Yeni ildən sonra Olavio Juninyonu "Flamenqo"ya, Julio Romao "Ferensvaroş"a göndərən "Qarabağ"ın daha bir aparıcı oyunçusuna Avropadan ciddi maraq var.
Bizim.Media xəbər verir ki, Zaqreb "Dinamo"su Marko Yankoviçi menecerlər vasitəsiiə bu istəyindən xəbərdar edib.
Çempionlar Liqasının pley-off mərhələsində Ağdam təmsilçisi ilə qarşılaşmış və hər iki oyunda qalib gəlmiş Xorvatiya klubu onunla danışıqlar aparmağa hazırdır.
Bunun üçün Monteneqro yığmasının üzvü məkanı dəyişmək niyyətində olub-olmamsı barədə onlara qəti fikir bildirməlidir.
2022-ci ilin iyunun 20-dən bəri “Qarabağ”ın formasını geyinən balkanlı legioner hələlik "Dinamo"nun çağırışına reaksiya verməyib.
Rəşad Rafiqoğlu, Bizim.Media