AFFA U-17 Liqasında “Vətən” – “Neftçi” oyununda qalmaqal baş verib.
Bizim.Media xəbər verir ki, oyunun ikinci hissəsində komandaların baş məşqçiləri və rəsmiləri arasında mübahisə yaşanıb.
“Vətən” klubunun administratoru “ağ-qaralar”ın baş məşqçisi Asif Ramazanovu başla vurub. Daha sonra klub nümayəndələrinin araya girməsindən sonra tərəflər sakitləşdirilib.
Ramazanovun burnu sınıb və o, xəstəxanaya yerləşdirilib.
Rəşad Rafiqoğlu, Bizim.Media