"Arıqlasam evdəkilərə uyğun gəlmərəm. Çox arıqlayanda ailə üzvlərimin yanında cücəyə oxşayıram".
Bizim.Media axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova "Zaurla Günaydın" verilişində deyib.
Sənətçi aparıcı Zaur Baxşəliyevin "Heç arıqlamırsan" sözlərinə belə reaksiya verib:
"Oğullarım da çox iridir. Bundan çox arıqlayanda artıq yaxşı görünmürəm Çəkim yaxşıdır.
Geyim məni ölçülü göstərir. Arıqlamağa çalışmıram".
Qeyd edək ki, Elnarənin 4 övladı var.
Bizim.Media