Xaşa görə QALMAQAL: “Çox böyük qələt edirlər”

Əməkdar artist Vasif Məhərrəmlinin “Günə bax” verilişində xaşın hambal yeməyi olduğunu deməsi müzakirələrə səbəb olub:

“Mən xaşı limonla yeyirəm. Xaş hambal yeməyidir. 20-ci əsrin əvvəlində İrandan axın edənlər içərisində əziyyət çəkən hamballar var idi. Onlar o vaxta qədər qoyunun, dananın başı ilə ayağını atırmışlar. Hansısa bir novator hambal onu bişirir, xaş olur”.

Xatırladaq ki, bu iddialar vaxtaşırı yayılıb. Bildirilir ki, heyvanın istifadə olunmayan, atılan əzalarını bişirib hamballara verirmişlər. Kalorili olduğu üçün bu qida onları tox tuturmuş.
Bəzi iddialara görə isə keçmişdə xaşı xanlar, bəylər yeyib.

Bunların hansı doğrudur?

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı “Globalinfo.az”a danışan Azərbaycan Milli Kulinariya Mərkəzinin sabiq direktoru Tahir Əmiraslanov Vasif Məhərrəmlinin onun üçün hörmətli və əziz insan olduğunu vurğulayıb.

O deyib ki, yemək məsələsi ifaçının sənəti ilə bağlı olmadığı üçün təbii ki, səhv edə bilər:

“Məntiqlə rəiyyət, qara camaat və ya kasıblar üçün olan yeməklərin reseptləri adətən saray aşpazlarının mətbəx kitablarına düşmür və düşməməlidir. Bunlar bir az məntiqi kənara qoyurlar. Deməli, Çingiz xan üçün yazılmış uyğur aşpazın kitabında xaş var və hətta Çingiz xanın xaşı çox sevdiyini deyirlər. Sultan Məhməd Fateh də xaşı çox sevirdi. Saray aşpazlarının kitabında bu xörək “baş-ayaq”, “kəllə-paça”, “paça”, “xaş” və müxtəlif adlarla dəfələrlə təkrar olunur.

Baxsanız, görəcəksiniz ki, Nizami Gəncəvi 12-ci əsrdə yazdığı “İskəndərnamə” əsərində İskəndərin qara qoyunun baş-ayağından hazırlanmış xaşdan ləzzətlə yediyini yazır. Bu, adi yemək olsaydı onu İskəndərə aid etməzdi. XV əsrdə Sultan Muradın azərbaycanlı baş aşpazı Məhməd Şirvaninin kulinariya kitabında onlarla xaş növü var. Saray aşpazlarının kitablarında bu yemək xüsusi yer tutur”.

Mütəxəssis xaşın kasıbların, yetim-yesirlərin yeməyi olması haqda yazılan əfsanələrin olduğunu qeyd edib:

“Bu, vaxtilə ermənilər tərəfindən yazılmışdı, yayılırdı, indi də yayılır. Bunu da öz milli yeməkləri etməyə çalışırlar. Guya türklər bunları yeməyib, atıb deyə onlar da götürüb, ondan yemək icad ediblər, bişiriblər. Amma çox böyük qələt edirlər. Çünki 100 kiloqramlıq dana kəsilərdisə, onun 10 kilosu baş-ayaq və içalat, qalanı ət olardı. Çox məhsulun qiyməti isə ucuz olur. Biz saray mətbəxinin dəftərlərinə baxanda orada sultanlar, şahlar, xanlar üçün kəllə-paça, baş-ayaq, içalat, qara ciyər alındığını görürük. Sarayda ciyər kababı verilirdi. Ondan başqa da xaş və bəzi növ yeməklər toylarda təqdim olunurdu. Əsasən də döyüşçülərə verilirdi, çünki güclü yeməkdir. İndi deyirlər ki, guya şahlarımız yeyib-içib, sarayda yatmaqla məşğul olublar. Amma elə deyil. Onlar səhərdən axşama kimi həm oxuyurdular, həm məşq edirdilər, həm döyüşlərdə olurdular. Bizim şahlarımızın çoxu döyüşçü idi. Sizcə, Şah İsmayıl Xətai güclü yemək yeməsəydi, əlindəki qılıncla topun lüləsini kəsməyi bacarardımı? Xaşla bağlı olan söhbətlər yanlışdır və bunu yığışdırmaq lazımdır. Nəzərə almaq lazımdır ki, xaş da digər yeməklərimiz kimi Ermənistanın rəsmi, milli irs saytının içində 250 xörəyimizlə bir yerdə yerləşdirilib. Bunu mühafizə etmək əvəzinə, səs-küy yaratmasınlar”.

Tahir Əmiraslanov deyib ki, ümumiyyətlə, hər kəs öz sənəti, öz işi ilə məşğul olsun:

“Mən gedib, başqasının yerinə nə mahnı ifa edə bilərəm, nə xarrat, nə dəmirçi ola bilərəm. Ona görə də o sahələrdə fikir yürütməyin həmin sənətkarlara verilməsi yaxşı olar. Vasif Məhərrəmov fikir söyləyib və onun səhv etmək haqqı var. Çünki o, aşpaz deyil. Bunu tirajlamaq lazım deyildi”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Şəfa” autsayderlə oyunda xal itirdi - VİDEO

“Şəfa” autsayderlə oyunda xal itirdi - VİDEO

Bakıda 900-dən çox şahmatçının qatıldığı festival başa çatdı - FOTO

Bakıda 900-dən çox şahmatçının qatıldığı festival başa çatdı - FOTO

ABŞ Yaxın Şərqə daha bir "uçan radar" göndərdi

ABŞ Yaxın Şərqə daha bir "uçan radar" göndərdi

“Bu şəkli seç, travmanı öyrən” - Trendə çevrilən testlər doğrudurmu?

“Bu şəkli seç, travmanı öyrən” - Trendə çevrilən testlər doğrudurmu?

Livan və İsrail danışıqların 3-cü raunduna hazırlaşır - Vaşinqtonda olacaq

Livan və İsrail danışıqların 3-cü raunduna hazırlaşır - Vaşinqtonda olacaq

Bakıda məşhur restoranda BİABIRÇI MƏNZƏRƏ - FOTO

Bakıda məşhur restoranda BİABIRÇI MƏNZƏRƏ - FOTO

Kadir İnanır tanınmaz halda - FOTO

Kadir İnanır tanınmaz halda - FOTO

Bu şəhərdə su xəttində QƏZA: məhdudiyyət tətbiq edilir

Bu şəhərdə su xəttində QƏZA: məhdudiyyət tətbiq edilir

Gəncədə qızqaçırma zamanı DAVA: 1 nəfər bıçaqlandı, 3 qadın döyüldü

Gəncədə qızqaçırma zamanı DAVA: 1 nəfər bıçaqlandı, 3 qadın döyüldü

Oljas Bektenov Azərbaycana səfər edəcək

Oljas Bektenov Azərbaycana səfər edəcək

Zelenski İlham Əliyevə zəng etdi - FOTO

Zelenski İlham Əliyevə zəng etdi - FOTO

Azərbaycanda İLK: Bu yolu 130 kilometr sürətlə getmək mümkündür

Azərbaycanda İLK: Bu yolu 130 kilometr sürətlə getmək mümkündür

Şəhid atası vəfat etdi - FOTO

Şəhid atası vəfat etdi - FOTO

İsDB-nin ən yüksək məbləğli layihəsi QARABAĞDA icra olunacaq

İsDB-nin ən yüksək məbləğli layihəsi QARABAĞDA icra olunacaq

Cənubi Koreyada robot rahibliyə qəbul edildi - VİDEO

Cənubi Koreyada robot rahibliyə qəbul edildi - VİDEO

Tramp mayın 14-dək İrana VAXT VERDİ: "Əgər bu baş verməsə..."

Tramp mayın 14-dək İrana VAXT VERDİ: "Əgər bu baş verməsə..."

Şəkidə kişi siqaret pulu verməyən arvadını döydü

Şəkidə kişi siqaret pulu verməyən arvadını döydü

İlk dəfə qızından danışdı...

İlk dəfə qızından danışdı...

CNN-in qurucusu Ted Törner vəfat etdi

CNN-in qurucusu Ted Törner vəfat etdi

Mirələm Mirələmovun adından dələduzluq EDİLDİ

Mirələm Mirələmovun adından dələduzluq EDİLDİ

Tələbələrdən müəllimlərinə unudulmaz JEST – FOTO/VİDEO

Tələbələrdən müəllimlərinə unudulmaz JESTFOTO/VİDEO

Gəncədə uşaq bağçasında azyaşlılar təhqir edildi: Rəsmi reaksiya - VİDEO

Gəncədə uşaq bağçasında azyaşlılar təhqir edildi: Rəsmi reaksiya - VİDEO

Bəzi ərazilərdə QAZ olmayacaq

Bəzi ərazilərdə QAZ olmayacaq

Ukrayna: Rusiya 9 May atəşkəsinə əməl etmir

Ukrayna: Rusiya 9 May atəşkəsinə əməl etmir

End of content

No more pages to load

RADİO