Mövsümün ikinci yarısının hazırlığını davam etdirən "Qarabağ" yoxlama oyununda qüvvəsini sınayıb.
Bizim.Media xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv "Kəpəz"lə üz-üzə gəlib.
Qarşılaşma Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.
"Qarabağ"ın qollarını Aleksey Kaşuk (3), Emmanuel Adday və Davud Məsumov vurub.
"Kəpəz"in heyətində isə Ehtiram Şahverdiyev fərqlənib.
Bizim.Media