Ukrayna Danimarkadan 2 milyard kron (təxminən 268 milyon avro) məbləğində yardım alacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Danimarka hökumətinin mətbuat xidməti məlumat yayıb.
"Danimarka Ukraynaya əlavə olaraq 2 milyard kron ayırır. Vəsait əsgəri təchizata və Ukrayna qüvvələrinin Şimali Avropa və Baltikyanı ölkələrlə birlikdə inkişafına yönəldiləcək", - deyə məlumatda qeyd edilib.
Bizim.Media