Ermənistan parlamentinin spikeri Alen Simonyan yanvarın 21-də parlamentdə jurnalistlərlə söhbətində “Artsax” (Qarabağdakı sabiq separatçı rejim) sözünü işlədib. Sonra isə səhvini başa düşərək "Bəli, “Qarabağ” ifadəsini işlətmək düzgündür” deyib.
Bizim.Media xəbər verir ki, bu barədə görüntülər "news.am" saytında yerləşdirilib.
Jurnalistlərdən biri isə ona xatırladıb ki, bir vaxtlar siz Ağdamı “vətən” hesab edirdiniz.
Spiker isə buna “Biz hamımız səhv edirik. Əlavə sualınız var?" cavabını verib.
Xatırladaq ki, Alen Simonyan 2018-ci ildə qanunsuz şəkildə Ağdama səfər edərək, topladığı narlara birgə fotolar çəkdirmişdi və Ağdamı öz "vətəni" kimi təqdim etmişdi.
Bizim.Media