Gömrükdə dövriyyədən götürülən 5,1 tondan çox narkotik məhv edildi - FOTO

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupunun təşkilatçılığı və dövlət orqanlarının əməkdaşlarından ibarət komissiya üzvlərinin iştirakı ilə gömrük orqanları tərəfindən həyata keçirilən gömrük nəzarəti və əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz dövriyyədən götürülmüş və barəsində məhkəmənin məhvetmə qərarı qəbul edilmiş 24 cinayət işi üzrə ümumilikdə 5 ton 168 kq 332 qram narkotik vasitələr və psixotrop maddələr yandırılaraq məhv edilib.

Bu barədə Bizim.Media-ya Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Bildirilib ki. beynəlxalq standartlara və milli qanunvericiliyə uyğun şəkildə şəffaflıq prinsipi əsasında həyata keçirilmiş məhvetmə aksiyasını BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin, media və ictimai təşkilatların nümayəndələri də müşahidə edib.

Məhv edilənlərin 91.3%-i daha təhlükəli narkotiklər: yəni 4 ton 662 kq 185 qramı heroin və 58 kq 837 qramı metamfetamin olub, bundan əlavə 369 kq 529 qram tiryək, 77 kq 779 qram həşiş və digər maddələr də məhv edilib.

Bu narkotiklərin 98.7%-i, yəni 17 fakt üzrə 5 ton 105 kq 990 qramı cənub sərhədlərindən Azərbaycan ərazisinə daxil olmaqla tranzit yolla Avropa ölkələrinə çatdırılması üçün nəzərdə tutulub.

Məhv edilən narkotiklərin Avropada qanunsuz orta pərakəndə satış qiyməti 272 milyon avrodan çox təşkil edir.
 

Dövlət Gömrük Komitəsi bəyan edir ki, ölkəmizə qarşı narkotəhdidlər və yeni çağırışlar nəzərə alınmaqla narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə gömrük orqanlarının prioritet vəzifələrindəndir.


Bu məqsədlə əməliyyat-axtarış fəaliyyətinin gücləndirilməsi, gömrük orqanlarının yoxlama baxış sistemləri, müasir texniki nəzarət vasitələri və narkotik axrtarışı üzrə kinoloji itlərlə təmin olunması, Avtomatlaşdırılmış Risk Analizi Sistemi (ARAS) və digər yeni texnologiyalar tətbiq edilməklə onların potensialının və şəxsi heyətin peşəkar hazırlığının artırılması istiqamətində tədbirlər görülür.




































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ötən oyunda zədələnən Puxaçın SON DURUMU

Ötən oyunda zədələnən Puxaçın SON DURUMU

Lerikdə ƏMƏLİYYAT: Tutulanlar arasında qadın da var – VİDEO

Lerikdə ƏMƏLİYYAT: Tutulanlar arasında qadın da var – VİDEO

Obama: “Trampın qayıdışı ailəmdə gərginlik yaradır”

Obama: “Trampın qayıdışı ailəmdə gərginlik yaradır”

Mark Zukerberq xanımı ilə ilk dəfə Met Gala-da göründü – FOTO

Mark Zukerberq xanımı ilə ilk dəfə Met Gala-da göründü – FOTO

İranda şübhəli partlayışlar - Nə baş verir?

İranda şübhəli partlayışlar - Nə baş verir?

Ağ Ev Trampı “Mandaloriyalı” obrazında təqdim etdi - FOTO

Ağ Ev Trampı “Mandaloriyalı” obrazında təqdim etdi - FOTO

“McDonald’s Azərbaycan” dünya çempionu olan gənc karateçini dəstəklədi - FOTO

“McDonald’s Azərbaycan” dünya çempionu olan gənc karateçini dəstəklədi - FOTO

İsrail ordusu HƏMAS-ın komandirini məhv etdi – VİDEO

İsrail ordusu HƏMAS-ın komandirini məhv etdi – VİDEO

Bakıda market, ev və avtomobillərdən oğurluq edənlər kameraya düşdü – ANBAAN VİDEO

Bakıda market, ev və avtomobillərdən oğurluq edənlər kameraya düşdü – ANBAAN VİDEO

Turizm sektorunda MÜƏMMA – Turist sayı azalıbsa, hotellərin gəliri NECƏ ARTIB?

Turizm sektorunda MÜƏMMA – Turist sayı azalıbsa, hotellərin gəliri NECƏ ARTIB?

Fransada bütün universitet tələbələri üçün yemək 1 avro oldu - FOTO

Fransada bütün universitet tələbələri üçün yemək 1 avro oldu - FOTO

Prezident və ailəsi Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində - FOTO

Prezident və ailəsi Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində - FOTO

Sumqayıtda evdə YANĞIN: Ana və qızı tüstüdən zəhərləndi – FOTO

Sumqayıtda evdə YANĞIN: Ana və qızı tüstüdən zəhərləndi – FOTO

Paytaxtın bu küçələrində də velosiped zolağı yaradılır – FOTO

Paytaxtın bu küçələrində də velosiped zolağı yaradılır – FOTO

Festivallar şəhəri Şəki daha bir festivala ev sahibliyi edir – FOTO

Festivallar şəhəri Şəki daha bir festivala ev sahibliyi edir – FOTO

Ərəb ölkələri üçün ABŞ-la ittifaqa əvvəlki kimi resurs yatırmağın mənası qalmır

Ərəb ölkələri üçün ABŞ-la ittifaqa əvvəlki kimi resurs yatırmağın mənası qalmır

Ekspert: “London Ukrayna vasitəsilə Moskvada 9 May paradını pozmağa cəhd edə bilər”

Ekspert: “London Ukrayna vasitəsilə Moskvada 9 May paradını pozmağa cəhd edə bilər”

Rusiya MN: Sutka ərzində 601 PUA zərərsizləşdirilib

Rusiya MN: Sutka ərzində 601 PUA zərərsizləşdirilib

Pensiyalarla bağlı RƏSMİ MƏLUMAT

Pensiyalarla bağlı RƏSMİ MƏLUMAT

İranda xarici dövlətlərlə əlaqəsi olan 22 nəfərin aktivləri müsadirə edildi

İranda xarici dövlətlərlə əlaqəsi olan 22 nəfərin aktivləri müsadirə edildi

Rusiyadan XƏBƏRDARLIQ – “Qələbə Günündə hücum olsa, Zelenskinin ofisinə zərbə endirəcəyik”

Rusiyadan XƏBƏRDARLIQ – “Qələbə Günündə hücum olsa, Zelenskinin ofisinə zərbə endirəcəyik”

Tramp: “İranla müharibə daha 2-3 həftə davam edə bilər”

Tramp: “İranla müharibə daha 2-3 həftə davam edə bilər”

20 illik zəhmət siçovullara görə KÜL OLDU... – Gəncədəki dəhşətli yanğının TƏFƏRRÜATI – VİDEO

20 illik zəhmət siçovullara görə KÜL OLDU... – Gəncədəki dəhşətli yanğının TƏFƏRRÜATI – VİDEO

Gündə 2 yumurta yeməyin bədənə TƏSİRİ

Gündə 2 yumurta yeməyin bədənə TƏSİRİ

End of content

No more pages to load

RADİO