Qan damarlarını gücləndirmək üçün ən yaxşı MƏHSULLAR

Damarların vəziyyəti bütün orqanizmin sağlamlığına böyük təsir göstərir. Xüsusilə, bu, ateroskleroz və hipertoniyanın inkişaf riski ilə birbaşa əlaqəlidir.

Bizim.Media xəbər verir ki, bu barədə funksional diaqnostika üzrə rusiyalı mütəxəssis, tibb elmləri namizədi İrina Polyayeva xəbərdarlıq edib.

Onun sözlərinə görə, damar sisteminin sağlamlığı üçün əsas amillərdən biri düzgün qidalanmadır.

Həkim damar divarlarını möhkəmləndirən məhsullar haqqında danışıb. Onları təqdim edirik:

Meyvələr və giləmeyvələr

Sitrus meyvələri - limon, portağal, qreypfrut - damarları möhkəmləndirən "C" vitamini ilə zəngindir. Giləmeyvələr (qaragilə, moruq, çiyələk) isə qan dövranını yaxşılaşdıran və iltihab proseslərini azaldan antioksidantlar və flavonoidlər ehtiva edir.

Yaşıl tərəvəzlər və göyərtilər

İspanaq, kələm, brokkoli, yaşıl bibər və digər göyərtilər "K" və "C" vitaminləri, eləcə də maqneziumla zəngindir. Bu maddələr damar divarlarının sağlamlığına müsbət təsir göstərir.

Qoz-fındıq və toxumlar

Qoz, badam, kətan və çia toxumları "omeqa-3" yağ turşularının mənbəyidir. Bu maddələr xolesterinin səviyyəsini aşağı salır və damar elastikliyini artırır.

Balıq və dəniz məhsulları

Dəniz məhsulları "omeqa-3" yağ turşuları ilə zəngindir. Onlar trigliseridlərin səviyyəsini aşağı salır və ürək-damar sisteminin sağlamlığını yaxşılaşdırır.

Taxıllar və liflə zəngin məhsullar

Yulaf, qəhvəyi düyü və kinoa orqanizmdə maddələr mübadiləsini yaxşılaşdıran və damar sağlamlığını dəstəkləyən "B" qrupu vitaminləri və lif ehtiva edir.

Ədviyyatlar və ətirli bitkilər

Sarıkök tərkibində güclü iltihabəleyhinə təsiri olan kurkumin maddəsini saxlayır. Zəncəfil qan dövranını yaxşılaşdırır və antioksidant təsir göstərir. Sarımsaq isə qan dövranını gücləndirir və iltihabla mübarizə aparır.

İrina Polyaeva vurğulayıb ki, damar divarlarının möhkəmləndirilməsi ürək-damar xəstəliklərinin profilaktikasında mühüm rol oynayır. Bunun üçün təkcə düzgün qidalanmaq deyil, həm də müntəzəm fiziki fəaliyyətlə məşğul olmaq və zərərli vərdişlərdən imtina etmək vacibdir. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Anası tərəfindən zəncirləndiyi deyilən yeniyetmə müəssisəyə yerləşdiriləcək - Rəsmi

Anası tərəfindən zəncirləndiyi deyilən yeniyetmə müəssisəyə yerləşdiriləcək - Rəsmi

Yeni serial öncəsi Burak Özçivitdən diqqət çəkən paylaşım

Yeni serial öncəsi Burak Özçivitdən diqqət çəkən paylaşım

65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir - VİDEO

65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir - VİDEO

Atasının ölümündən sonra xəstəxanaya yerləşdirildi

Atasının ölümündən sonra xəstəxanaya yerləşdirildi

Bu BÜRCLƏR üçün sevgi və pul qapısı açıldı

Bu BÜRCLƏR üçün sevgi və pul qapısı açıldı

Yayda antibiotik istifadə edənlərə XƏBƏRDARLIQ

Yayda antibiotik istifadə edənlərə XƏBƏRDARLIQ

TikTok-da qeyri-etik ifadələr işlədən qadın cəzalandırıldı

TikTok-da qeyri-etik ifadələr işlədən qadın cəzalandırıldı

Avropada elektromobil satışları bu səbəbdən artdı

Avropada elektromobil satışları bu səbəbdən artdı

Ləğv olunan 19 bankda əmanətlərin ümumi məbləği açıqlanıb

Ləğv olunan 19 bankda əmanətlərin ümumi məbləği açıqlanıb

Gürcüstanda zəlzələ olub

Gürcüstanda zəlzələ olub

Beyni kiçildən vərdiş: 20 illik araşdırmanın nəticəsi açıqlandı

Beyni kiçildən vərdiş: 20 illik araşdırmanın nəticəsi açıqlandı

Azərbaycanda ən çox bazar və yarmarkası olan bölgələr

Azərbaycanda ən çox bazar və yarmarkası olan bölgələr

Bu 4 qida qaraciyərə faydalıdır

Bu 4 qida qaraciyərə faydalıdır

Kadir İnanırın mirası kimə qalacaq?

Kadir İnanırın mirası kimə qalacaq?

Ötən gün 45 kiloqramdan çox narkotik aşkarlanıb

Ötən gün 45 kiloqramdan çox narkotik aşkarlanıb

Məhərrəmlik bu tarixdə bitir

Məhərrəmlik bu tarixdə bitir

Tokayev Putini Ukrayna ilə münaqişəni dondurmağa çağırıb

Tokayev Putini Ukrayna ilə münaqişəni dondurmağa çağırıb

Azərbaycan kartofdan milyonlar qazandı – Rəsmi rəqəmlər

Azərbaycan kartofdan milyonlar qazandı – Rəsmi rəqəmlər

Azərbaycanda hepatitə yoluxanların sayı açıqlandı

Azərbaycanda hepatitə yoluxanların sayı açıqlandı

Gürcüstan DTX elektrik kəsintisi ilə bağlı araşdırma aparır

Gürcüstan DTX elektrik kəsintisi ilə bağlı araşdırma aparır

Azərbaycanda investisiyaların sığortalanması mexanizmi hazırlanır

Azərbaycanda investisiyaların sığortalanması mexanizmi hazırlanır

Gürcüstanda elektrik problemi yaşandı: Bakı-Tbilisi qatarı yolda qaldı

Gürcüstanda elektrik problemi yaşandı: Bakı-Tbilisi qatarı yolda qaldı

Fransada meşə yanğınları antirekord qırır

Fransada meşə yanğınları antirekord qırır

Ləğv olunan 19 banka ödənilən kompensasiyanın məbləği açıqlanıb

Ləğv olunan 19 banka ödənilən kompensasiyanın məbləği açıqlanıb

End of content

No more pages to load

RADİO