“Ukraynada sülhün hazırkı müharibədən daha təhlükəli ola biləcəyi ehtimalı var”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Danimarkanın Baş naziri Mette Frederiksen “21 Søndag” nəşrinə müsahibəsində bildirib.
"Dürüst olmalı və Putinə inanmadığımı bildirməliyəm. Mən onun Ukraynada sülh istədiyini düşünmürəm. Mən başa düşürəm ki, bir çox insanlar sülh yolu ilə həllin və ya atəşkəsin yaxşı ideya kimi səsləndiyini düşünür. Lakin biz Ukraynada sülhün əslində indi davam edən müharibədən daha təhlükəli olduğu riskini də diqqətdə saxlayırıq", - deyə Mette Frederiksen deyib.
Bizim.Media