İrəvanın qarşısında MOSKVA MANEƏSİ – Rusiya Ermənistan-ABŞ sazişinə necə REAKSİYA VERƏCƏK?

Məlum olduğu kim, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken iki ölkə arasında strateji tərəfdaşlıq haqqında xartiya imzalayıblar.

Maraqlıdır, sözügedən saziş, eləcə də ondan irəli gələn bir sıra məsələlər, o cümlədən ABŞ-ın Ermənistana sərhəd mühafizə dəstəsi göndərməsi nəyə xidmət edir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan mllət vəkili Arzu Nağıyevin fikrincə, sənədin məzmunu tam şəkildə aydın olmasa da, əsas məqsəd Ermənistanın ABŞ-la strateji tərəfdaşlığını rəsmiləşdirmək planıdır:
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan ABŞ ordusunu İrəvana GƏTİRDİ - Rusiyanın cavabı nə OLACAQ?


“Bu, tək ABŞ-nin istəyi ilə həyata keçirilmir, eyni zamanda Ermənistanın daxilində də sazişin nələrə gətirib çıxara biləcəyi ciddi müzakirə olunur. Bəzi ekspertlər hesab edir ki, bu sənədin imzalanması Rusiyanın əleyhinədir və yaxud, Bayden adminstarsiyasının son akkordları, addımlarıdır.

Tramp komandasına bunu ötürüb getmək məqsədi güdülür.  Blinken sərhədlərin möhkəmlənməsində ekspert yardımı göstərmək üçün Ermənistana bir qrup mütəxəssisin göndəriləcəyini deyir.

Məlum məsələdir ki, sərhədlərdə artıq Avropa Birliyinin vizual kəşfiyyatçıları var, silahları var. Bu, Azərbaycana məlumdur. Bunun hansı fəsadlara gəririb çıxarması ilə bağlı biz dəfələrlə təklif etmişik. Eyni zamanda sülh müqaviləsinin imzalanması üçün əsas şərtlərdən də biri həmin o vizual kəşfiyyatçıların iki dövlət arasında gələcəkdə ayırd edilə biləcək delimitasiya, demarkasiya edilmiş sərhədlərdən uzaqlaşdırılmasıdır.

Buna Rusiyanın münasibəti artıq məlumdur.

Çünki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında guya fəaliyyətini donduran Ermənistan ABŞ-la belə bir tərəfdaşlıq sənədi imzalayır. Yəni bu, birmənalı şəkildə Rusiyanın regiondan uzaqlaşdırılması məsələsidir. Məlumdur ki, Rusiya Ermənistandan çıxan deyil. Bu gün Türkiyə-Ermənistan sərhəddi NATO-Rusiya sərhəddi deməkdir. Və Rusiyanın razılığı olmadan Ermənistanın ora hansısa digər bazanı yerləşdirməsi qeyri-mümkündür”.

Arzu Nağıyev qeyd edib ki, sazişin arxasında ABŞ-la Ermənistan arasında güclü strateji tərəfdaşlıq planları axtarmağa dəyməz:

“Məlumdir ki, ötən həftə Ermənistan Parlamenti Avropa İttifaqına üzv olmaq üçün də müraciət etmişdi. ABŞ-ın isə Ermənistanda guya mülki nüvə əməkdaşlığına başlayacağı deyilir. Metsamor Atom Elektrik stansiyasından əlavə olaraq bir sıra kiçik atom elektrik stansiyalarının tikintisinə başlayacaqlar. Guya gələcəkdə İŞİD-lə mübarizədə tərəfdaşlıq müqaviləsi imzalayacaqlar. Amma bunların hamısını zaman göstərəcək.

Trampın inaqurasiyasından sonra Ermənistandan necə istifadə olunacaq, bu, regiona hansı təsirləri göstərəcək məsələsi gündəmdədir. Azərbaycan təbii ki, öz müstəqil daxili və xarici siyasətini həyata keçirir. Bilirik ki, Cənubi Qafqazda vəziyyətə nəzarət etmək üçün Ermənistandan istifadə olunur. Burda güclü strateji tərəfdaşlıq planları axtarmağa dəyməz.

Ermənistan bu gün tənəzzülə uğramış iqtisadiyyatı, siyasəti, hərbi potensialı ilə heç zaman ABŞ-a tərəfdaş ola bilməz. Ermənistandan ciddi şəkildə istifadə olunur və onun bugünki mövqeyi çox acınacaqlı sona gətirib çıxara bilər".

Millət vəkili qeyd edib ki, hər şey siyasi konyukturaya uyğun dəyişə bilər:

“ABŞ-la Ermənistan arasında imzalanmış bu saziş Ermənistana yeni layihələr, maliyyə yardımlarının ayrılması, silah və texnikanın verilməsi, hərbi təhsil, birgə hərbi təlimlərin keçirirlməsi kimi məsələlərə xidmət edə bilər. Amma Tramp Adminstrasiyasının buna necə yanaşacağı məlum deyil. ABŞ belə sənədi vaxtilə Gürcüstanla da imzalamışdı. Ötən il ABŞ-ın Gürcüstanla münasibətində nələrin baş verdiyinin biz şahidi olduq.

Yəni hər şey siyasi konyukturadan asılı olaraq cərəyan edəcək. Bu gün Rusiyanın verdiyi bəyanatlar göz qabağındadır. Təəccüb doğuran məsələ isə odur ki, İran susur. Biz bunun hərtərəfli fəsadlarına hazırıq. Dünyanı, BMT-ni və digər beynəlxalq strukturları da çağırırıq ki, ABŞ-da demokatların hakimiyyətdən getdiyi bir vaxtda bu sənədin imzalanmasının nəyə xidmət etdiyini araşdırsınlar”.

Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı

Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı

Tezliklə acı həqiqəti öyrənəcək BÜRCLƏR

Tezliklə acı həqiqəti öyrənəcək BÜRCLƏR

Mask “Starshield” qərarına görə məsuliyyəti ABŞ-ın üzərinə atdı

Mask “Starshield” qərarına görə məsuliyyəti ABŞ-ın üzərinə atdı

Vinisius “Barselona” ilə oyunu buraxacaq

Vinisius “Barselona” ilə oyunu buraxacaq

“Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!” – B.Yıldırımla özəl müsahibə - VİDEO

“Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!” – B.Yıldırımla özəl müsahibə - VİDEO

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ÖTÜR

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ÖTÜR

Le Pen: “Fransa defolt həddindədir, Ukraynaya yardım etməyə artıq vəsaiti yoxdur”

Le Pen: “Fransa defolt həddindədir, Ukraynaya yardım etməyə artıq vəsaiti yoxdur”

“Görək, ürəkdən, yoxsa yalandan barışıb”

“Görək, ürəkdən, yoxsa yalandan barışıb”

İstanbulda leysan səbəbindən məktəblərdə tətil ELAN EDİLDİ - VİDEO

İstanbulda leysan səbəbindən məktəblərdə tətil ELAN EDİLDİ - VİDEO

Zelenski qiymət artımının səbəbini açıqladı: “Hörmüz boğazı…”

Zelenski qiymət artımının səbəbini açıqladı: “Hörmüz boğazı…”

Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq YARANDI

Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq YARANDI

“Netflix”də KÜTLƏVİ İXTİSAR: 1 000 nəfər işini itirəcək

“Netflix”də KÜTLƏVİ İXTİSAR: 1 000 nəfər işini itirəcək

Uşağın sürüşkəndən yıxılaraq qolu sındı - Valideyn bağçanı günahlandırır - VİDEO

Uşağın sürüşkəndən yıxılaraq qolu sındı - Valideyn bağçanı günahlandırır - VİDEO

“Uşaqlarımızın təhsili heç bir siyasi marağın vasitəsinə çevrilməməlidir”

“Uşaqlarımızın təhsili heç bir siyasi marağın vasitəsinə çevrilməməlidir”

Tramp Qrenlandiyada neft və qaz kəşfiyyatına başlanacağını AÇIQLADI

Tramp Qrenlandiyada neft və qaz kəşfiyyatına başlanacağını AÇIQLADI

Prezidentin adından AQEM-in Zirvə Görüşü iştirakçılarının şərəfinə şam yeməyi verildi - FOTO/VİDEO

Prezidentin adından AQEM-in Zirvə Görüşü iştirakçılarının şərəfinə şam yeməyi verildi - FOTO/VİDEO

İstanbul selə TƏSLİM OLDU: Metronu su basdı, insanlar təxliyə gözlədi - VİDEO

İstanbul selə TƏSLİM OLDU: Metronu su basdı, insanlar təxliyə gözlədi - VİDEO

Bu ölkədə polislər Lamborghini sürəcək - 920 at güclü - FOTO

Bu ölkədə polislər Lamborghini sürəcək - 920 at güclü - FOTO

Atasını öldürən Ayxanın ittihamı yüngülləşdirildi

Atasını öldürən Ayxanın ittihamı yüngülləşdirildi

Emoməli Rəhmon İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Emoməli Rəhmon İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Elvinin matçı yarımçıq dayandırıldı

Elvinin matçı yarımçıq dayandırıldı

Tehran-İstanbul təyyarəsi Təbrizdə məcburi eniş etdi

Tehran-İstanbul təyyarəsi Təbrizdə məcburi eniş etdi

Özəl klinikada nəticədən narazı qaldınızsa, pulunuzu belə geri alın

Özəl klinikada nəticədən narazı qaldınızsa, pulunuzu belə geri alın

Antarktidada qarın əriməsinin səbəbi pinqvinlər imiş - MARAQLI

Antarktidada qarın əriməsinin səbəbi pinqvinlər imiş - MARAQLI

End of content

No more pages to load

RADİO