ABŞ-ın İndiana ştatının Elkhart şəhərində supermarketdə atışma olub.
Bizim.Media xəbər verir ki, şübhəli şəxsin atəş açması nəticəsində 2 nəfər hadisə yerində ölüb.
Daha sonra hadisə yerinə gələn polislərlə şübhəli şəxs arasında atışma baş verib. Nəticədə 2 polis xəsarət alıb, hadisəni törətməkdə şübhəli bilinən şəxs zərərsizləşdirilib.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Bizim.Media