Gömrük generallarının pensiya QALMAQALI – Büdcəyə vurulan zərər GERİ ÖDƏNİLƏCƏK?

Xəbər verildiyi kimi Dövlət Gömrük Komitəsində 250 nəfər yüksəkrütbəli sabiq vəzifəli şəxsin təqaüdü ilə bağlı araşdırma aparılıb. Yerli mətbuatın iddiasına görə, araşdırma DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun müvafiq əmri ilə həyata keçirilib.

 

MÖVZU İLƏ BAĞLI:

Həbs edilən gömrük generalları ev dustaqlığına BURAXILDI 

 

Araşdırma zamanı 250 nəfərə yaxın sabiq gömrük əməkdaşının artıq təqaüd aldıqları məlum olub. Onlar arasında təqaüddə olan sabiq sədr müavinləri (generallar), idarə rəsiləri (general, polkovnik və digər rütbəli) də var. Belə ki, həmin əməkdaşlardan bəziləri 30 il xidmət keçməyə görə təqaüd alıb. Araşdırma zamanı isə onların gömrük sistemində 20 il xidmət keçdiyi məlum olub. Həmin şəxslərin əmək fəaliyyətlərinin 10 ili isə başqa qurumlarda keçib.

Beləliklə, həmin şəxslər 20 illik xidmətə görə təqaüdə çıxmalı olduqları halda iş stajlarını başqa qurumlardakı fəaliyyətlərinin hesabına 10 il artırıblar.

Hazırda Dövlət Gömrük Komitəsi dövlət büdcəsindən kənar pensiya alan sabiq gömrük əməkdaşlarına sözügedən vəsaitləri geri qaytarmağı tələb edir.

Həmin şəxslərin çox hissəsi sözügedən vəsaiti geri qaytarmadıqları üçün Komitə tərəfindən məhkəməyə verilib.

Dəymiş zərər geri ödəniləcək?

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Dövlət Gömrük Komitəsi sədrinin addımı alqışalayiqdir:

“Yəqin ki, qanunsuz şəkildə pensiya alanların pensiya hüququ ləğv olunacaq və dövlətə dəymiş zərər geri ödəniləcək. Hesab edin ki, 250 nəfərin hər biri 1000 manat pensiya alırsa, bu ayda 250 min, ildə isə 3 milyon manat vəsait deməkdir. O adamların heç birinin o pulu almağa nə hüquqi, nə də ki, mənəvi haqları yoxdur. Ona görə hesab edirəm ki, DGK sədrinin addımı tam doğrudur”.

Müsahibimiz DGK-da aparılan islahatları dəstəklədiyini bildirib:

“Bu orqan haqqında zaman-zaman cəmiyyətdə mənfi fikirlər yayılıb. Tək bir faktı deyim ki, bir vaxtlar Babək rayonun Nehrəm kəndindən DGK-də 9 general var idi. Onların çoxu bu rütbəni xidmətlərinə görə yox, şəxsi münasibətlərə görə alıblar. Çünki general olmaq üçün istənilən sistemdə 20-25 il can qoymalısan. Amma gömrükdəki sabiq generalların çoxu bu mərtəbəyə 5-10 ilə gəlib “çatmışdı”. Ona görə də iqtisadiyyatın əsas tənzimləyici orqanı olan DGK-də aparılan bu islahatları alqışlayır, bunun davamını gözləyirik”.

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinə sorğu göndərsək də, qurumdan hər hansı cavab verilməyib.

DGK-nin də mövqeyini dərc etməyə hazırıq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mələkxanım Eyubova yeni doğulan nəvəsinə məclis KEÇİRDİ - VİDEO

Mələkxanım Eyubova yeni doğulan nəvəsinə məclis KEÇİRDİ - VİDEO

Əziz Yıldırım “Fənərbağça” prezidentliyinə namizəd oldu

Əziz Yıldırım “Fənərbağça” prezidentliyinə namizəd oldu

ABŞ Oman körfəzində İran tankerini darmadağın etdi

ABŞ Oman körfəzində İran tankerini darmadağın etdi

Sibiqa Bayramovla danışarkən: "Ukrayna Azərbaycana minnətdardır"

Sibiqa Bayramovla danışarkən: "Ukrayna Azərbaycana minnətdardır"

Nazir çex həmkarı ilə Anlaşma Memorandumu imzaladı - FOTO

Nazir çex həmkarı ilə Anlaşma Memorandumu imzaladı - FOTO

Abşeronda əməliyyat: saxlanılanlar var

Abşeronda əməliyyat: saxlanılanlar var

"İndi qorxumdan heç bir restoranda yemək yemirəm"

"İndi qorxumdan heç bir restoranda yemək yemirəm"

Tramp Uitkof və Kuşneri İrana göndərir?

Tramp Uitkof və Kuşneri İrana göndərir?

Baş Prokurorluq bəzi saytlarda yayılan xəbərlə bağlı MƏLUMAT YAYDI

Baş Prokurorluq bəzi saytlarda yayılan xəbərlə bağlı MƏLUMAT YAYDI

“Şəfa” autsayderlə oyunda xal itirdi - VİDEO

“Şəfa” autsayderlə oyunda xal itirdi - VİDEO

Bakıda 900-dən çox şahmatçının qatıldığı festival başa çatdı - FOTO

Bakıda 900-dən çox şahmatçının qatıldığı festival başa çatdı - FOTO

ABŞ Yaxın Şərqə daha bir "uçan radar" göndərdi

ABŞ Yaxın Şərqə daha bir "uçan radar" göndərdi

“Bu şəkli seç, travmanı öyrən” - Trendə çevrilən testlər doğrudurmu?

“Bu şəkli seç, travmanı öyrən” - Trendə çevrilən testlər doğrudurmu?

Livan və İsrail danışıqların 3-cü raunduna hazırlaşır - Vaşinqtonda olacaq

Livan və İsrail danışıqların 3-cü raunduna hazırlaşır - Vaşinqtonda olacaq

Bakıda məşhur restoranda BİABIRÇI MƏNZƏRƏ - FOTO

Bakıda məşhur restoranda BİABIRÇI MƏNZƏRƏ - FOTO

Kadir İnanır tanınmaz halda - FOTO

Kadir İnanır tanınmaz halda - FOTO

Bu şəhərdə su xəttində QƏZA: məhdudiyyət tətbiq edilir

Bu şəhərdə su xəttində QƏZA: məhdudiyyət tətbiq edilir

Gəncədə qızqaçırma zamanı DAVA: 1 nəfər bıçaqlandı, 3 qadın döyüldü

Gəncədə qızqaçırma zamanı DAVA: 1 nəfər bıçaqlandı, 3 qadın döyüldü

Oljas Bektenov Azərbaycana səfər edəcək

Oljas Bektenov Azərbaycana səfər edəcək

Zelenski İlham Əliyevə zəng etdi - FOTO

Zelenski İlham Əliyevə zəng etdi - FOTO

Azərbaycanda İLK: Bu yolu 130 kilometr sürətlə getmək mümkündür

Azərbaycanda İLK: Bu yolu 130 kilometr sürətlə getmək mümkündür

Şəhid atası vəfat etdi - FOTO

Şəhid atası vəfat etdi - FOTO

İsDB-nin ən yüksək məbləğli layihəsi QARABAĞDA icra olunacaq

İsDB-nin ən yüksək məbləğli layihəsi QARABAĞDA icra olunacaq

Cənubi Koreyada robot rahibliyə qəbul edildi - VİDEO

Cənubi Koreyada robot rahibliyə qəbul edildi - VİDEO

End of content

No more pages to load

RADİO