Rus bankirin azərbaycanlı sevgilisinə tikdiyi 20 milyardlıq VİLLA… - FOTO

Bir neçə illik nisbi sakitlikdən sonra rusiyalı bankir Andrey Kostin və onun azərbaycanlı sevgilisi, teleaparıcı Nailə Əsgərzadənin adları yenidən korrupsiya qalmaqalında hallanır.

Bizim.Media xəbər verir ki, bu dəfə “The Insider” komandası bankirin və teleaparıcının aktivlərinin monitorinqini aparıb. 

Jurnalist araşdırması zamanı məlum olub ki, VTB-nin rəhbəri Kostin qeyri-qanuni yolla əldə etdiyi dövlət vəsaitlərini sevgilisi Nailə Əsgərzadəyə hədiyyə etməkdə davam edir.

The Insider-in araşdırmasına görə, oğurlanan vəsaitlərin miqyası heyrətamizdir:

"Ancaq oxuduqdan sonra özünüzə sual verin: Andrey Kostinin hansı aktivləri kölgədə qaldı? Hansı məqamlar aydınlaşdırılmayıb? Axı bütün bunlar Kostinin miqyasında yalnız xırda şeylər, aysberqin görünən hissəsidir. Təbii ki, orta rusiyalı belə pulları ancaq xəyal edə bilər. Bəs pərdə arxasında nələr qalır? Nə vaxtsa məsələ ilə bağlı əsl vəziyyətini öyrənmək mümkün olacaqmı? Çətin ki, bir şey ortaya çıxsın. Andrey Kostinin izləri itirmək bacarığını inkar etmək olmaz. Onun hətta Nailə Əsgərzadə üçün aldığı torpaq sahəsi bir neçə ofşor şirkətinin arxasında gizlədilmişdi".

Araşdırmanın müəllifləri qeyd edirlər ki, oğurlanmış vəsaitlərin həqiqi miqyasını yalnız təxmin etmək olar.

Dövlət bankından Andrey Kostinin cibinə nə qədər vəsait axdığı barədə təxminləri onun 2019-cu ildə Nailə Əsgərzadənin adına keçirdiyi Razdorı kəndindəki 1 torpaq sahəsinin qiyməti (3 milyard rubldan artıq) əsasənda qurmaq olar:

"Ancaq o vaxtdan çox sular axdı. Ona görə də Andrey Kostinin altı il əvvəl məşuqəsinə verdiklərini sadalamağa ehtiyac yoxdur. Üstəlik, həmin aktivlərin əhəmiyyətli hissəsi artıq offşor şirkətlərə köçürülüb. Baxmayaraq ki, biz hələ də Navalnının araşdırmasına baxmağı tövsiyə edirik. Bu, sadəcə ölkədə baş verən dəhşətləri anlamaq üçün lazımdır". 

Bununla belə, The Insider-in yeni araşdırmasında 2025-ci ilin əvvəlinə aid məlumatlar da yer alıb:

"Bu məlumatlar Korrupsiya ilə Mübarizə Fondunun təhqiqatında açıqlananlardan daha şokedicidir. Navalnının araşdırmasından sonra Kipr ofşoru Godovari Limited-ə məxsus "Godovari Development" MMC-nin adına rəsmiləşdirilən Razdorı kəndindəki torpaq sahəsi hələ də qalır. İndi orada dəbdəbəli ev tikilib. Tikintiyə Kostin özü şəxsən nəzarət edib.

Evin qiyməti dəbdəbəsinə uyğundur - təkcə onun tikintisinə xərclənən vəsaitin həcmi 20 milyard rublu keçib. Bütün işlərə nə qədər xərcləndiyini isə yalnız təxmin etmək olar. Yeri gəlmişkən, evin olduqca romantik adı var - "Şamlıqda villa". Villanın içi və çölü şüşə, tunc, mərmərlə bəzədilib. Mühafizə işini də unutmayıblar. Mühafizəşilər üçün 4,3 hektar ərazidə ayrıca ev tikiblər. Həmin “ev” yalnız Kostin və Əsgərzadənin evi ilə müqayisədə sadə görünür. Əslində isə içəridə hər cür şərait var və orada bir bölük əsgəri yerləşdirmək olar. Bütün bunlar neçəyə başa gəlib? Amma bunun nə fərqi var, pul dövlətin puludur, dövlət isə məlum olduğu kimi, bundan yoxsullaşmayacaq".

The Insider müəllifləri qeyd edirlər ki, bu, yaşlı bankirin nisbətən gənc məşuqəsinə (Kostinin 68, Əsgərzadənin 37 yaşı var) bağışladığı yeganə sərvət deyil:

"Andrey Kostinin Nailə Əsgərzadəyə verdiyi hədiyyələrə diqqət etdikdə, onlara böyük deyil, çox böyük pullar xərcləndiyi aydın olur. Çünki o, başqa şeylərlə yanaşı, Əskərzadəyə məşhur Rublevkada 250 milyon rubla ev, "Novaya Ostojenka" elit yaşayış kompleksində iki mənzil, 4 milyard rublluq "Sea&Us" yaxtası, 60 milyon dollara "Bombardier Global 6000" reaktiv təyyarəsini də hədiyyə edib.

Bunlar yalnız ən böyük və araşdırma aparıb Nailə Əsgərzadəyə aid olduqlarını sübuta yetirə bildiyimiz "hədiyyələrdir". Baxmayaraq ki, onların mülkiyyət hüququ son dərəcə dolaşıqdır, ya ofşor şirkətlərdə, ya da kimlərinsə adına qeydiyyatdan keçirilib. Amma bütün bu saraylar, gəmilər, təyyarələr Nailə Əsgərzadənin istifadəsindədir. Yeri gəlmişkən, o, beynəlxalq sanksiyalar siyahısına daxil edilib. Xüsusilə Ukrayna, Kanada və Böyük Britaniya Kostinin məşuqəsinə qarşı sanksiyalar tətbiq edib.

Bu sanksiyalar Rusiyada alovlu vətənpərvərləri çox qəzəbləndirdi. Onlar həmin sanksiyalarda dərhal rusofobiya izi gördülər:

"Rusları incidirlər!" Baxmayaraq ki, vicdanla yanaşsaq, ingilislərə təşəkkür etməliyik. Heç olmasa, ona görə ki bu sanksiyalara görə Kostinin məşuqəsinin adının qeydə aldırdığı əmlaklarıla bağlı problemi yoluna qoyması o qədər də asan olmayacaq. Hamı başa düşür ki, niyə ingilislərin əvəzinə bunu Rusiya Federasiyası etmədi. Ona görə də bu barədə danışmağa dəyməz.

Lakin bütün bu araşdırmalarda bir əsas sual açıq alır. Daha doğrusu, iki sual. Birincisi, Andrey Kostin Nailə Əsgərzadənin adına daha nələri keçirib? Söhbət yeni yaxta və villalardan getmir. Söhbət Andrey Kostinin sahib olduğu biznesdən gedir. VTB dövlət bankından onun cibinə Əsgərzadə üçün aldığı oyuncaqlardan qat-qat çox pul gedir. Ancaq buradakı izlər çox diqqətlə gizlədilir. Artıq qeyd etdiyimiz kimi, Kostin "ucları suda gizlətməyi bacarır". Məlum olanlar bu dövlət xadimi və Putinə yaxın olan şəxslərin dövlət xəzinəsindən çıxardığı nəhəng aktivlərin yalnız görünən hissəsidir.
 

İkinci sual, Andrey Kostin zəhmətlə əldə etdiyi hər şeyi niyə Nailə Əsgərzadəyə təhvil verir? Axı onun "hədiyyələrin" ən azı bir hissəsini nümaiş etdirəcəyi qaçılmaz idi. Məhz belə də oldu. Bundan əlavə, “teleaparıcı və jurnalist” olsa da, Kostin niyə onun üçün riskə gedir?


Bu sualın cavabı yoxdur, yalnız təxminlər var. Görünür, Kostin ayağı altında torpağın yandığını hiss edir. Çətin ki bu, beynəlxalq sanksiyalarla bağlı olsun. Ola da bilər. Amma adətən, belə "dərzi"lər yad adamlardan deyil, özününkülərdən qorxur. Gücün zirvəsinə birlikdə gəldiyi adamlardan. Öz aralarında getdikcə daha şiddətli çəkişmələr aparan fiqurların hörümçəklər bankında nə baş verdiyini heç kim bilmir. Ancaq açıq-aydın nəsə baş verir və bu, müsbət bir şey deyil. Ən azından bankir Andrey Kostin üçün"... (mənbə Bakupost.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Naxçıvanda 3 minə yaxın abonentin qazı kəsildi

Naxçıvanda 3 minə yaxın abonentin qazı kəsildi

Bakalavriat səviyyəsində faktiki qəbul 18 faiz artıb - RƏSMİ

Bakalavriat səviyyəsində faktiki qəbul 18 faiz artıb - RƏSMİ

Premyer Liqada cari mövsümdə 36 penalti, 29 qol qeydə alınıb

Premyer Liqada cari mövsümdə 36 penalti, 29 qol qeydə alınıb

Tədqiqat: Tünd şokoladdakı bir maddə qocalmanı yavaşlada bilər

Tədqiqat: Tünd şokoladdakı bir maddə qocalmanı yavaşlada bilər

“Ruslar heç bir referendum istəmirlər” - Zelenski

“Ruslar heç bir referendum istəmirlər” - Zelenski

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

"Qalatasaray" futbolçusu ilə SAĞOLLAŞIR

"Qalatasaray" futbolçusu ilə SAĞOLLAŞIR

Ağdamda xəstəxananın tikintisinə 9,5 milyon manat AYRILDI

Ağdamda xəstəxananın tikintisinə 9,5 milyon manat AYRILDI

Leyla Əliyeva və Arzu Əliyeva Milli Onkologiya Mərkəzini ziyarət etdilər - FOTO

Leyla Əliyeva və Arzu Əliyeva Milli Onkologiya Mərkəzini ziyarət etdilər - FOTO

"Həyatımda içki və siqaret yoxdur"

"Həyatımda içki və siqaret yoxdur"

Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

“Rusiya Odessa və digər şəhərləri infrastruktur baxımından təcrid etmək istəyir” - Zelenski

“Rusiya Odessa və digər şəhərləri infrastruktur baxımından təcrid etmək istəyir” - Zelenski

“Qarabağ”da 2025-ci ildəki 11 önəmli HADİSƏ

“Qarabağ”da 2025-ci ildəki 11 önəmli HADİSƏ

Zelenski: “Putinlə istənilən formatda görüşməyə hazıram”

Zelenski: “Putinlə istənilən formatda görüşməyə hazıram”

63 yaşlı qadını maşın vurub öldürdü

63 yaşlı qadını maşın vurub öldürdü

Şeyma Subaşı SAXLANILDI

Şeyma Subaşı SAXLANILDI

"Arsenal" çempionluq yolunda itki ilə ÜZLƏŞDİ

"Arsenal" çempionluq yolunda itki ilə ÜZLƏŞDİ

Bakıda ağaclıq sahədə YANĞIN OLUB - VİDEO

Bakıda ağaclıq sahədə YANĞIN OLUB - VİDEO

Qusarda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri KEÇİRİLDİ - FOTO

Qusarda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri KEÇİRİLDİ - FOTO

İran Kanada hərbi-dəniz donanmasını terror təşkilatı ELAN ETDİ

İran Kanada hərbi-dəniz donanmasını terror təşkilatı ELAN ETDİ

Namiq Qaraçuxurlu karyerasını bitirmək istəyirmiş

Namiq Qaraçuxurlu karyerasını bitirmək istəyirmiş

Prezidentdən bayram PAYLAŞIMI - FOTO

Prezidentdən bayram PAYLAŞIMI - FOTO

QHT Agentliyinin Müşahidə Şurasının yeni üzvləri - FOTO

QHT Agentliyinin Müşahidə Şurasının yeni üzvləri - FOTO

“Beşiktaş” “Spartak”ın futbolçusu ilə danışıq aparır

“Beşiktaş” “Spartak”ın futbolçusu ilə danışıq aparır

End of content

No more pages to load

RADİO