PA-nın keçmiş əməkdaşının kürəkəni 2,7 milyonu geri qaytaracaq - QƏRAR

Bakı Apellyasiya Məhkəməsində 3 nəfərə qarşı xüsusi ilə külli miqdarda dələduzluqda təqsirləndirilən Azər Əsgərovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media pravda.az-a istinadən xəbər verir ki, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib, zərərçəkmişlərdən ikisinin (mülki iddiaçılar) apellyasiya şikayəti qismən təmin olunub, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmü dəyişdirilib. İş üzrə mülki iddiaçılar olan 2 şəxsin mülki iddiaları təmin edilib.

Belə ki, iş üzrə mülki cavabdeh Azər Əsgərovdan 2 270 746 manat məbləğində maddi ziyan, həmçinin 1926 manat məbləğində dövlət rüsumu alınaraq zərərçəkmiş şəxslərə verilməsi barədə qərar çıxarılıb. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılıb. Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 12 il müddətinə azadlıqdan məhrum edilib.
 

Qeyd edək ki, Azər Əsgərov Azər Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq; xüsusi ilə külli mqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Azər Əsgərovun iş qurmaq adı ilə 3 nəfərə qarşı dələduzluq etdiyi bildirilir. Zərərçəkənlərdən iki nəfəri Türkiyə vətəndaşıdır. Ümumi dəymiş ziyan isə 2 270 746 manatdır. Xatırlatma: Mətbuatda yayılan məlumata görə, Azər Əsgərov Prezident Administrasiyasının məsul işçisi olan Arif Novruzovun kürəkəni olub.


Bir neçə rayonun kuratoru kimi çalışan Arif Novruzovun işdən çıxarılmasına səbəb də elə kürəkəninin onun adından dələduzluq etməsi olub. O, həmin vaxt 4 nəfərə qarşı 500 min manatdan çox dələduzluqda ittiham edilirdi. Azər Əsgərov ötən ilin mart ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilmişdi.
 

Həmin vaxt Azər Əsgərov türkiyəli həmtəsisçiləri ilə birgə ölkədə yetişdirilən pambıq məhsullarının emalı üçün fabrik quracağına, sərmayə qismində pul yatıracağı halda fabrikin fəaliyyəti ilə əlaqədar əldə olunan gəlirdən ona da mənfəət verəcəyinə dair yalan vəd verib, daha bir tanışından 224 min manat alaraq geri qaytarmayıb. Başqa bir tanışına isə Azər Əsgərov yalan vədlər verərək ona topdansatış qiymətinə “İPhone” markalı mobil telefon alıb səyyar qaydada satışını həyata keçirməklə ona gəlir verəcəyini bildirərək 58 min manatını ələ keçirib.


Bundan başqa, Azər Əsgərov digər şəxsdən Türkiyədə tekstil fabriki qurulması adı ilə 119 000 manat təşkil edən 70 000 ABŞ dolları məbləğində pulu hissə-hissə alaraq ələ keçirib. Azər Əsgərovun qayınatası Arif Novruzov onu həbsdən azad eləməyə cəhd göstərərkən özü dələduzluğun qurbanı olub və adı cinayətdə hallandığı üçün vəzifəsini itirib.

Belə ki, Arif Novruzov həbsdə olan kürəkəninin azadlığa buraxılması üçün özlərini səlahiyyətli şəxs kimi təqdim edən şəxslərə 100 min manat verib. Lakin pulu alan şəxslərin yalanı sonradan üzə çıxıb və onlar tutularaq məsuliyyətə cəlb edilib. Arif Novruzov bu hadisələrdən sonra xəstəlik səbəbindən vəfat edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiyada hərbi xidmətə getməyənlər üçün YENİ ÜSUL

Rusiyada hərbi xidmətə getməyənlər üçün YENİ ÜSUL

Tramp: "Onlar oyun oynayırlar..."

Tramp: "Onlar oyun oynayırlar..."

"Sabah" 4-cü dəfə Azərbaycan Basketbol Liqasının qalibi oldu

"Sabah" 4-cü dəfə Azərbaycan Basketbol Liqasının qalibi oldu

“Qorxudan sarılıq keçirtdim, həkim səhv müalicə etdi, belə oldum”

“Qorxudan sarılıq keçirtdim, həkim səhv müalicə etdi, belə oldum”

Anası uşaqdan imtina etdi, barəsində cinayət işi açıldı – DETALLAR

Anası uşaqdan imtina etdi, barəsində cinayət işi açıldı – DETALLAR

Qırğızıstan Bakıda torpaq sahəsi istəyir - MÜRACİƏT

Qırğızıstan Bakıda torpaq sahəsi istəyir - MÜRACİƏT

İçdiyiniz suyu dəyişin, əks halda... – Mütəxəssisdən XƏBƏRDARLIQ

İçdiyiniz suyu dəyişin, əks halda... – Mütəxəssisdən XƏBƏRDARLIQ

Aeroport yolundakı dəhşətli qəzanın bəzi TƏFƏRRÜATI

Aeroport yolundakı dəhşətli qəzanın bəzi TƏFƏRRÜATI

Axios: ABŞ əməliyyatdan əvvəl İranı xəbərdar etdi

Axios: ABŞ əməliyyatdan əvvəl İranı xəbərdar etdi

Sürücülərin DİQQƏTİNƏ: Bu küçədə yollar 3 gün bağlı olacaq - FOTO

Sürücülərin DİQQƏTİNƏ: Bu küçədə yollar 3 gün bağlı olacaq - FOTO

Qusarın bu kəndində nə tibb işçisi var, nə də montyor... - İcra başçısına edilən ŞİKAYƏTLƏR/FOTO

Qusarın bu kəndində nə tibb işçisi var, nə də montyor... - İcra başçısına edilən ŞİKAYƏTLƏR/FOTO

“Tiktok”er “Bəniz”in məhkəməsində ifadə verən şahid görün nə dedi

“Tiktok”er “Bəniz”in məhkəməsində ifadə verən şahid görün nə dedi

İlham Əliyev: Azərbaycan həmişə Aİ-nin etibarlı tərəfdaşıdır

İlham Əliyev: Azərbaycan həmişə Aİ-nin etibarlı tərəfdaşıdır

Əhmədov Əhməd vəfat edib - FOTO

Əhmədov Əhməd vəfat edib - FOTO

İlham Əliyev və xanımı Mehriban Əliyeva sərgini belə gəzdilər - VİDEO

İlham Əliyev və xanımı Mehriban Əliyeva sərgini belə gəzdilər - VİDEO

Prezident İlham Əliyev Kaya Kallası qəbul edib - FOTO

Prezident İlham Əliyev Kaya Kallası qəbul edib - FOTO

“Neftçi” “Karvan-Yevlax”ı məğlub etdi – VİDEO

“Neftçi” “Karvan-Yevlax”ı məğlub etdi – VİDEO

Tramp İrana qarşı əməliyyatları bərpa edə bilər - BU HƏFTƏ

Tramp İrana qarşı əməliyyatları bərpa edə bilər - BU HƏFTƏ

Süni intellektlə hazırlanan şəklini paylaşıb çağırış etdi - “Hər kəsin başına gələ bilər”

Süni intellektlə hazırlanan şəklini paylaşıb çağırış etdi - “Hər kəsin başına gələ bilər”

ABŞ İranı atəşkəsi pozmaqda İTTİHAM etdi

ABŞ İranı atəşkəsi pozmaqda İTTİHAM etdi

BƏƏ səmasında gərgin anlar: İranın atdığı raketlər zərərsizləşdirilir

BƏƏ səmasında gərgin anlar: İranın atdığı raketlər zərərsizləşdirilir

Türkiyə qitələrarası hipersəs ballistik raketini təqdim etdi – FOTO/VİDEO

Türkiyə qitələrarası hipersəs ballistik raketini təqdim etdi – FOTO/VİDEO

"Bəlkə hamilədir, çünki ana olmaq yaşı keçir"

"Bəlkə hamilədir, çünki ana olmaq yaşı keçir"

İranda “İsa Məsih” olduğunu iddia edən şəxs saxlanılıb

İranda “İsa Məsih” olduğunu iddia edən şəxs saxlanılıb

End of content

No more pages to load

RADİO