"Ankaragücü"dən ayrılan Renat Dadaşovun yeni klubu müəyyənləşib.
Bizim.Media xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu karyerasını Polşada davam etdirəcək.
25 yaşlı forvard "Radomyak"a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Renatla mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb. Klub istəsə, sözləşmənin müddətini uzada bilər.
Rəşad Rafiqoğlu, Bizim.Media