Quba rayon məhkəməsinin binasında yanğın hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu məsələ ilə bağlı Quba rayon icra hakimiyyətindən məlumat alıb.
Məlumata görə, binanın 1-ci mərtəbəsindəki elektrik xəttində qısa qapanma olub və yanğın başlayıb.
Yanğın dərhal işçilər tərəfindən söndürülüb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.