Dörd milyonluq dələduzluqda təqsirləndirilən Nizami Alışanın məhkəməsi BAŞLADI

İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin vəkili vəsatətlə çıxış edib.
 

Vəkil işin baxışa verilməməsini və prokurorluğa qaytarılmasını istəyib. Bildirib ki, istintaqda pozuntulara yol verilib: “İstintaq zamanı Cinayət Prosessual Məcəlləsinin tələbləri pozulub.


Cinayət işi nömrələnməyib, müvəkkilim işlə tanış edilməyib. Bu, pozuntudur. İşin yenidən prokurorluğa qaytarılmasını xahiş edirəm”.

Dövlət ittihamçısı isə bildirib ki, sadalanan nüanslar işin prokurorluğa qaytarılması üçün əsas deyil. Prokuror cinayət işinin baxışa verilməsini təklif edib.

Məhkəmə vəsatəti təmin etməyib.

Məhkəmənin baxış iclası yanvarın 27-nə təyin olunub.

Qeyd edək ki, iş üzrə zərərçəkən qismində 3 nəfər - Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilov tanınıb.

Təqsirləndirilən Nizami Alışan asan pul qazanmaq istəyən şəxslərə özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. Bununla da o, Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu ələ keçirib.

Zərərçəkmişlərə dəyən ümumi ziyan 2 milyon 445 min dollar (4 milyon 156 min 500 AZN) təşkil edir.

Ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlanlar aktivləşdi — Bakıda qarşınıza ilan çıxarsa...

İlanlar aktivləşdi — Bakıda qarşınıza ilan çıxarsa...

Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert

Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert

Dünyanın ən zəif valyutaları AÇIQLANDI - Reytinqdə lider ölkə hansıdır?

Dünyanın ən zəif valyutaları AÇIQLANDI - Reytinqdə lider ölkə hansıdır?

İş həyatında ən sürətli yüksələn 4 BÜRC

İş həyatında ən sürətli yüksələn 4 BÜRC

Tərləmənin və pis qoxunun səbəbi bu vitamin imiş

Tərləmənin və pis qoxunun səbəbi bu vitamin imiş

İranda YENİ QURUM yaradıldı: gəmilərin keçidi üçün...

İranda YENİ QURUM yaradıldı: gəmilərin keçidi üçün...

Psixi sağlamlığı yaxşılaşdıran EMOSİYA müəyyən edilib - ARAŞDIRMA

Psixi sağlamlığı yaxşılaşdıran EMOSİYA müəyyən edilib - ARAŞDIRMA

Füzuli rayonundan olan üç itkin şəxsin nəşinin qalıqları müəyyən edildi - 33 ildən sonra

Füzuli rayonundan olan üç itkin şəxsin nəşinin qalıqları müəyyən edildi - 33 ildən sonra

Belarus Ermənistana NOTA VERDİ

Belarus Ermənistana NOTA VERDİ

Gürcüstanda yüksək vəzifəli məmur saxlanılıb - Xarici kəşfiyyata işləyirmiş

Gürcüstanda yüksək vəzifəli məmur saxlanılıb - Xarici kəşfiyyata işləyirmiş

Abdelmacid Tebbun Türkiyəyə səfər edəcək

Abdelmacid Tebbun Türkiyəyə səfər edəcək

Biləcəridə zəncirvari QƏZA: "KamAZ" qırmızı işıqda keçdi - FOTO

Biləcəridə zəncirvari QƏZA: "KamAZ" qırmızı işıqda keçdi - FOTO

Tramp: “İran ağ bayraq qaldırmalıdır” - VİDEO

Tramp: “İran ağ bayraq qaldırmalıdır” - VİDEO

Ermənistanda Zelenskinin gəlişinə ETİRAZ: Ukrayna bayrağı yandırıldı - VİDEO

Ermənistanda Zelenskinin gəlişinə ETİRAZ: Ukrayna bayrağı yandırıldı - VİDEO

Qazaxıstan Rusiyadan elektrik enerjisindən imtina etməyi planlaşdırır

Qazaxıstan Rusiyadan elektrik enerjisindən imtina etməyi planlaşdırır

"Biabırçılıqdır, heç rayonda belə yaşamırlar" - ŞİKAYƏT/VİDEO

"Biabırçılıqdır, heç rayonda belə yaşamırlar" - ŞİKAYƏT/VİDEO

Əhəd Abıyev bir ildə ikinci qardaşını itirdi - FOTO

Əhəd Abıyev bir ildə ikinci qardaşını itirdi - FOTO

Əhvalınızı düzəldəcək kiçik vərdişlər

Əhvalınızı düzəldəcək kiçik vərdişlər

Pakistanda dözülməz İSTİLƏR: ölənlər var

Pakistanda dözülməz İSTİLƏR: ölənlər var

İran BƏƏ-yə hücum etdiyini qəti TƏKZİB ETDİ

İran BƏƏ-yə hücum etdiyini qəti TƏKZİB ETDİ

Cavidin xanımından boşanma ilə bağlı suala ŞOK CAVAB: “Hər şey ola bilər!” - FOTO

Cavidin xanımından boşanma ilə bağlı suala ŞOK CAVAB: “Hər şey ola bilər!” - FOTO

İran gəmilərin Hörmüz boğazından keçidi üçün YENİ MEXANİZM yaradıb

İran gəmilərin Hörmüz boğazından keçidi üçün YENİ MEXANİZM yaradıb

Bu yerlərdə işıq olmayacaq

Bu yerlərdə işıq olmayacaq

Qalada evlərin altından su çıxır - Sakinlər NARAHATDIR - VİDEO

Qalada evlərin altından su çıxır - Sakinlər NARAHATDIR - VİDEO

End of content

No more pages to load

RADİO