Mikayıl Müşfiqin əmisi nəvəsi: “Müşfiqlə bağlı bir xəbər çıxacağını həmişə gözləyirik”

“Mikayıl Müşfiqə aid olduğu iddia edilən meyit qalıqları üzərində DNT analizləri aparılmışdı. Həmin qalıqların ona aid olmadığı rəsmi təsdiqləndi. Bu barədə mənə bu ilin  iyun ayında Mədəniyyət Nazirliyindən zəng edib məlumat verdilər. İnsan qalıqlarının Müşfiqlə bağlılığı yoxdur".

Bu sözləri bu gün vəfatından 87 il ötən nakam sevgi şairi Mikayıl Müşfiqin əmisi nəvəsi Vahab İsmayılzadə Bizim.Media-ya açıqlamasında deyib.

Onun sözlərinə görə Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi qalıqlar tapılanda DNT analizini ondan götürüb:

“Biz həmin cavabdan sonra da ümidimizi üzməmişik. Müşfiqlə bağlı bir xəbər çıxacağını həmişə gözləyirik".

Vahab İsmayılzadə ölməz şairlə bağlı qan qohumluğundan da danışıb:

"Atalarımız əmoğlu olub. Müşfiqin atası Əbdülqədir, mənim atam isə Yunis olub".

Vahab İsmayılzadə səhhətində problem olduğundan bu gün Xızıya-Müşfiqin anım mərasiminə gedə bilmədiyini də qeyd edib. O, nakam şairin adını anıb, xatırəsini əziz tutan hər kəsə təşəkkür edib.
 

Qeyd edək ki, Mikayıl Müşfiqin sümük qalıqları bu günə qədər hələ aşkar edilməyib. Bir neçə il əvvəl Qaradağ rayonu Puta qəsəbəsində Mikayıl Müşfiqə aid olması iddia edilən meyit qalıqları aşkarlanmışdı. Nakam şairə aid olması ehtimal edilən bütün sümük qalıqları üzərində DNT analizləri aparılıb. Bu analizlərin heç biri təsdiqini tapmayıb. 


Xatırladaq ki, yanvarın 6-sı XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı, nakam şair Mikayıl Müşfiqin anım günüdür. Nakam şairin vəfatından 87 il ötür.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rafael Dadaşovun öz adını daşıyan nəvəsi İLK DƏFƏ - VİDEO

Rafael Dadaşovun öz adını daşıyan nəvəsi İLK DƏFƏ - VİDEO

Dünya çempionatı: Güləşçimiz bürünc medal qazandı

Dünya çempionatı: Güləşçimiz bürünc medal qazandı

Polşanın hökumət binaları üzərində dron göründü – Tusk

Polşanın hökumət binaları üzərində dron göründü – Tusk

Yaşarın da qızı birinci sinfə getdi - FOTO

Yaşarın da qızı birinci sinfə getdi - FOTO

İsveçli idmançıdan 14-cü DÜNYA REKORDU

İsveçli idmançıdan 14-cü DÜNYA REKORDU

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

Sabah Bakının 2 rayonunda QAZ OLMAYACAQ

Sabah Bakının 2 rayonunda QAZ OLMAYACAQ

İlk sürücüsüz elektrik avtobusu sınaqdan keçirildi - FOTO

İlk sürücüsüz elektrik avtobusu sınaqdan keçirildi - FOTO

İkinci Liqa: “Şəmkir” və “Şirvan” qələbə QAZANDI

İkinci Liqa: “Şəmkir” və “Şirvan” qələbə QAZANDI

Britaniya Polşa səmasını qorumaq üçün qırıcı təyyarələr GÖNDƏRƏCƏK

Britaniya Polşa səmasını qorumaq üçün qırıcı təyyarələr GÖNDƏRƏCƏK

Buna görə ad günü keçirtmir

Buna görə ad günü keçirtmir

“Çarli Kirkin qətlini alqışlayan əcnəbilərə ABŞ vizası verilməməlidir” - Rubio

“Çarli Kirkin qətlini alqışlayan əcnəbilərə ABŞ vizası verilməməlidir” - Rubio

Azərbaycan klubu ukraynalı legioner TRANSFER ETDİ

Azərbaycan klubu ukraynalı legioner TRANSFER ETDİ

Faiq Ağayev: “Mənim kəbinli arvadım var” - VİDEO

Faiq Ağayev: “Mənim kəbinli arvadım var” - VİDEO

Prezident Daşbulaq sakininin ata evi ilə bağlı TAPŞIRIQ VERDİ - VİDEO

Prezident Daşbulaq sakininin ata evi ilə bağlı TAPŞIRIQ VERDİ - VİDEO

“İsrail təcridə hazırlaşmalıdır” - Netanyahu

“İsrail təcridə hazırlaşmalıdır” - Netanyahu

“Qarabağ”la oyundan öncə “Benfika”da CİDDİ İTKİLƏR

“Qarabağ”la oyundan öncə “Benfika”da CİDDİ İTKİLƏR

Mehin ərə gedir

Mehin ərə gedir

Qızılın dəyəri TARİXİ MAKSİMUMA yüksəldi

Qızılın dəyəri TARİXİ MAKSİMUMA yüksəldi

37 müntəzəm avtobus marşrutu müsabiqəyə ÇIXARILIR

37 müntəzəm avtobus marşrutu müsabiqəyə ÇIXARILIR

Nuri Şahin Superliqa klubunun BAŞ MƏŞQÇİSİ oldu

Nuri Şahin Superliqa klubunun BAŞ MƏŞQÇİSİ oldu

Ceyhun Bayramov Dohada özbək həmkarı ilə TDT-nin Zirvə Toplantısına hazırlığı müzakirə edib

Ceyhun Bayramov Dohada özbək həmkarı ilə TDT-nin Zirvə Toplantısına hazırlığı müzakirə edib

Gəncədə mikroavtobusla maşın TOQQUŞDU - 3 nəfər xəstəxanalıq oldu

Gəncədə mikroavtobusla maşın TOQQUŞDU - 3 nəfər xəstəxanalıq oldu

XİN başçısı Ərəb-İslam Sammitində Qətərin ərazi bütövlüyünə dəstək ifadə edib

XİN başçısı Ərəb-İslam Sammitində Qətərin ərazi bütövlüyünə dəstək ifadə edib

End of content

No more pages to load

RADİO