Azərbaycanlı məşqçi hücuma məruz qaldı: Çənəsini sındırdılar – FOTO

Azərbaycan Vətənpərvərlər İctimai Birliyinin Sumqayıt Təşkilatının sədri və boks üzrə məşqçi Ramil Məmmədzadə fiziki hücuma məruz qalıb. 

Bizim.Media xəbər verir ki, bu barədə idmançı “axar.az”a açıqlamasında deyib. 

Onun sözlərinə görə, hadisə adi bir “TikTok” videosu ilə başlayıb və daha sonra ciddi insidentə çevrilib. 

Ramil Məmmədzadə öz tələbəsinin məşq prosesi zamanı idman ustası Rafael Ağayevlə çəkilmiş adi bir videosunun silinməsi ilə bağlı qəribə tələblə qarşılaşıb. 

Ramil Məmmədzadə baş verənləri belə izah edib: 

"Mənə tanıdığım bir şəxs zəng edib, tələbəmin “TikTok” səhifəsindəki videonu silməsini tələb etdi. Tələbəmin nömrəsini istədi, verdim. Videoda qeyri-adi heç nə yox idi. Daha sonra həmin şəxs tələbəmə zəng edərək, ondan da eynisini tələb edib. Tələbəm isə Rafael Ağayevdən icazə almadan bunu edə bilməyəcəyini deyib. Rafael Ağayev özü videonun paylaşılmasına etiraz etməyib. Sonra mənə zəng edən həmin şəxsə zəng etdim və söhbətin nə ilə nəticələndiyini öyrənməyə çalışdım. Bundan sonra mənə qarşı təhqir və zorakılıq başladı. Məni görüşə çağırdı, getdim. Sumqayıt şəhərinin 33-cü məhəlləsində görüş münaqişəyə çevrildi”. 

Məmmədzadənin sözlərinə görə, həmin şəxs qəfil zərbə ilə ona hücum edib və ağır bədən xəsarətləri yetirib: 

“İlk zərbədən çənəm sındı, daha sonra gicgahımdan vurdu. Yıxılmağıma baxmayaraq, məni yumruqlamağa davam etdi. Yanında olan şəxslə birgə təhqir etdilər". 

Hadisə nəticəsində Məmmədzadənin sağlamlığı ciddi zərər görüb. O, yanvarın 9-da əməliyyat keçirib və 2 min manat xərc çəkib. Gözləri 30 faiz zəifləyib, başında davamlı ağrılar qalıb. Məmmədzadə hadisədən sonra hüquqi yollarla ədaləti bərpa etməyə qərar verib. Hüquq-mühafizə orqanlarına müraciət edib və hadisədə təqsirli şəxs saxlanılıb. 

Məmmədzadə bu hadisənin təsadüfi olmadığını və peşə fəaliyyəti ilə bağlı sifarişlə həyata keçirildiyini düşünür: 

“Mən idman sahəsində baş verən haqsızlıqları, özbaşınalıqları tənqid edirəm. Bunun müəyyən dairələrin xoşuna gəlmədiyi bəllidir. Boksun inkişafına mane olan şəxslər ölkənin idman siyasətinə xəyanət edir. Mənim məqsədim gəncləri sağlam həyata həvəsləndirməkdir, lakin bu fəaliyyətimə əngəllər yaradılır. Azərbaycan çempionatına dörd boksçu çıxardırdım, lakin mənə o qədər mane oldular ki, Sumqayıtdan idmançı çıxarda bilmədim, Bakı şəhərində boks klublarından birindən çıxartdım. Əlimdən gəldiyi qədər gəncləri, uşaqları idmana həvəsləndirməyə çalışıram. Balaca uşaqalara pulsuz məşqlər keçirəm. Bunlar isə mənə əngəl olur”. 

Ramil Məmmədzadə bu hadisənin sifarişçisi barədə məlumat əldə etmək istəyir. Əgər hücumun sifarişçisi açıqlanarsa, şikayətini geri götürəcəyini bildirir. Onun əsas məqsədi düşmənini tanımaq və gələcəkdə belə təzyiqlərin qarşısını almaqdır. 










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qadınların əməkhaqqısı ilə bağlı YENİLİK

Qadınların əməkhaqqısı ilə bağlı YENİLİK

Ebru Gündeş beşinci dəfə ərə gedir?

Ebru Gündeş beşinci dəfə ərə gedir?

Mayın 8-i ilə bağlı XƏBƏRDARLIQ

Mayın 8-i ilə bağlı XƏBƏRDARLIQ

Bakıda tramvay nəqliyyatını "Bakı Metropoliteni" təşkil EDƏCƏK

Bakıda tramvay nəqliyyatını "Bakı Metropoliteni" təşkil EDƏCƏK

Ağamirzə Rəşad Dağlının azadlığa çıxdığını deyib? - Özündən açıqlama

Ağamirzə Rəşad Dağlının azadlığa çıxdığını deyib? - Özündən açıqlama

Prezident bu şəxsləri təltif etdi – SİYAHI

Prezident bu şəxsləri təltif etdi – SİYAHI

Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək – ADLAR

Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək – ADLAR

"BakuBus" və "Bakı Taksi Xidməti" "Bakı Metropoliteni"nə birləşdirildi – FƏRMAN

"BakuBus" və "Bakı Taksi Xidməti" "Bakı Metropoliteni"nə birləşdirildi – FƏRMAN

Corc Buş Mişel Obamaya qeyri-adi hədiyyə verəcək

Corc Buş Mişel Obamaya qeyri-adi hədiyyə verəcək

Pensiyalar bu tarixdə VERİLƏCƏK – RƏSMİ

Pensiyalar bu tarixdə VERİLƏCƏK – RƏSMİ

Muaddibin “Qarabağ”a KEÇƏCƏK

Muaddibin “Qarabağ”a KEÇƏCƏK

Hikmət Hacıyev Tomaş Simonyakla GÖRÜŞDÜ – Müzakirə olunan məsələlər – FOTO

Hikmət Hacıyev Tomaş Simonyakla GÖRÜŞDÜ – Müzakirə olunan məsələlər – FOTO

Azərbaycanda növbəti üç gündə yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ

Azərbaycanda növbəti üç gündə yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ

Fransa: “Hörmüz boğazı açılmadan İrana qarşı olan sanksiyalar ləğv edilməyəcək”

Fransa: “Hörmüz boğazı açılmadan İrana qarşı olan sanksiyalar ləğv edilməyəcək”

“Harri Potter” serialı ikinci mövsümdə də ÇƏKİLƏCƏK

“Harri Potter” serialı ikinci mövsümdə də ÇƏKİLƏCƏK

Lənkəranda zəncirvari QƏZA: Yolda tıxac yarandı – FOTO

Lənkəranda zəncirvari QƏZA: Yolda tıxac yarandı – FOTO

Qeyri-müsəlman ölkələrdən idxal edilən ət HALALDIR?

Qeyri-müsəlman ölkələrdən idxal edilən ət HALALDIR?

İkiüzlü olmayın, kişi olun!

İkiüzlü olmayın, kişi olun!

İran vurulan “Yaxın Şərqin ən hündür körpüsü”nün bərpasına başladı – VİDEO

İran vurulan “Yaxın Şərqin ən hündür körpüsü”nün bərpasına başladı – VİDEO

Pezeşkian Müctəba Xamenei ilə görüşdüyünü açıqladı - FOTO

Pezeşkian Müctəba Xamenei ilə görüşdüyünü açıqladı - FOTO

Ukrayna PUA-ları 2-ci dəfə Permdəki neft emalı zavoduna zərbə endirdi

Ukrayna PUA-ları 2-ci dəfə Permdəki neft emalı zavoduna zərbə endirdi

Çinin iki keçmiş müdafiə naziri edam olunacaq

Çinin iki keçmiş müdafiə naziri edam olunacaq

Gözəllik salonunda qadını öldürmək istədi

Gözəllik salonunda qadını öldürmək istədi

Sumqayıt sakinlərinin NƏZƏRİNƏ: Sabah saat 10:00-dan...

Sumqayıt sakinlərinin NƏZƏRİNƏ: Sabah saat 10:00-dan...

End of content

No more pages to load

RADİO