Daha bir cərrah əməliyyat zamanı canlı yayım açdı – VİDEO

Daha bir cərrah əməliyyat zamanı canlı yayım açaraq prosesi izləyicilərinə nümayiş etdirib.

Bizim.Media “lent.az”a istinadən xəbər verir ki, son zamanlarda cərrahların əslində sterilliyi daim qorunmalı olan və heç bir yad cismin daxil olmadığı əməliyyat otağından paylaşımlarının ard-arası kəsilmir.

Sosial şəbəkələrdə "Azər-Türk Med" klinikasında plastik cərrahın əməliyyat zamanı “TikTok” platformasında canlı yayım açması ilə bağlı görüntülər yayılıb.

Görüntülərdən məlum olur ki, bədən şəkilləndirmə əməliyyatı zamanı işçilərdən biri musiqi sədaları altında yazılan şərhləri oxuyur və cavablandırır. Həkimlər isə bu əsnada xəstədən piy çıxarmağa davam edir. Bu hadisə izləyicilərin tənqidinə səbəb olub.

Steril mühitin pozulmasını, pasiyentin sağlamlığının riskə atılmasını qınayan sosial şəbəkə istifadəçiləri bu davranışı həkimin və tibb müəssisəsinin pasiyentlərə qarşı qeyri-peşəkar yanaşması kimi qiymətləndiriblər.

Məsələ ilə bağlı əməliyyatda iştirak edən cərrah Təbəssüm Qurbanova açıqlamasında bu fikirləri səsləndirib:

"Başa düşürəm, hazırda plastik cərrahların işi gündəmə açıq bir mövzudur. İnsanlar bilmədən qınayırlar, amma mən qanunazidd heç bir addım atmamışam. Canlı yayımlarda nə əlcəksiz, nə maskasız, nə da saçı açıq bir tibb işçisi görə bilərsiniz. Çünki bizim əməliyyatlarda bütün sterillik qorunur. Biz əksər əməliyyatlarımız zamanı sosial şəbəkələrdə canlı yayım açırıq. Bu, bizim işimizin düzgün şəkildə təbliği üçün yararlıdır. Xüsusilə də bədən şəkilləndirmə əməliyyatı bugünkü gündə diqqət çəkən mövzudur. Mənim pasiyentlərim elə canlılarıma baxaraq müraciət edirlər".

“Xəstənin icazəsi məsələsinə gəldikdə isə mənim əməliyyat masama uzanan hər bir pasiyent canlı yayım açacağım ehtimalının olduğunu bilir. Əvvəlcədən biz bütün xəstələrin buna razılığını alırıq”, - deyə cərrah əlavə edib.

Onu da əlavə edək ki, xarici ölkələrdə pasiyent haqqında məlumatı yayan həkimlər həbs olunur.

Sosial şəbəkələrdə, televiziyalarda həkimləri kiminsə reklam etməsi böyük bir biabırçılıqdır. Bu cür paylaşımlar, canlı yayımlar korporativ maraqlara xidmət edir. Belə hallar təbabətin mənəvi göstəriciləri ilə ziddir.

Qeyd edək ki, yaxın günlərdə də oxşar bir hadisə baş verib. Mama-ginekoloq Ləman Əliyevaya əməliyyat zamanı iş yoldaşları tərəfindən sürpriz edilib. Belə ki, hospitalın digər işçiləri əməliyyat otağına əlcəksiz daxil olaraq həkimi doğum günü münasibətilə təbrik ediblər.

L.Əliyeva təbriki qəbul edib, şam üfürüb.

Bu görüntülərin sosial şəbəkədə yayılmasından sonra Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən yoxlamalara başlanılıb. Məsələ araşdırılıb, dörd nəfər ümumilikdə 2000 manat cərimələnib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qadınların əməkhaqqısı ilə bağlı YENİLİK

Qadınların əməkhaqqısı ilə bağlı YENİLİK

Ebru Gündeş beşinci dəfə ərə gedir?

Ebru Gündeş beşinci dəfə ərə gedir?

Mayın 8-i ilə bağlı XƏBƏRDARLIQ

Mayın 8-i ilə bağlı XƏBƏRDARLIQ

Bakıda tramvay nəqliyyatını "Bakı Metropoliteni" təşkil EDƏCƏK

Bakıda tramvay nəqliyyatını "Bakı Metropoliteni" təşkil EDƏCƏK

Ağamirzə Rəşad Dağlının azadlığa çıxdığını deyib? - Özündən açıqlama

Ağamirzə Rəşad Dağlının azadlığa çıxdığını deyib? - Özündən açıqlama

Prezident bu şəxsləri təltif etdi – SİYAHI

Prezident bu şəxsləri təltif etdi – SİYAHI

Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək – ADLAR

Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək – ADLAR

"BakuBus" və "Bakı Taksi Xidməti" "Bakı Metropoliteni"nə birləşdirildi – FƏRMAN

"BakuBus" və "Bakı Taksi Xidməti" "Bakı Metropoliteni"nə birləşdirildi – FƏRMAN

Corc Buş Mişel Obamaya qeyri-adi hədiyyə verəcək

Corc Buş Mişel Obamaya qeyri-adi hədiyyə verəcək

Pensiyalar bu tarixdə VERİLƏCƏK – RƏSMİ

Pensiyalar bu tarixdə VERİLƏCƏK – RƏSMİ

Muaddibin “Qarabağ”a KEÇƏCƏK

Muaddibin “Qarabağ”a KEÇƏCƏK

Hikmət Hacıyev Tomaş Simonyakla GÖRÜŞDÜ – Müzakirə olunan məsələlər – FOTO

Hikmət Hacıyev Tomaş Simonyakla GÖRÜŞDÜ – Müzakirə olunan məsələlər – FOTO

Azərbaycanda növbəti üç gündə yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ

Azərbaycanda növbəti üç gündə yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ

Fransa: “Hörmüz boğazı açılmadan İrana qarşı olan sanksiyalar ləğv edilməyəcək”

Fransa: “Hörmüz boğazı açılmadan İrana qarşı olan sanksiyalar ləğv edilməyəcək”

“Harri Potter” serialı ikinci mövsümdə də ÇƏKİLƏCƏK

“Harri Potter” serialı ikinci mövsümdə də ÇƏKİLƏCƏK

Lənkəranda zəncirvari QƏZA: Yolda tıxac yarandı – FOTO

Lənkəranda zəncirvari QƏZA: Yolda tıxac yarandı – FOTO

Qeyri-müsəlman ölkələrdən idxal edilən ət HALALDIR?

Qeyri-müsəlman ölkələrdən idxal edilən ət HALALDIR?

İkiüzlü olmayın, kişi olun!

İkiüzlü olmayın, kişi olun!

İran vurulan “Yaxın Şərqin ən hündür körpüsü”nün bərpasına başladı – VİDEO

İran vurulan “Yaxın Şərqin ən hündür körpüsü”nün bərpasına başladı – VİDEO

Pezeşkian Müctəba Xamenei ilə görüşdüyünü açıqladı - FOTO

Pezeşkian Müctəba Xamenei ilə görüşdüyünü açıqladı - FOTO

Ukrayna PUA-ları 2-ci dəfə Permdəki neft emalı zavoduna zərbə endirdi

Ukrayna PUA-ları 2-ci dəfə Permdəki neft emalı zavoduna zərbə endirdi

Çinin iki keçmiş müdafiə naziri edam olunacaq

Çinin iki keçmiş müdafiə naziri edam olunacaq

Gözəllik salonunda qadını öldürmək istədi

Gözəllik salonunda qadını öldürmək istədi

Sumqayıt sakinlərinin NƏZƏRİNƏ: Sabah saat 10:00-dan...

Sumqayıt sakinlərinin NƏZƏRİNƏ: Sabah saat 10:00-dan...

End of content

No more pages to load

RADİO