Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər”- Vəzifəli şəxslər həbs edildi

Azərbaycanda bir qrup sahibkarın kənd təsərrüfatına yönəldiləcəyi adı ilə dövlətə məxsus “Aqrarkredit” (Bank olmayan kredit təşkilatı) QSC-dən külli miqdarda kredit götürdüyü üzə çıxıb.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, qanun pozuntusu ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirib.
 

Əməliyyat nəticəsində “Şurabad quşçuluq” MMC-nin direktoru Fuad Süleymanov, “Şurabad broyler”in direktoru Tofiq Musayev, “Salyansüd” MMC-nin qanuni təmsilçisi Fazil Rüstəmov və onlarla əlbir olan Faiq Rüstəmov, Süleyman İsmayılov və Yaşar Qurbanov saxlanılıb.


İlkin ittihama görə, sözügedən şirkət rəhbərləri kənd təsərrüfatı fəaliyyətinin maliyyələşdirilməsi adı ilə “Aqrarkredit” QSC-dən ümumilikdə 100 milyon manatdan artıq kredit alıblar. Lakin araşdırma zamanı müəyyən edilib ki, həmin vəsaitlər təyinatı üzrə istifadə olunmayıb, kənd təsərrüfatına yönəldilmək əvəzinə şəxsi ehtiyaclara sərf edilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib, məhkəmənin qərarı ilə hər biri barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Digər məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində “Aqrarkredit” QSC-nin sabiq rəhbəri, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev barəsində də cinayət təqibi aparılır.

İstintaq materiallarına əsasən, indi həbs edilən şəxslər M.Musayevlə əlbir olaraq xüsusilə külli miqdarda dələduzluq cinayəti törədiblər. Onlardan bəziləri Konfederasiya prezidentinin yaxınlarıdır. Tofiq Musayev onun qardaşı oğludur, Fazil Rüstəmov isə Musayevin müavini işləyib.
 

Qeyd edək ki, “Aqrarkredit” QSC (Bank olmayan kredit təşkilatı) səhmləri tamamilə dövlətə məxsus olan maliyyə qurumudur. QSC-nin əsas məqsədi sahibkarlıq subyektlərinin, xüsusilə regionlarda fəaliyyət göstərən bizneslərin maliyyələşdirilməsi və güzəştli kreditlərin verilməsidir.


“Aqrarkredit” yarandığı 2001-ci ildən 2025-ci ilə kimi rəhbəri Məmməd Musayev olub. Sahil Babayev maliyyə naziri təyin ediləndən bir müddət sonra o, QSC-dən kənarlaşdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xaçmazda işıq KƏSİLDİ – SƏBƏB

Xaçmazda işıq KƏSİLDİ – SƏBƏB

DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub

DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub

Prezidentdən əməkhaqqı və pensiyalarla bağlı ŞAD XƏBƏR: “Göstəriş verildi”

Prezidentdən əməkhaqqı və pensiyalarla bağlı ŞAD XƏBƏR: “Göstəriş verildi”

Əli Əhmədov: “Yeni Azərbaycan Partiyasının nüfuzu ölkənin hüdudlarını aşıb”

Əli Əhmədov: “Yeni Azərbaycan Partiyasının nüfuzu ölkənin hüdudlarını aşıb”

Azad edilmiş ərazilərə köçürülən və işlə təmin olunanların SAYI AÇIQLANDI – RƏSMİ

Azad edilmiş ərazilərə köçürülən və işlə təmin olunanların SAYI AÇIQLANDI – RƏSMİ

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış – BİRGƏ ƏMƏLİYYAT

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış – BİRGƏ ƏMƏLİYYAT

Sabah leysan olacaq, güclü külək əsəcək – PROQNOZ

Sabah leysan olacaq, güclü külək əsəcək – PROQNOZ

Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər

Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər

Azər Ələsgərov yüksək vəzifəyə TƏYİN OLUNDU

Azər Ələsgərov yüksək vəzifəyə TƏYİN OLUNDU

Sabirabadda əsaslı təmir işləri aparılan yolda SON VƏZİYYƏT

Sabirabadda əsaslı təmir işləri aparılan yolda SON VƏZİYYƏT

Azərbaycanda pul bazası ARTIB

Azərbaycanda pul bazası ARTIB

Sumqayıt məktəbində zəhərlənən şagirdlərin sayı 21-ə ÇATDI - VİDEO

Sumqayıt məktəbində zəhərlənən şagirdlərin sayı 21-ə ÇATDI - VİDEO

Akademiyaya yeni prorektor TƏYİN OLUNDU - FOTO

Akademiyaya yeni prorektor TƏYİN OLUNDU - FOTO

Maşında həyat yoldaşını döyən rəqqasla bağlı DİN-dən AÇIQLAMA

Maşında həyat yoldaşını döyən rəqqasla bağlı DİN-dən AÇIQLAMA

“Şagirdlərdən biri evdən şokolad gətirib və sinif yoldaşlarına paylayıb” – Direktor müavini DANIŞDI - FOTO

“Şagirdlərdən biri evdən şokolad gətirib və sinif yoldaşlarına paylayıb” – Direktor müavini DANIŞDI - FOTO

Hikmət Hacıyev: “Sülh sazişini yalnız Ermənistan hökuməti ilə deyil, erməni xalqı ilə də bağlamaq istəyirik”

Hikmət Hacıyev: “Sülh sazişini yalnız Ermənistan hökuməti ilə deyil, erməni xalqı ilə də bağlamaq istəyirik”

Prezidentin köməkçisindən Azərbaycan-ABŞ münasibətləri ilə bağlı AÇIQLAMA

Prezidentin köməkçisindən Azərbaycan-ABŞ münasibətləri ilə bağlı AÇIQLAMA

Gözəllik salonu və marketlərdən oğurluğun ANBAAN VİDEOSU

Gözəllik salonu və marketlərdən oğurluğun ANBAAN VİDEOSU

"Həyat yoldaşım, səni sevirəm" - Evləndilər – FOTO

"Həyat yoldaşım, səni sevirəm" - Evləndilər – FOTO

İlham Əliyev: “Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib”

İlham Əliyev: “Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib”

İlham Əliyev: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"

İlham Əliyev: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"

Sumqayıtda 14 şagirdin zəhərlənmə səbəbi açıqlandı – RƏSMİ

Sumqayıtda 14 şagirdin zəhərlənmə səbəbi açıqlandı – RƏSMİ

Sumqayıt məktəbindəki kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA

Sumqayıt məktəbindəki kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA

Prezident: “Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir”

Prezident: “Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir”

End of content

No more pages to load

RADİO