20 Yanvar şəhidlərinin əziz xatirəsi Şimal-Qərb bölgəsində də ANILDI - FOTO

Müasir Azərbaycan tarixinin ən faciəli, eyni zamanda azadlıq mübarizəmizin ən şanlı səhifələrindən olan 20 Yanvar faciəsinin 35-ci ildönümü bölgə rayonlarında xalqımızın qəhrəmanlıq salnaməsi, fəxarət və şərəf günü kimi qeyd edilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, faciənin ildönümü ilə əlaqədar Şəkidəki Şəhidlər xiyabanında ictimaiyyət nümayəndələrinin, müharibə və əmək veteranlarının iştirakı ilə ümumşəhər mitinqi keçirilib.

Çıxış edənlər 20 Yanvar gününün müasir Azərbaycan tarixində xalqımızın azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin ən parlaq səhifələrindən biri kimi böyük əhəmiyyət daşıdığını bildirib, faciənin günahkarlarının üzə çıxarılmasında, bu qanlı hadisəyə hüquqi-siyasi qiymət verilməsində, şəhidlərin adının əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri xüsusi vurğulanıb.

***

20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə əlaqədar Zaqatala şəhərində də ümumrayon anım tədbiri keçirilib.

İctimaiyyət nümayəndələri əvvəlcə şəhidlərin xatirəsinə ucaldılan kompleksin önünə qərənfillər düzüb, Vətənimizin azadlığı uğrunda şəhid olan qəhrəman oğul və qızların xatirəsini ehtiramla yad ediblər.

Heydər Əliyev Mərkəzində keçirilən toplantının əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qanlı Yanvar hadisələrindən bəhs edən film nümayiş olunub.

***

Qanlı Yanvar faciəsinin otuz beşinci ildönümü ilə əlaqədar Qəbələdə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları və qazilər, rayon sakinləri Qəbələ şəhərindəki Şəhidlər xiyabanı kompleksini ziyarət edib, “Əbədi məşəl”in önünə, burada uyuyan şəhidlərin məzarları üzərinə və xatirə lövhələrinin qarşısına gül dəstələri düzüb, şəhidlərin ruhuna dualar oxuyublar.

Saat 12-də rayonun bütün ərazisində qəhrəman Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım mərasimləri həmçinin Balakən, Qax və Oğuz rayonlarında da gün boyu davam edib.





























Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağdamda daha iki kənddə yanğın başladı – VİDEO

Ağdamda daha iki kənddə yanğın başladı – VİDEO

“Medianı siyasi qarşıdurma alətinə çevirmək İrana fayda gətirməyəcək”

“Medianı siyasi qarşıdurma alətinə çevirmək İrana fayda gətirməyəcək”

Məhkəməyə çıxan ən qəribə BOŞANMA SƏBƏBLƏRİ

Məhkəməyə çıxan ən qəribə BOŞANMA SƏBƏBLƏRİ

Azərbaycanda Çin təbabəti tədris olunacaq - Nazir AÇIQLADI

Azərbaycanda Çin təbabəti tədris olunacaq - Nazir AÇIQLADI

Şərurlu İsfəndiyarın şirkəti Sumqayıtda kütləvi ağac kəsimi QALMAQALINDA – VİDEO

Şərurlu İsfəndiyarın şirkəti Sumqayıtda kütləvi ağac kəsimi QALMAQALINDA – VİDEO

Bakı–Qazax yolundakı avtomobil körpüsünün söküntüsünə başlanıldı - VİDEO

Bakı–Qazax yolundakı avtomobil körpüsünün söküntüsünə başlanıldı - VİDEO

Kiloqramı üç manata satılan kolbasanı yemək olarmı? - AÇIQLAMA - VİDEO

Kiloqramı üç manata satılan kolbasanı yemək olarmı? - AÇIQLAMA - VİDEO

Mərdəkanda dənizdə iki yeniyetmə batdı — Biri xilas edilib, digəri axtarılır

Mərdəkanda dənizdə iki yeniyetmə batdı — Biri xilas edilib, digəri axtarılır

Aztəminatlı ailələr niyə daha çox uşaq sahibi olur? – Sosioloq açıqladı

Aztəminatlı ailələr niyə daha çox uşaq sahibi olur? – Sosioloq açıqladı

Sahibə Qafarova efiopiyalı həmkarını Azərbaycana dəvət etdi - FOTO

Sahibə Qafarova efiopiyalı həmkarını Azərbaycana dəvət etdi - FOTO

Arzumla bağlı canlı yayımı 86 min insan izlədi - FOTO

Arzumla bağlı canlı yayımı 86 min insan izlədi - FOTO

Səhrada insanların qara geyinməsi təsadüfi deyil: istidən necə qoruyur?

Səhrada insanların qara geyinməsi təsadüfi deyil: istidən necə qoruyur?

"Bir vaxtlar at oynadan aparıcılar indi efirə buraxılmır" - VİDEO

"Bir vaxtlar at oynadan aparıcılar indi efirə buraxılmır" - VİDEO

Şəmsi Səmədzadə ağır qəzaya düşdü - FOTO

Şəmsi Səmədzadə ağır qəzaya düşdü - FOTO

Avqustda neçə gün İŞ OLMAYACAQ?

Avqustda neçə gün İŞ OLMAYACAQ?

Qaqik Xaçatryan: “Bakıda təşkilatçılıq çox yüksək səviyyədədir”

Qaqik Xaçatryan: “Bakıda təşkilatçılıq çox yüksək səviyyədədir”

Gürcüstanın mədəniyyət naziri İSTEFA VERDİ

Gürcüstanın mədəniyyət naziri İSTEFA VERDİ

“Repetitor müəllimlərimin rolu əvəzsizdir” - 697,5 bal toplayan Aysu - FOTO

“Repetitor müəllimlərimin rolu əvəzsizdir” - 697,5 bal toplayan Aysu - FOTO

Rusiya XİN-dən Ukraynanın İran gəmisinə hücumuna REAKSİYA

Rusiya XİN-dən Ukraynanın İran gəmisinə hücumuna REAKSİYA

Dünyanın ən bahalı otel otağı: bir gecəsi 100 min dollardır

Dünyanın ən bahalı otel otağı: bir gecəsi 100 min dollardır

Milli Qvardiyanın yaradıcısı vəfat etdi

Milli Qvardiyanın yaradıcısı vəfat etdi

Netanyahu Tramp ilə görüşmək üçün Ağ Evə gəldi

Netanyahu Tramp ilə görüşmək üçün Ağ Evə gəldi

Bakıdakı çempionatda növbəti medal: İsfahan Həsənov gümüş qazandı - FOTO/VİDEO

Bakıdakı çempionatda növbəti medal: İsfahan Həsənov gümüş qazandı - FOTO/VİDEO

Aygün Kazımovanın "Dream Fest" şousu QALMAQAL YARATDI – FOTO

Aygün Kazımovanın "Dream Fest" şousu QALMAQAL YARATDI – FOTO

End of content

No more pages to load

RADİO