Bakıətrafı ərazilərdə 4 dəmir yolu xəttinin bərpası PLANLAŞDIRILIR

Bakı şəhərində və ətraf ərazilərdə dəmiryol nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi çərçivəsində 2030-cu illərədək 4 dəmir yolu xəttinin bərpası planlaşdırılır.

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramında deyilir.

Dövlət Proqramına əsasən, 2026−2028-ci illər ərzində Bakıxanov−Binə−Qala dəmir yolu xəttinin bərpası ilə bağlı elektrik təchizatı və rabitə-işarəvermə sisteminin yenidən qurulmasının layihə-smeta sənədlərinin və icra qrafikinin hazırlanması planlaşdırılır. Yeni Suraxanı−Hövsan dəmir yolu xəttinin bərpası 2026−2027-cı illərdə, Zabrat−Maştağa−Bağlar xəttinin bərpası 2028−2030-cu illərdə, Güzdək−Qaradağ xəttinin bərpası isə 2027−2029-cu illərdə planlaşdırılır.
 

Bununla yanaşı, 2025-2027-ci illərdə Bakı-Xırdalan-Sumqayıt xəttinin, 2026−2028-ci illərdə isə Bakı-Pirşağı-Sumqayıt xəttinin təkmilləşdirilməsi nəzərdə tutulur.



Bakı, Sumqayıt şəhərlərində və bütövlükdə Abşeron yarımadasında yaşayan əhalinin gediş-gəlişini təşkil edən əhəmiyyətli yollardan biri hesab olunan Abşeron dairəvi dəmir yolu xətti 2020-ci ildən tam istifadəyə verilib və iki hissədən ibarətdir: Bakı sərnişin – Biləcəri – Sumqayıt və Bakı sərnişin – Sabunçu–Sumqayıt dairəvi xəttinin ümumi uzunluğu 198 kilometrdir. Son 20 il ərzində sözügedən xətt üzrə ümumilikdə 38 milyon səfər təşkil olunmuş, xəttin tam istifadəyə verilməsindən indiyədək isə sərnişindaşıma həcmi 5 dəfəyədək artıb (orta illik artım tempi 48 %). 2024-cü ildə dəmir yolu ilə 8 milyondan çox sərnişin səfəri həyata keçirilib ki, bu da 2023-cü illə müqayisədə 1,4 milyon artım deməkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiya 500 tonluq pilotsuz gəmi yaratdı - Baş komandan

Rusiya 500 tonluq pilotsuz gəmi yaratdı - Baş komandan

Maurinyo Vinisiusun “Real”dan ayrılmasını istəmir

Maurinyo Vinisiusun “Real”dan ayrılmasını istəmir

İran Körfəz ölkələrinə zərbələri dayandırdı

İran Körfəz ölkələrinə zərbələri dayandırdı

Orban: “25 ildən sonra Avropa İttifaqı yox olacaq”

Orban: “25 ildən sonra Avropa İttifaqı yox olacaq”

Rusiya Panama vətəndaşlarını müharibəyə cəlb edir - RƏSMİ AÇIQLAMA - FOTO

Rusiya Panama vətəndaşlarını müharibəyə cəlb edir - RƏSMİ AÇIQLAMA - FOTO

Məşhur qapıçı karyerasını bitirdi

Məşhur qapıçı karyerasını bitirdi

Börnem Trampla qarşıdurmaya hazır olduğunu açıqladı - VİDEO

Börnem Trampla qarşıdurmaya hazır olduğunu açıqladı - VİDEO

Şəki qəzasında yaralanan şəxsin son vəziyyəti AÇIQLANDI

Şəki qəzasında yaralanan şəxsin son vəziyyəti AÇIQLANDI

SEPAH Hörmüz boğazından keçən ticarət gəmilərinə atəşi açdı

SEPAH Hörmüz boğazından keçən ticarət gəmilərinə atəşi açdı

Braziliya ABŞ nümayəndə heyətinin səfərini ləğv etdi

Braziliya ABŞ nümayəndə heyətinin səfərini ləğv etdi

Cəlilabadda ikimərtəbəli yaşayış evi əşyaları ilə birgə yandı - VİDEO

Cəlilabadda ikimərtəbəli yaşayış evi əşyaları ilə birgə yandı - VİDEO

“Şəfa”nın baş məşqçisi: “Çempionatın startına kimi hazır olacağıq”

“Şəfa”nın baş məşqçisi: “Çempionatın startına kimi hazır olacağıq”

Husilər Səudiyyə Ərəbistanının PUA-sını vurub?

Husilər Səudiyyə Ərəbistanının PUA-sını vurub?

“Sabah Trampın dəvəti ilə Vaşinqtona gedəcəyəm” - VİDEO

“Sabah Trampın dəvəti ilə Vaşinqtona gedəcəyəm” - VİDEO

“Sabah”ın rəqibi qələbə qazandı

“Sabah”ın rəqibi qələbə qazandı

Türkiyə İspaniyaya 2 təyyarə göndərdi

Türkiyə İspaniyaya 2 təyyarə göndərdi

Vətəndaşlara çimərliklərdə təhlükəsizlik qaydaları izah edildi - FOTO

Vətəndaşlara çimərliklərdə təhlükəsizlik qaydaları izah edildi - FOTO

“Qəbələ” legionerini 250 minə satdı

“Qəbələ” legionerini 250 minə satdı

Gürcüstanda Xalq şairi Zəlimxan Yaqubun ev-muzeyi tikilir

Gürcüstanda Xalq şairi Zəlimxan Yaqubun ev-muzeyi tikilir

Qəbələdə obyektin ərazisində yanğın oldu

Qəbələdə obyektin ərazisində yanğın oldu

“Kəpəz” zambiyalı yarımmüdafiəçi transfer etdi

“Kəpəz” zambiyalı yarımmüdafiəçi transfer etdi

Ukrayna Xəzər dənizində İran gəmisinə hücum etdi

Ukrayna Xəzər dənizində İran gəmisinə hücum etdi

Sabah Abşeron çimərliklərində hava küləkli olacaq

Sabah Abşeron çimərliklərində hava küləkli olacaq

Tramp: “Amerikanı yenidən möhtəşəm etdim” - VİDEO

Tramp: “Amerikanı yenidən möhtəşəm etdim” - VİDEO

End of content

No more pages to load

RADİO