Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 28-i Vaşinqtona səfər edəcək.
Bizim.Media xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə Nazirlər Kabinetinin ilk iclasında deyib.
“Zelenski cümə günü buraya gələcək. Bu qərar artıq təsdiqini tapıb”, - deyə Tramp qeyd edib.
O bildirib ki, Zelenskinin səfəri çərçivəsində Ukraynanın resursları ilə bağlı saziş imzalanacaq.
Bizim.Media