Azərbaycan 1-ci liqasının 16-cı turu çərçivəsində bu gün keçirilməli olan "Mingəçevir" - "Difai" oyunu təxirə salınıb.
Bizim.Media xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Görüşün saat 14:00-da başlaması planlaşdırılırdı. Lakin qarşılaşma hava şəraiti ilə əlaqədar təxirə salınıb. Bildirilib ki, matçın yeni vaxtı və digər detallarla bağlı əlavə məlumat veriləcək.
Bizim.Media