Bu məhsullar xərçəng və iflicə səbəb olur – Mütəxəssisdən XƏBƏRDARLIQ

“Hazır qidalar astma, xərçəng, iflic, hiperaktivlik və diqqət çatışmazlığı kimi sağlamlıq problemlərinə səbəb ola bilər”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında qida eksperti Fərid Səfərov mövzu ilə bağlı danışarkən qeyd edib. Sözügedən məhsulların zərərlərindən bəhs edən ekspert deyib ki, Qida istehsalçıları asan hazırlanan, vaxta qənaət etmək üçün nəzərdə tutulan hazır və ya yarımfabrikat məhsullar istehsal edirlər:

“Bu bəlkə də bizə sürətli həyat qayğılarının öhdəsindən gəlməyə kömək edir. Amma çox təəsüf ki, bu cür hazır və yarımfabrikat məhsullar insan sağlamlığına çox ciddi ziyan da vurur. Tərkibində doymuş və trans yağlar, qatqı maddələri, dadlandırıcı, rəngləndirici və s. kimi olduqca zərərli maddələr var. Ona görə etiketləri diqqətlə oxumaq vacibdir. Sağlam həyat üçün işlənmiş qidalar yerinə evdə hazırlanmış, təbii qidalara üstünlük verin!”- deyə ekspert bildirib.

Digər qida mütəxəssisi Asim Vəliyev bu məhsullardan çox istifadəni tövsiyə etmir:

“”Yarımfabrikatların əksəriyyəti uzunmüddətli saxlanma müddətini artırmaq və dadı zənginləşdirmək üçün həddindən artıq duzla işlənir. Ümumdünya Səhiyyə Təşkilatı gündəlik duz qəbulunun 2 qramdan (təxminən 5 qram duz) çox olmamasını tövsiyə edir. Lakin bir porsiya hazır düşbərə və ya qutabda bu həddi keçmək asandır. Artıq duz qan təzyiqini artırır, bu da ürək-damar xəstəliklərinə və insult riskinə səbəb olur. Böyrəklər artıq duzu filtrləmək üçün iş yükünü artırır, xroniki xəstəliklərə gətirib çıxarır. Həmçinin duzun artıq istehlakı kalsiumun sidiklə ifrazına səbəb olur, sümük sıxlığını azaldır”.

Ekspert diqqətə çatdırıb ki, yarımfabrikat qidaların istehlakını həftədə 1-2 dəfə ilə məhdudlaşdıra bilsək daha yaxşı olar.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Kəpəz” zambiyalı yarımmüdafiəçi transfer etdi

“Kəpəz” zambiyalı yarımmüdafiəçi transfer etdi

Ukrayna Xəzər dənizində İran gəmisinə hücum etdi

Ukrayna Xəzər dənizində İran gəmisinə hücum etdi

Sabah Abşeron çimərliklərində hava küləkli olacaq

Sabah Abşeron çimərliklərində hava küləkli olacaq

Tramp: “Amerikanı yenidən möhtəşəm etdim” - VİDEO

Tramp: “Amerikanı yenidən möhtəşəm etdim” - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Türkiyədə yaşayış məhəllələri su altında qaldı - VİDEO

Türkiyədə yaşayış məhəllələri su altında qaldı - VİDEO

Küləkli hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ

Küləkli hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ

Şəkidə qəzada ölən 24 yaşlı Mahirin FOTOSU

Şəkidə qəzada ölən 24 yaşlı Mahirin FOTOSU

"Soyuz" Beynəlxalq Kosmik Stansiyanı tərk etdi: Yerə qayıdırlar - VİDEO

"Soyuz" Beynəlxalq Kosmik Stansiyanı tərk etdi: Yerə qayıdırlar - VİDEO

Tramp Kanada ilə sərhədi bu üsulla bağladı – FOTO

Tramp Kanada ilə sərhədi bu üsulla bağladı – FOTO

İraqda neft yatağı partladı - VİDEO

İraqda neft yatağı partladı - VİDEO

İran ABŞ-a vurduğu zərərlərin siyahısını açıqladı - FOTO

İran ABŞ-a vurduğu zərərlərin siyahısını açıqladı - FOTO

Sabahın havası: Bakıda 31 dərəcə isti olacaq

Sabahın havası: Bakıda 31 dərəcə isti olacaq

Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşuldu

Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşuldu

Mahaçqalada faciə: Qazdan zəhərlənən 3 azyaşlı həyatını itirdi - FOTO

Mahaçqalada faciə: Qazdan zəhərlənən 3 azyaşlı həyatını itirdi - FOTO

Musiqi sənəti istiqamətinə aid nəzəriyyə fənləri üzrə test imtahanları keçirilir

Musiqi sənəti istiqamətinə aid nəzəriyyə fənləri üzrə test imtahanları keçirilir

"Azərişıq"da kadr dəyişikliyi - ÖZƏL

"Azərişıq"da kadr dəyişikliyi - ÖZƏL

Xaçmazda traktorçunu “tok” vurmasının səbəbi AÇIQLANDI

Xaçmazda traktorçunu “tok” vurmasının səbəbi AÇIQLANDI

ABŞ və Ukrayna atəşkəsin yeni variantını müzakirə etdi - FOTO

ABŞ və Ukrayna atəşkəsin yeni variantını müzakirə etdi - FOTO

Kolumbiyada şiddətli döyüşlər: Ordu "Black Hawk" helikopterlərini işə saldı - VİDEO

Kolumbiyada şiddətli döyüşlər: Ordu "Black Hawk" helikopterlərini işə saldı - VİDEO

Çin "Noul" tayfununun “əsarətində” - VİDEO

Çin "Noul" tayfununun “əsarətində” - VİDEO

Fransa və İspaniyada meşə yanğınları: 300 mindən çox insan təxliyə olunub - VİDEO

Fransa və İspaniyada meşə yanğınları: 300 mindən çox insan təxliyə olunub - VİDEO

Rostov vilayətində 89 sərnişin qatarının hərəkəti İFLİC OLDU

Rostov vilayətində 89 sərnişin qatarının hərəkəti İFLİC OLDU

Anjelika Varum ABŞ-da mənzilini hərracda itirmək təhlükəsi ilə üzləşib - FOTO

Anjelika Varum ABŞ-da mənzilini hərracda itirmək təhlükəsi ilə üzləşib - FOTO

End of content

No more pages to load

RADİO