Keçmiş iş yoldaş Artur Rasi-zadə ilə bağlı sirrləri açdı: "Hamıya qadağan etmişdi"

"Artur Rasi-zadə 26 fevral doğum günündə Xocalı faciəsinə görə heç kimə onu təbrik etməyə icazə verməzdi, hətta ailəsinə də".  

Bizim.Media xəbər verir ki, bunu Nazirlər Kabinetinin sektor müdiri Qurban Sadıqov bildirib. 

Keçmiş Baş nazirlə bağlı xatirələrini bölüşən Q.Sadıqov hesab edir ki, peşəkar dövlət xadimi, ləyaqətli insan A.Rasi-zadənin həyat və fəaliyyəti böyük bir məktəbdir.

Onun həyat yoluna nəzər salan sektor müdiri diqqətə çatdırıb ki, A.Rasi-zadə adi mühəndislikdən ölkənin Baş naziri vəzifəsinədək uzun yol keçib: 

"Alicənab, olduqca sadə, sədaqətli, təvazökar, mədəni, savadlı və peşəkar insan olan Artur Rasi-zadə ölkəsini, xalqını, dövlətini qəlbən sevən, dəqiqliyi və konkretliliyi ilə fərqlənən, yüksək idarəetmə qabiliyyətinə malik, operativ qərarlar qəbul etməyi bacaran dövlət xadimidir. O, kadrları seçərkən dövlətçiliyə sədaqətə, biliyə, peşəkarlığa və təcrübəyə üstünlük verərdi. Baş nazir bu keyfiyyətləri ilə Nazirlər Kabineti Aparatında münbit və sağlam mühit yarada bilmişdi. 

Artur Rasi-zadə işlədiyi dövrdə keçmiş Ermənistan-Azərbaycan münaqişəsi məsələlərini, qaçqın və məcburi köçkünlərin problemlərinin həllini daim diqqət mərkəzində saxlayırdı. Keçmiş qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi və mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində hökumətin üzərinə düşən öhdəliklərin operativ yerinə yetirilməsinə ciddi nəzarət edirdi. 

Baş nazirin yanında keçirilən çoxsaylı yüksəksəviyyəli görüşlərdə iştirak edərkən onun nə qədər cəsarətli, prinsipial, xalqını, dövlətini sevdiyinin, əsl Azərbaycan vətəndaşı olmasına dəfələrlə şahidlik etmişəm. Baş nazir tapşırmışdı ki, bir qayda olaraq beynəlxalq təşkilatların yüksəksəviyyəli nümayəndələri ilə keçirilən bütün görüşlərdə Xocalı soyqırımını və xalqımıza qarşı erməni vandalizmini və vəhşiliklərini əks etdirən fotoşəkillər, videoyazılar, mümkün olan bütün sübutlar nümayiş etdirilsin, qonaqlara təqdim olunsun.

O, ermənilərin, Ermənistan ordusunun işğal olunmuş ərazilərimizdə törətdikləri vəhşilikləri, azərbaycanlılara verdikləri işgəncələri, doğma yurd-yuvalarından zorla qovulmuş qaçqınların və didərgin düşmüş məcburi köçkünlərin acınacaqlı və dözülməz vəziyyətini qonaqların diqqətinə çatdırarkən çox qətiyyətlə bildirirdi ki, sülh danışıqları heç bir nəticə verməsə, biz iqtisadi gücümüzü və ölkəmizin müdafiə potensialını gücləndirməklə öz torpaqlarımızı hərbi yolla işğaldan qurtaracaq, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa edəcəyik. 

Belə də oldu. 2016-cı ildə başlayan Aprel döyüşləri, 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında bir günlük antiterror əməliyyatları nəticəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bütün torpaqlarımız işğaldan azad olundu.

"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində bu gün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı abadlıq, tikinti və quruculuq işləri gedir, bütün infrastrukturu ilə birlikdə yeni şəhərlər və qəsəbələr salınır, keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Bu, Artur Rasi-zadənin ən böyük arzusu idi və nə yaxşı ki, o, bu arzusuna qovuşur". 

Nazirlər Kabinetinin sektor müdiri onu da bildirib ki, Artur Rasi-zadə həm də nümunəvi ailə başçısıdır: "Qızı Nailə xanımı, onun ailə üzvlərini tanıyanlar onların necə səmimi, sadə, mehriban insan olduqlarını yaxşı bilirlər. 

Artur Rasi-zadə həmişə deyir ki, Ulu Öndər Heydər Əliyevin şagirdidir. Amma bu gün dövlət və hökumət qurumlarında yüksək vəzifə tutan, xalqa və vətənə ləyaqətlə qulluq edənlər arasında Artur müəllimin özünün də şagirdləri az deyil. Sözsüz ki, bu, A.Rasi-zadənin 90 illik həyatında əldə etdiyi ən dəyərli qazancıdır". 

Qeyd edək ki, fevralın 26-da keçmiş Baş nazir Artur Rasi-zadənin 90 yaşı tamam olub. Prezident İlham Əliyevin sərəncamına əsasən, o, "Heydər Əliyev" ordeni ilə təltif olunub. Dövlət başçısı sabiq Baş naziri qəbul edərək "Heydər Əliyev" ordenini ona şəxsən təqdim edib. (Teleqraf) 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

AQC Milli Mətbuat Günündə media nümayəndələri ilə görüş keçirib – FOTOLAR

AQC Milli Mətbuat Günündə media nümayəndələri ilə görüş keçirib – FOTOLAR

"Çəhrayı Pantera"nın fon musiqisinin ifaçısı vəfat etdi – FOTO

"Çəhrayı Pantera"nın fon musiqisinin ifaçısı vəfat etdi – FOTO

Oğuzda yanğın törədən şəxs məsuliyyətə cəlb olundu – FOTO

Oğuzda yanğın törədən şəxs məsuliyyətə cəlb olundu – FOTO

Azərbaycanın Türkiyə və Özbəkistandakı yeni səfirləri KİMDİR? – DOSYE

Azərbaycanın Türkiyə və Özbəkistandakı yeni səfirləri KİMDİR? – DOSYE

Bakı–Tbilisi–Bakı qatarlarında sərnişin yerlərinin sayı 2 dəfədən çox ARTIRILDI - FOTO

Bakı–Tbilisi–Bakı qatarlarında sərnişin yerlərinin sayı 2 dəfədən çox ARTIRILDI - FOTO

Rəşad Aslanov Türkiyəyə səfir TƏYİN EDİLDİ – SƏRƏNCAM

Rəşad Aslanov Türkiyəyə səfir TƏYİN EDİLDİ – SƏRƏNCAM

“BMW” ABŞ-da yüzminlərlə avtomobilini geri çağırır - ŞOK SƏBƏB

“BMW” ABŞ-da yüzminlərlə avtomobilini geri çağırır - ŞOK SƏBƏB

Rəşad Məmmədov Özbəkistana səfir TƏYİN OLUNDU

Rəşad Məmmədov Özbəkistana səfir TƏYİN OLUNDU

Azərbaycanın Türkiyədəki səfiri vəzifəsindən geri ÇAĞIRILDI

Azərbaycanın Türkiyədəki səfiri vəzifəsindən geri ÇAĞIRILDI

Təkcə sirkə deyil: Çaydandakı ərpi təmizləməyin altı ev üsulu

Təkcə sirkə deyil: Çaydandakı ərpi təmizləməyin altı ev üsulu

İlham Əliyev "Kraudfandinq haqqında" qanunu TƏSDİQLƏDİ

İlham Əliyev "Kraudfandinq haqqında" qanunu TƏSDİQLƏDİ

Prezidentdən İqtisadiyyat Nazirliyi ilə bağlı FƏRMAN

Prezidentdən İqtisadiyyat Nazirliyi ilə bağlı FƏRMAN

Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər”- Vəzifəli şəxslər həbs edildi

Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər”- Vəzifəli şəxslər həbs edildi

İcbari tibbi sığorta şəhadətnaməsi ELEKTRON QAYDADA veriləcək

İcbari tibbi sığorta şəhadətnaməsi ELEKTRON QAYDADA veriləcək

20 manatlıq dövlət rüsumu LƏĞV OLUNDU

20 manatlıq dövlət rüsumu LƏĞV OLUNDU

İran ABŞ-ın İraq Kürdüstanındakı konsulluğuna zərbə endirdi – VİDEO

İran ABŞ-ın İraq Kürdüstanındakı konsulluğuna zərbə endirdi – VİDEO

Hacıbaba Məmmədov yüksək vəzifəyə TƏYİN OLUNDU

Hacıbaba Məmmədov yüksək vəzifəyə TƏYİN OLUNDU

Rusiyanın daha bir neft bazası vuruldu – ANBAAN VİDEO

Rusiyanın daha bir neft bazası vuruldu – ANBAAN VİDEO

"Belə xəbərlər mənə və ailəmə pis təsir edir" -Joni Montiel

"Belə xəbərlər mənə və ailəmə pis təsir edir" -Joni Montiel

Rəsmi nikah yoxdursa, aliment almaq mümkündürmü? – HÜQUQİ İZAH

Rəsmi nikah yoxdursa, aliment almaq mümkündürmü? – HÜQUQİ İZAH

Birinin 14, digərinin 13 il həbsi tələb edildi

Birinin 14, digərinin 13 il həbsi tələb edildi

Kirayə xətti ilə mənzil sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ

Kirayə xətti ilə mənzil sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ

AAYDA-ya məxsus MMC ləğv olundu

AAYDA-ya məxsus MMC ləğv olundu

CHP-dən istefa verib - Yeni partiya yaratdı

CHP-dən istefa verib - Yeni partiya yaratdı

End of content

No more pages to load

RADİO