Pensiyalar nə qədər artırılır: 8, yoxsa 14.3 faiz? - FOTO

 "Son günlər bizə olan müraciətlərin əksər hissəsi pensiyalardakı artım faizi ilə bağlıdır. Belə ki, gələn aydan pensiyaların neçə faiz artırılacağı hələ də daha çox soruşulan məsələlərdəndir.

Bunun əsas səbəbi isə gələn aydan pensiya sistemində iki istiqamətdə artımların olması ilə bağlıdır".


Bizim.Media xəbər verir ki, bu barədə iqtisadçı deputat Vüqar Bayramov "Facebook" hesabında paylaşım edib. O bildirib ki, gələn aydan həm minimum pensiya artırılacaq, həm də əmək pensiyaları indeksləşdiriləcək:

"Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" sərəncama uyğun olaraq, minimum pensiya məbləği bu ilin fevral ayından 280 manatdan 320 manata çatdırılacaq.
 

Bu o deməkdir ki, minimum pensiya alanlar artıq gələn aydan artırılmış məbləği alacaqlar. Yəni 14.3 faiz artım minimum pensiyalara tətbiq olunacaq. Əgər vətəndaşımız 280 manat, minimum pensiya alırsa, gələn aydan həmin məbləğ 14.3 faiz artırılacaq. Fevral ayından etibarən ölkədə ən aşağı pensiya 320 manat olacaq". V.Bayramovun sözlərinə görə, əmək pensiyalarının indeksləşdirilməsi isə "Əmək Pensiyaları" haqqında Qanuna əsasən həyata keçirilir:


"Sözügedən qanuna əsasən, bütün növ əmək pensiyaları əvvəlki ildə ölkə üzrə ortaaylıq maaşdakı artım faizinə indeksasiya olunaraq artırılır. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2024-cü ilin ilk 11 ayında ölkə üzrə ortaaylıq əməkhaqqı 8.0 faiz artaraq 996.8 manata çatıb. Bu isə o deməkdir ki, ölkə üzrə ötən ilin yekun əməkhaqqı artımının təxminən 8.0 faiz olacağı gözlənilir. İndeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur.
 

"Əmək pensiyaları haqqında" qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa, onun pensiya məbləğinə artım hesablanacaq".


"Qanunvericiliyə əsasən, indeksləşdirmə əvvəlki ilin göstəricisinə uyğunlaşdırıldığına görə 2024-cü il dekabrın 31-i daxil olmaqla ötən il pensiya hüququ qazanan bütün vətəndaşların pensiyaları artırılacaq. Belə ki, orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2024-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğ artırılır.

Ümumiləşdirsək: minimum pensiya alanlarda artım 14.3 faiz, digər məbləğ əmək pensiyası alanlarda indeksləşdirmə ilə artım 8 faiz olacaq. Gələn aydan minimum pensiya 320 manat olduğu üçün aşağı pensiya alanlarda bu meyar nəzərə alınacaq", - deyə deputat qeyd edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiyada hərbi xidmətə getməyənlər üçün YENİ ÜSUL

Rusiyada hərbi xidmətə getməyənlər üçün YENİ ÜSUL

Tramp: "Onlar oyun oynayırlar..."

Tramp: "Onlar oyun oynayırlar..."

"Sabah" 4-cü dəfə Azərbaycan Basketbol Liqasının qalibi oldu

"Sabah" 4-cü dəfə Azərbaycan Basketbol Liqasının qalibi oldu

“Qorxudan sarılıq keçirtdim, həkim səhv müalicə etdi, belə oldum”

“Qorxudan sarılıq keçirtdim, həkim səhv müalicə etdi, belə oldum”

Anası uşaqdan imtina etdi, barəsində cinayət işi açıldı – DETALLAR

Anası uşaqdan imtina etdi, barəsində cinayət işi açıldı – DETALLAR

Qırğızıstan Bakıda torpaq sahəsi istəyir - MÜRACİƏT

Qırğızıstan Bakıda torpaq sahəsi istəyir - MÜRACİƏT

İçdiyiniz suyu dəyişin, əks halda... – Mütəxəssisdən XƏBƏRDARLIQ

İçdiyiniz suyu dəyişin, əks halda... – Mütəxəssisdən XƏBƏRDARLIQ

Aeroport yolundakı dəhşətli qəzanın bəzi TƏFƏRRÜATI

Aeroport yolundakı dəhşətli qəzanın bəzi TƏFƏRRÜATI

Axios: ABŞ əməliyyatdan əvvəl İranı xəbərdar etdi

Axios: ABŞ əməliyyatdan əvvəl İranı xəbərdar etdi

Sürücülərin DİQQƏTİNƏ: Bu küçədə yollar 3 gün bağlı olacaq - FOTO

Sürücülərin DİQQƏTİNƏ: Bu küçədə yollar 3 gün bağlı olacaq - FOTO

Qusarın bu kəndində nə tibb işçisi var, nə də montyor... - İcra başçısına edilən ŞİKAYƏTLƏR/FOTO

Qusarın bu kəndində nə tibb işçisi var, nə də montyor... - İcra başçısına edilən ŞİKAYƏTLƏR/FOTO

“Tiktok”er “Bəniz”in məhkəməsində ifadə verən şahid görün nə dedi

“Tiktok”er “Bəniz”in məhkəməsində ifadə verən şahid görün nə dedi

İlham Əliyev: Azərbaycan həmişə Aİ-nin etibarlı tərəfdaşıdır

İlham Əliyev: Azərbaycan həmişə Aİ-nin etibarlı tərəfdaşıdır

Əhmədov Əhməd vəfat edib - FOTO

Əhmədov Əhməd vəfat edib - FOTO

İlham Əliyev və xanımı Mehriban Əliyeva sərgini belə gəzdilər - VİDEO

İlham Əliyev və xanımı Mehriban Əliyeva sərgini belə gəzdilər - VİDEO

Prezident İlham Əliyev Kaya Kallası qəbul edib - FOTO

Prezident İlham Əliyev Kaya Kallası qəbul edib - FOTO

“Neftçi” “Karvan-Yevlax”ı məğlub etdi – VİDEO

“Neftçi” “Karvan-Yevlax”ı məğlub etdi – VİDEO

Tramp İrana qarşı əməliyyatları bərpa edə bilər - BU HƏFTƏ

Tramp İrana qarşı əməliyyatları bərpa edə bilər - BU HƏFTƏ

Süni intellektlə hazırlanan şəklini paylaşıb çağırış etdi - “Hər kəsin başına gələ bilər”

Süni intellektlə hazırlanan şəklini paylaşıb çağırış etdi - “Hər kəsin başına gələ bilər”

ABŞ İranı atəşkəsi pozmaqda İTTİHAM etdi

ABŞ İranı atəşkəsi pozmaqda İTTİHAM etdi

BƏƏ səmasında gərgin anlar: İranın atdığı raketlər zərərsizləşdirilir

BƏƏ səmasında gərgin anlar: İranın atdığı raketlər zərərsizləşdirilir

Türkiyə qitələrarası hipersəs ballistik raketini təqdim etdi – FOTO/VİDEO

Türkiyə qitələrarası hipersəs ballistik raketini təqdim etdi – FOTO/VİDEO

"Bəlkə hamilədir, çünki ana olmaq yaşı keçir"

"Bəlkə hamilədir, çünki ana olmaq yaşı keçir"

İranda “İsa Məsih” olduğunu iddia edən şəxs saxlanılıb

İranda “İsa Məsih” olduğunu iddia edən şəxs saxlanılıb

End of content

No more pages to load

RADİO