Sumqayıtda 7 yaşlı uşağı öldürən məşqçinin işi Ali Məhkəmədə

Ali Məhkəmədə Sumqayıtda məşq zamanı 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən idmançı Mehman Xəlilovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.     

Bizim.Media pravda.az-a istinadən xəbər verir ki, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası yanvarın 28-nə təyin edilib.

Xatırladaq ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehman Xəlilov 19 il müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. İttihama görə, 2023-cü il aprelin 29-da 2016-cı il təvəllüdlü Fərid Bakarovun Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. 

İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazində yerləşən məktəblərdən birində sambo idman növü üzrə keçirilən məşq zamanı Fərid Bakarova xəsarətlər yetirməsi nəticəsində sonuncunun həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub.  
 

Qeyd edək ki, Sumqayıt Şəhər Məhkəməsində Mehman Xəlilov barəsindəki 4 aylıq həbs qətimkan tədbiri seçilib. Təqdimata baxılarkən Mehman Xəlilov özünü təqsirli bilmədiyini, uşağın ölümündə günahkar olmadığını deyib. Mehman Xəlilov ilkin olaraq Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirli bilinib. 


Daha sonra ona Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Daha üç rayonda bir neçə kənd QAZSIZ QALACAQ

Daha üç rayonda bir neçə kənd QAZSIZ QALACAQ

Bakıda silahsız özünümüdafiə üzrə çempionat keçirildi – FOTO/VİDEO

Bakıda silahsız özünümüdafiə üzrə çempionat keçirildi – FOTO/VİDEO

Sumqayıtda avtomobil yolunun niyə çökdüyü açıqlandı - RƏSMİ

Sumqayıtda avtomobil yolunun niyə çökdüyü açıqlandı - RƏSMİ

Süni, köhnə və zərərli kürü məhsulları aşkarlandı - SİYAHI/FOTO

Süni, köhnə və zərərli kürü məhsulları aşkarlandı - SİYAHI/FOTO

Hərbi vəzifəlilərə təlim necə keçilir? - VİDEO

Hərbi vəzifəlilərə təlim necə keçilir? - VİDEO

Meloninin Bakı səfərinə İtaliyadan REAKSİYA – Ölkələrimiz arasında əməkdaşlıqda hansı yeniliklər gözlənilir? – ÖZƏL

Meloninin Bakı səfərinə İtaliyadan REAKSİYA – Ölkələrimiz arasında əməkdaşlıqda hansı yeniliklər gözlənilir? – ÖZƏL

“Baykar”dan dronların tətbiqi üzrə YENİ TAKTİKA - VİDEO

“Baykar”dan dronların tətbiqi üzrə YENİ TAKTİKA - VİDEO

"Sədərək"də İLGİNC dələduzluq

"Sədərək"də İLGİNC dələduzluq

Son üç ildə İKİLİ SOYAD götürən qadınların sayı açıqlandı

Son üç ildə İKİLİ SOYAD götürən qadınların sayı açıqlandı

Keffel üçün mövsüm BAŞA ÇATDI

Keffel üçün mövsüm BAŞA ÇATDI

Nazim Fətullayev vəfat etdi

Nazim Fətullayev vəfat etdi

Aeroport yolunda ağır QƏZA: Ölən var

Aeroport yolunda ağır QƏZA: Ölən var

Heqset: “Trampın İranla müharibə üçün Konqresin razılığını almasına ehtiyac yoxdur”

Heqset: “Trampın İranla müharibə üçün Konqresin razılığını almasına ehtiyac yoxdur”

Milyarderin qızı brilyant və zümrüdlərlə göz qamaşdırdı – FOTO

Milyarderin qızı brilyant və zümrüdlərlə göz qamaşdırdı – FOTO

Azərbaycanda xarici turistlərin əksəriyyəti evlərdə qalıb - TƏHLİL

Azərbaycanda xarici turistlərin əksəriyyəti evlərdə qalıb - TƏHLİL

Bu müəllimlərin maaşı ARTIRILDI – RƏSMİ

Bu müəllimlərin maaşı ARTIRILDI – RƏSMİ

Sumqayıtda avtomobil yolu çökdü - VİDEO

Sumqayıtda avtomobil yolu çökdü - VİDEO

Kafedə ofisiantı öldürmək istəyənə HÖKM OXUNDU

Kafedə ofisiantı öldürmək istəyənə HÖKM OXUNDU

Mərasimə 3,3 milyon dollarlıq saatla qatıldı – FOTO

Mərasimə 3,3 milyon dollarlıq saatla qatıldı – FOTO

Bakıda məktəbdə 7 şagird qoğaldan ZƏHƏRLƏNİB - Direktor cəzalandırıldı - FOTO

Bakıda məktəbdə 7 şagird qoğaldan ZƏHƏRLƏNİB - Direktor cəzalandırıldı - FOTO

Aygün Kazımovanın səhhəti necədir? - ÖZƏL

Aygün Kazımovanın səhhəti necədir? - ÖZƏL

“Oskar” süni intellektlə bağlı qaydaları sərtləşdirdi

“Oskar” süni intellektlə bağlı qaydaları sərtləşdirdi

Naxçıvanda rəfiqələr 8 minə görə 75 yaşlı qadını öldürdülər - Meyiti təlim iti tapıb - FOTO

Naxçıvanda rəfiqələr 8 minə görə 75 yaşlı qadını öldürdülər - Meyiti təlim iti tapıb - FOTO

Pentaqon rəhbəri İrana XƏBƏRDARLIQ ETDİ

Pentaqon rəhbəri İrana XƏBƏRDARLIQ ETDİ

End of content

No more pages to load

RADİO