"Azərbaycanda ciddi fəlsəfi mühitin formalaşması, ölkəni virusdan qurtaracaq" - Gənc filosofla MÜSAHİBƏ

Bakı Fəlsəfə Akademiyası fəlsəfə, sənət, humanitar elmlər və bir çox digər sahədə yazı, video material, məqalə, tərcümə və blog yayımlayan çox məzmunlu düşüncə platformasıdır.

Bizim.Media olaraq Bakı Fəlsəfə Akademiyasının qurucularından olan Qoşqar Abbasla müsahibəmizi təqdim edirik.

Salam, Qoşqar bəy, öncəliklə müsahibə üçün sizə təşəkkür edirik. Bildiyimiz qədərilə siz önəmli fəlsəfə platformalarından olan “Bakı Fəlsəfə Akademiyası”-nın qurucularındansız. Maraqlıdır ki, belə bir Akademiya yaratmaq fikri necə yarandı sizdə?

İndiyədək Azərbaycanda bir sıra platformalar mövcud idi. Həmin platformalarda şəxsən özüm də müəyyən fəaliyyətlər göstərmişəm və bəzi Qeyri-Hökumət Təşkilatlarında fəlsəfə ilə bağlı layihələr həyata keçirmişəm. Ancaq sonda belə bir nəticəyə gəldim ki, bizim səhvimiz yuxarıdan aşağı doğru baxmaq və oradan quyudakıları dartıb çıxarmaqdır. Azərbaycandakı platformalar ya elitlik nümayiş etdirir, ya da bu ölkəyə başqasının eynəyindən baxaraq düşündürməyə çalışır. Bundan başqa Azərbaycanda həm universitetlərdə, həm də universitetdən kənarda bir filosof qəlibi var: Kostyumlu, qaltstuklu, yaşlı, ağır təbiətli, qəliz və “əndirəbadi” cümlələr quran, ağzından anlaşılmayan terminlər sadalanan bir obraz.

Bakı Fəlsəfə Akademiyası məhz bu qəliblərə qarşı çıxaraq, Azərbaycanda yeni fəlsəfə imici formalaşdırmaq məqsədi ilə yarandı. Biz insanları savadsız, qeyri-intellektual olaraq dəyərləndirmirik; biz insanlara əlimizi yuxarıdan aşağı doğru uzadıb onları qaldırmağa çalışmırıq. Biz də o cəmiyyətimizin düşdüyü çuxura düşmüşük və o çuxurdan, o bataqlıqdan birlikdə çıxmağa çalışırıq. Ən aşağı enmədən sağlam, intellektual və fəlsəfəyə modern münasibəti bəsləyən cəmiyyət formalaşdırmaq mümkün deyil. Bakı Fəlsəfə Akademiyası təsadüfən “Hər həs üçün fəlsəfə” devizi ilə yola çıxmayıb. Akademiya olaraq düşünürük ki, birdən-birə Kant, Hegel, Haydeqqeri oxutmaq, onların əsərlərini təqdim etmək insanlara faydalı olamayacaq. Ona qədər baza yaratmalıyıq və Bakı Fəlsəfə Akademiyası bu bazanın yaradılması üçün çalışır. Proses 10 il çəksə belə, biz könüllü olaraq çalışmağa davam edəcəyik.

Bu gün elm və texnoloji inkişaf gələcəyi müəyyən edir. Bu səbəblə də insanlar daha çox texniki sahələrə yönəlir, hətta dövlətlər tərəfindən də əsasən texniki sahələrə dəstək ayrılır və bu sahələr prioritet hesab edilir. Ancaq sizlər əksinə, fəlsəfənin prioritet olduğunu düşünürsüz. Buna səbəb nədir? 

Təəssüflər olsun ki, haqlısınız... Biz hələ də düşüncənin əvvəl və sonralığı haqqında qərarımızı verə bilməmişik. Bir cəmiyyətin gələcəyi ancaq və ancaq düşüncə üzərindən mümkündür. Elə sabahdan bütün məktəblərdə, bütün universitetlərdə şagird və tələbələrə tablet, komputer və s. texnoloji məhsullar paylayaq. Durmadan innovativ layihələr, işlər görək. Amma bunlar fikir yaratmaz, sənət yaratmaz... Əvvəlcə fikir olmalıdır. Renessansı rəsm və heykəl ortaya çıxarmayıb, Renessans düşüncəsi rəsm və sənəti ərsəyə gətirib. 

Baxın, Dekart XVII əsrdə heç bir texnoloji vasitə olmadan insan beyni, şüuru ilə bağlı mülahizələr irəli sürür və ondan sonra zehin fəlsəfəsi sahəsində fəaliyyətlər başlayır, artır. Nəticədə bu gün insan beyni, şüuru, zehni elmin əsas obyektidir. Siz indiyə qədər elmin fəlsəfədən kənarda olduğunumu düşünürsünüz?.. Xeyir, əsla. Təəssüflər olsun ki, bu gün əsas elm götürülür və fəlsəfənin öldüyü qeyd edilir. Fəlsəfə olmazsa, həmin elmlər işlərini görə bilməzlər. Uşaqlar öncə fəlsəfələməyi, düşünməyi bacarmalıdırlar

Hesab edək ki, Azərbaycanda ciddi fəlsəfi mühit formalaşdı və fəlsəfə inkişaf etdi. Bu Azərbaycan üçün nələri dəyişə bilər? “Avropada elədi, Avropada belədi” deməyəcəyik ən azından. Təhsil üçün xarici ölkələrə getməyəcəyik. Qərib diyarlardan özümüzə filosof (müəllim) axtarmayacağıq, suallarımız olanda rahat ünvanlaya biləcəyik. Artıq fəlsəfə ixtisasında oxuyan tələbə “fəlsəfə kitabları yoxdur, tapa bilmirik” deyə bilməyəcək. Düşünürəm ki, Azərbaycanda ciddi fəlsəfi mühit formalaşsa, bu Azərbaycanı vaksinasiya edəcək, virusdan qurtaracaq. Bütün bəlaların səbəbi bizə görə fəlsəfədən, dolayısı ilə düşünməkdən uzaqlaşmaqda yatır. Fəlsəfə özü ilə bərabərində analitik təfəkkürü gətirəcək. Fəlsəfə özü ilə sənəti gətirəcək. 

Müşahidə etdiyimiz qədərilə Akademiyanızın fəaliyyət istiqamətləri çoxşaxəlidir. Saytınızda tərcümələr, səsləndirmələr və yazılar yer alır. Bu günə qədər bir neçə tərcümə layihəniz də reallaşıb. Bütün bu işləri isə tamamilə təmənnasız şəkildə həyata keçirmisiz. Çətin deyilmi? Sizləri bu cür fəaliyyətə təşviq edən, motivasiya mənbəyiniz nədir?

Çətindir, həm də olduqca çətin. Ancaq Bakı Fəlsəfə Akademiyası olaraq fəaliyyətə başlayanda birlikdə qərar verdik ki, biz maliyyələşdirilməyəcəyik. Bu nə deməkdir? Bu o deməkdir ki, biz saf fəlsəfə fəaliyyəti ilə məşğul olacağıq. İşlərimizin arxasında başqa məqsədlər olmayacaq. Kiməsə xidmət etməyəcəyik. Azərbaycanda fəlsəfə mühiti formalaşsın deyə gecələrimizi gündüzümüzə qatacağıq, amma edəcəyik. Bildiyiniz kimi video materiallar hazırlamaq üçün yaxşı texnoloji aparatlar lazımdı. Bizdə bunların çoxu ya yox idi, ya da olanlar çox zəif idi. Bütün bunlara baxmayaraq əzmlə davam edirik. Montaj edərkən dəfələrlə komputerim sönüb və sıfırdan başlamışıq. Video bitdikdən sonra platformalara yükləmək üçün səhərədək gözləmişik. Sonda paylaşılanda bir nəfər “təşəkkür edirik, faydalı oldu”, - deyəndə bax, bu bizə movtivasiya verib. Biz bir nəfər üçün belə çalışacağıq.

Bəs, Akademiyanın gələcək fəaliyyətindən gözləntiləriniz nələrdir?

Bakı Fəlsəfə Akademiyasından gözləntimdən ziyadə zehnimdə canladırdığım görüntü nədir onu demək istərdim. Bakı Fəlsəfə Akademiyası qeyri-formal fəlsəfə və humanitar (lazımi texniki elmlər də daxildir) təhsili verən bir platforma olsun. Həm Bakıda mərkəzi olsun, həmçinin də yay kampları təşkil etsin. Tələbələr universitetdə öyrəndikləri şeyləri müzakirə edə bilmirlər və ya tam dərk edə bilmirlər. Bu kamplarda müzakirələr təşkil edilsin, görüşlər keçirilsin. Bir mühit formalaşsın. Gözləntim budur və bu yolda çalışacağıq.

Maraqlı söhbət üçün çox təşəkkür edirik, Qoşqar bəy. Sizə və Bakı Fəlsəfə Akademiyasının kollektivinə fəaliyyətinizdə uğurlar arzu edirik.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qurban Qurbanov axtardığını tapdı - Yeni hücumçunu tanıyın!

Qurban Qurbanov axtardığını tapdı - Yeni hücumçunu tanıyın!

Konqoda 2 gəmi batdı - 200-dən çox insan həlak oldu

Konqoda 2 gəmi batdı - 200-dən çox insan həlak oldu

Polşa öz ərazisində NATO qüvvələrinin yerləşdirilməsinə razılıq verdi

Polşa öz ərazisində NATO qüvvələrinin yerləşdirilməsinə razılıq verdi

"Neftçi" "Sabah"la bərabərə qaldı

"Neftçi" "Sabah"la bərabərə qaldı

Özbəkistanda qatar avtomobillə toqquşdu: 6 ölü var

Özbəkistanda qatar avtomobillə toqquşdu: 6 ölü var

Bakının işğaldan azad edilməsindən 107 il ötür

Bakının işğaldan azad edilməsindən 107 il ötür

Azərbaycanda Bilik Günüdür

Azərbaycanda Bilik Günüdür

Çinin Şandun əyaləti üzərində partlayış - VİDEO

Çinin Şandun əyaləti üzərində partlayış - VİDEO

“Biz Üçüncü dünya müharibəsinin astanasındayıq” - Berns

“Biz Üçüncü dünya müharibəsinin astanasındayıq” - Berns

Renka daha bunu etməyəcək

Renka daha bunu etməyəcək

İlham Əliyevin azyaşlı ilə səmimi dialoqu - VİDEO

İlham Əliyevin azyaşlı ilə səmimi dialoqu - VİDEO

Göygöldə qəza: 2 yaralı var

Göygöldə qəza: 2 yaralı var

Sabunçuda yenə eyni mənzərə - VİDEO

Sabunçuda yenə eyni mənzərə - VİDEO

Braziliya prezidenti Trampı dialoqa çağırdı

Braziliya prezidenti Trampı dialoqa çağırdı

Xankəndidə erməninin silahlı təxribata hazırlıq görməsinin görüntüləri yayıldı - VİDEO

Xankəndidə erməninin silahlı təxribata hazırlıq görməsinin görüntüləri yayıldı - VİDEO

Xankəndidə yaralanan polis Bakıya gətirildi

Xankəndidə yaralanan polis Bakıya gətirildi

Sökülən evlərin sakinləri ilə tikinti şirkətləri arasında kompensasiya DAVASI

Sökülən evlərin sakinləri ilə tikinti şirkətləri arasında kompensasiya DAVASI

Zelenski Rusiyanın neft emalı zavodlarına edilən zərbələrin əhəmiyyətindən danışdı

Zelenski Rusiyanın neft emalı zavodlarına edilən zərbələrin əhəmiyyətindən danışdı

Qohum evliliyi qadağasından sonra nikahların sayı AZALDI - VİDEO

Qohum evliliyi qadağasından sonra nikahların sayı AZALDI - VİDEO

“Aygün Bəylər buna görə kişi paltarı geyinirdi”

“Aygün Bəylər buna görə kişi paltarı geyinirdi”

Tramp Avropaya görün hansı şərti qoyub?

Tramp Avropaya görün hansı şərti qoyub?

İlk dəfə anasını paylaşdı - FOTO

İlk dəfə anasını paylaşdı - FOTO

"Formula-1"ə görə Bakıya nə qədər turist gələcək? - VİDEO

"Formula-1"ə görə Bakıya nə qədər turist gələcək? - VİDEO

İlham Əliyevin qonaq olduğu evdən GÖRÜNTÜLƏR

İlham Əliyevin qonaq olduğu evdən GÖRÜNTÜLƏR

End of content

No more pages to load

RADİO