransada meşə yanğınları antirekord qırır

Ləğv olunan 19 banka ödənilən kompensasiyanın məbləği açıqlanıb

Ləğv olunan 19 banka ödənilən kompensasiyanın məbləği açıqlanıb

End of content

No more pages to load

RADİO