Hollivud ulduzu Bred Pittlə Ancelina Coli arasındakı məhkəmə prosesi başa çatıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, məhkəməninin nəticəsi Bred Pittin leyhinə olub.
Belə ki, uşaqları ilə bağlı beş ildir davam edən məhkəmədə aktyor Coliyə qalib gəlib. Onlar uşaqlar üzərində bərabər hüquq qazanıblar.
Hakimin qərarı ilə razılaşmayan Ancelina yenidən şikayət verəcəyini bildirib.
Qeyd edək ki, cütlüyün 6 övladı var. Onlardan üçünü aktyorlar övladlığa götürüb, digər üçü isə biolojidir.
Bizim.Media