Fransa casusundan məhkəmədə ŞOK ETİRAFLAR

Dövlət Təhlükəsizliyi Xidmətində başladılan cinayət işi üzrə Fransaya casusluqda ittiham edilən Martin Ryan və Azad Məmmədlinin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Martin Ryan ifadə verib.

O bildirib ki, Fransanın Azərbaycandakı səfirliyində 3 nəfərlə əlaqəsi olub: "Həmin adamlar xüsusi xidmət orqanlarının əməkdaşları idi. Bu şəxslər mənə bəlli bir məbləğ qarşılığında bir iş görməyimi təklif etdilər. Həmin iş təhlükəli olduğu üçün qəbul etmədim. Onlar hər zaman Fransa ilə rəqabətdə olan ölkələri araşdırırdılar. Mən onlara inanıb əməkdaşlıq etmişəm. Vaxt keçdikcə əlaqəni kəsə bilmədim. Buna görə də peşmanam. İş üzrə günahkar Fransa hökumətidir.

Mən buraya biznes qurmaq üçün gəlmişəm. 2015-ci ildə turist kimi Azərbaycana gəldim, bir il sonra burada Ramin adlı şəxslə tanış oldum və iş qurduq. İşlərimiz inkişaf etdi. Mənim səfirliklə əlaqələrim genişləndi. Biz Fransa şirkətlərini işə cəlb etdik. Mən Azərbaycana köçdüm, dili öyrəndim”.

Ardınca təqsirləndirilən şəxs ifadəsində bildirib: "Onlar bizi manipulyasiya yolu ilə əməkdaşlıq əlaqəsində saxlayıblar. Onlar Azərbaycanla yanaşı, İran və Rusiya ilə bağlı məlumatları toplayıb onlara bildirməyimizi istəyirdilər”.

Təqsirləndirilən Martin Ryan qeyd edib ki, Fransa səfirliyində 4-cü agent olub:

“Həmin agentin Azadla əlaqəsi olub. Mən də onunla bir dəfə görüşmüşəm”.

İfadəsinin davamında Martin Ryan bildirib:

“20 dekabr 2023-cü ildə Fransa prezidenti sərəncam verərək Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emyeni vəzifəsindən azad etdi. Bununla da Fransa hökuməti öz xüsusi xidmət orqanları vasitəsilə Azərbaycanda həyata keçirmək istədiyi kəşfiyyat fəaliyyətinin uğursuzluqla nəticələnməsini bir növ etiraf etmiş oldu. Həmin vaxt Jerom və Loran adlı kəşfiyyatçılar Azərbaycandan deport edilib. Həmin şəxslər mən və Azadın saxlanıldığını bilirdi. Onlar nəinki bizi xilas etməyə səy göstərmədilər, hətta DTX-yə gəlməkdən imtina etdilər”.

Martin Ryan ifadəsində qeyd edib ki, həbsi ilə bağlı Fransa mətbuatına müraciət etsə də, bir söz belə yayımlanmayıb:

“Sonra bir erməni bloger mənim həbsimi ictimailəşdirdi. Buna reaksiya verildi və Fransa hökuməti bəyanat verdi. Bəyanatda həbsimin qeyri-qanuni olduğu vurğulanırdı".

Martin Ryan ifadəsinin sonunda bu işdə günahkarın Fransa hökuməti olduğunu söyləyib: "Fransa hökuməti vətəndaşının arxasında durmalı idi, məni pis vəziyyətdə saxlamalı deyildi. 15 aydır həbsdəyəm. Demək olar hər şeyimi itirmişəm. Hesab edirəm ki, Fransa hökuməti mənimlə dürüst davranmalı, mənə kömək etməli, həmin agentlərin davranışına görə Azərbaycan dövləti qarşısında məndən üzr istəməlidir”.

Proses martın 12-də davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər 2023-cü il dekabrın 4-də həbs olunub. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən “Merkorama” MMC-nin baş direktoru olan Martin Ryana qarşı AR Cinayət Məcəlləsinin 276-cı maddəsi (casusluq) üzrə ittiham irəli sürülüb.

İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib. Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədliyə 274-cü maddə (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb. (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pezeşkianın Xameneinin oğullarına soyuq davranışı diqqət çəkdi - VİDEO

Pezeşkianın Xameneinin oğullarına soyuq davranışı diqqət çəkdi - VİDEO

Dünya çempionatının oyununa bilet 8 milyon dollara SATILIR

Dünya çempionatının oyununa bilet 8 milyon dollara SATILIR

Türkiyə MN-dən NATO mesajı: “İkinci ən böyük ordusuyuq” - VİDEO

Türkiyə MN-dən NATO mesajı: “İkinci ən böyük ordusuyuq” - VİDEO

Ərdoğan Mark Rütte ilə görüşdü - FOTO

Ərdoğan Mark Rütte ilə görüşdü - FOTO

"Mənə əsəb həkimi lazımdır, gərgin vəziyyətdəyəm"

"Mənə əsəb həkimi lazımdır, gərgin vəziyyətdəyəm"

Balaxanı sakinlərinin diqqətinə: Qazınız kəsiləcək

Balaxanı sakinlərinin diqqətinə: Qazınız kəsiləcək

Tramp: "İranla ya razılaşacağıq, ya da işi başa çatdıracağıq"

Tramp: "İranla ya razılaşacağıq, ya da işi başa çatdıracağıq"

YAP-da TƏYİNATLAT: 6 rayona yeni sədr seçildi - FOTO

YAP-da TƏYİNATLAT: 6 rayona yeni sədr seçildi - FOTO

Cəlilabadda 7 min sakinin yol həsrəti bitir - VİDEO

Cəlilabadda 7 min sakinin yol həsrəti bitir - VİDEO

İcra məmuru olmaq istəyənlərin NƏZƏRİNƏ: Son müraciət TARİXİ açıqlandı - FOTO

İcra məmuru olmaq istəyənlərin NƏZƏRİNƏ: Son müraciət TARİXİ açıqlandı - FOTO

Türkiyə NATO-nun ən güclü ordularından birinə sahibdir - Rütte

Türkiyə NATO-nun ən güclü ordularından birinə sahibdir - Rütte

Ukrayna Rusiyanın Omsk neft emalı zavodunu VURDU - VİDEO

Ukrayna Rusiyanın Omsk neft emalı zavodunu VURDU - VİDEO

Korlanmış əti camaata yedizdirəcəkdilər - FOTO

Korlanmış əti camaata yedizdirəcəkdilər - FOTO

Qusarda ağsaqqalların illik hesabatı dinlənildi - FOTO

Qusarda ağsaqqalların illik hesabatı dinlənildi - FOTO

Cəlilabadda heyvanlar arasında naməlum xəstəlik yayıldı – Heyvanlar tələf olur - FOTO

Cəlilabadda heyvanlar arasında naməlum xəstəlik yayıldı – Heyvanlar tələf olur - FOTO

Leyla Əliyeva Qəbələdə uşaqlarla birlikdə ağac əkdi - FOTOLAR

Leyla Əliyeva Qəbələdə uşaqlarla birlikdə ağac əkdi - FOTOLAR

Nazirlikdən çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Nazirlikdən çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Azərbaycan daha bir Beynəlxalq Konvensiyaya qoşulacaq

Azərbaycan daha bir Beynəlxalq Konvensiyaya qoşulacaq

Bakı və Kiyev arasında hüquqi yardımlaşma genişləndirilir

Bakı və Kiyev arasında hüquqi yardımlaşma genişləndirilir

Valideynlərin NƏZƏRİNƏ: Sabahdan qəbul başlayır!

Valideynlərin NƏZƏRİNƏ: Sabahdan qəbul başlayır!

Azərbaycanla bu ölkə arasında viza tələbi LƏĞV OLUNDU

Azərbaycanla bu ölkə arasında viza tələbi LƏĞV OLUNDU

Prezidentdən Dövlət Neft Fondu ilə bağlı SƏRƏNCAM

Prezidentdən Dövlət Neft Fondu ilə bağlı SƏRƏNCAM

Ölkədə qızılca və suçiçəyinə yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA

Ölkədə qızılca və suçiçəyinə yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA

Kartdan karta səhv köçürülən pulu necə geri almaq olar?

Kartdan karta səhv köçürülən pulu necə geri almaq olar?

End of content

No more pages to load

RADİO