“İradə sağdır, cinlər aləmində saxlanılır” - Biznesmen anlaqsızdır, yoxsa rola girib?

Qeyri-rəsmi birgə yaşadığı qadını boğaraq öldürməkdə ittiham olunan 48 yaşlı biznesmen Emil Ağcanovun məhkəmə istintaqı başlayıb.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, ekspert rəyi ilə anlaqsız hesab edilən Ağcanov saxlanıldığı psixiatriya xəstəxanasından polis müşayiəti ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirilib.

Prokurorluğun göndərdiyi qərarda yazılıb ki, Emil Ağcanov və İradə Muradovanın faciə ilə bitən sonuncu görüşü ötən ilin avqustunda Emilin anasının evində baş tutub. Həmin gün Emil spirtli içki və narkotik maddənin təsiri altında İradəni yerə yıxıb, dini ayinlər etdirərək ayətül-kürsi duası oxutdura-oxutdura xüsusi amansızlıqla boğaraq həyatdan məhrum edib. Daha sonra o, cəsədi hamam otağına aparıb, üzərinə möhür qoyaraq qucaqlayıb və səhərə qədər ona sarılmış vəziyyətdə dini musiqilər dinləyib.

Emil ertəsi gün saxlanılsa da, psixiatrik ekspertiza onun cinayət əməlini törədərkən anlaqsız vəziyyətdə olması barədə rəy verib. Bu əsasla o, istintaq təcridxanasından psixiatriya xəstəxanasına köçürülüb.

Qərar oxunduqdan sonra təqsirləndirilən şəxsə söz verilib. Hakim Səbinə Məmmədzadə ona ifadə verməmək hüququnu da xatırladıb, lakin danışacağı halda obyektiv araşdırmaya kömək olacağını bildirib.

Müttəhim sərbəst ifadə verməyə hazır olduğunu deyərək ayağa qalxıb. Emil İradə ilə münasibətlərini, hadisələrin harada və nə vaxt baş verdiyini dəqiq xatırlayıb. Bununla belə ifadəsində cinayətlə bağlı reallıqdan uzaq, mifik xarakterli fikirlər səsləndirib: 

“Həmin gün cinlər onun ruhunu ələ keçirmişdi. Nə qədər dualar oxusam da, xilas edə bilmədim. Həmin varlıqlar ona elə güc vermişdilər ki, mənim kimi idmançı adamı üç dəfə divara çırpdı. Sona qədər ona ayətül-kürsi və digər duaları oxutdurmuşam. İradəni hamıdan çox istəyirdim, illərlə birgə yaşamışıq. Sadəcə xristian olduğu üçün evlənə bilməmişdik. Mən onu necə öldürə bilərəm? Düzdür, həmin vaxt hamama girəndə sürüşüb yıxıldı, amma ölmədi. İndi sağdır, cinlər aləmində saxlanılır”.

Anlaqsız kimi mühakimə olunan biznesmen ifadəsinin davamında deyib ki, İradəni görünməz varlıqlardan qorumaq üçün qucağında saxlayıb. Hətta onlardan qorunmaq üçün şeytanın əşyası olduğunu hesab etdiyi “İphone” markalı telefonunu da sındırıb: 

“İradəni cin-şeytandan qorumaq üçün onu qucaqlayıb üzərinə möhür qoydum. Sonra da həmin varlıqları qovmaq üçün səhərə qədər ayətül-kürsi oxudum. Həmin gündən əvvəl də mən ona kəlmeyi-şəhadət öyrədirdim. Hətta dua oxuyan vaxt mənə zəng gəldiyi üçün “İphone”u da qırmışdım. “İphone” da şeytan əşyasıdır. Niyə arxası açılmır? Çünki şeytan əməlidir. Elə buna görə telefonu yerə çırpıb qırdım. Amma narahat olmayın, İradə indi yaxşıdır”.

Təqsirləndirilən şəxs hakim, prokuror və vəkillərin suallarına da eyniməzmunlu mifik cavablar verib. Əlavə kimi sadəcə İradə ilə daha əvvəlki mehriban münasibətlərindən, Maldiv adalarındakı birgə istirahətlərindən danışıb.

Həkim rəyi Emilin cinayəti törədərkən öz hərəkətlərini dərk etmədiyini göstərsə də, mərhumun yaxınları bununla razılaşmır, onun məsuliyyətdən yayınmaq üçün rol oynadığını düşünürlər.

Emilin ilkin istintaq müddətinə hər dəfə ayrı cür ifadə verməsi isə zərərçəkmiş tərəfdə şübhələri daha da artırıb. Mərhumun hüquqi varisi kimi tanınmış bacısı Rəna Muradova ifadəsində Emilin psixi xəstə olmadığını deyib. Hüquqi varis Emilin onun bacısını narkotikin təsiri altında qəsdən öldürdüyünü təkrar-təkrar dilə gətirərək hakimlərdən ədalət istəyib.
 

Zərərçəkmiş tərəf təqsirləndirilən şəxsin anlaqsız olması ilə bağlı qərara şübhə ilə yanaşdığından məhkəmənin hüququ var ki, təkrar tibbi ekspertiza təyin etsin. Bu zərurətin olub-olmadığına isə məhkəmə qərar verəcək.

Proses boyu diqqətçəkən başqa bir məqam isə Emilin anasının mərhumun yaxınlarına aqressiv münasibət sərgiləməsi olub. Hətta o, prosesə icazəsiz müdaxilə edərək mərhumun uzun illər oğlunun imkanlarından istifadə etdiyini deyib. Hakim yerindən danışdığı üçün anaya xəbərdarlıq edib.

Məhkəmə yanvarın 29-da davam etdiriləcək.

Qeyd edək ki, E.Ağcanov biznes fəaliyyəti ilə məşğul olub. O, “Chermington Transportation Services”, “AZRENT”, “Caspi Style” şirkətlərinin və İtaliya brendi “YAMAMAY” mağazasının sahibidir. Emil bu hadisəyə qədər daim bahalı həyat tərzi ilə diqqət çəkib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qazaxda ağır qəza: 3 nəfər xəsarət aldı

Qazaxda ağır qəza: 3 nəfər xəsarət aldı

Kimin evində varsa, atmasın: sərvət dəyərindədir

Kimin evində varsa, atmasın: sərvət dəyərindədir

Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO

Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO

Husilər Səudiyyə Ərəbistanına ballistik raket və PUA-larla zərbələr endiriblər

Husilər Səudiyyə Ərəbistanına ballistik raket və PUA-larla zərbələr endiriblər

Sumqayıtda dəm qazından boğulan şəxs sahibkar imiş

Sumqayıtda dəm qazından boğulan şəxs sahibkar imiş

“Slaviya” Bakıda - VİDEO

“Slaviya” Bakıda - VİDEO

Rusiya Xarkovun ətrafını və İvano-Frankovskini vurdu: 6 ölü var

Rusiya Xarkovun ətrafını və İvano-Frankovskini vurdu: 6 ölü var

ABŞ-da kanadalı ekspert həbs edildi

ABŞ-da kanadalı ekspert həbs edildi

Repetitorlar hansı sınaqlar qarşısındadırlar?

Repetitorlar hansı sınaqlar qarşısındadırlar?

Trampın nəvəsi dəbdəbəli mənzili və 531 dollarlıq kosmetikasına görə tənqid olundu

Trampın nəvəsi dəbdəbəli mənzili və 531 dollarlıq kosmetikasına görə tənqid olundu

Lyayen: “Ukraynadakı müharibə "yeni, daha qaranlıq mərhələyə" qədəm qoyub”

Lyayen: “Ukraynadakı müharibə "yeni, daha qaranlıq mərhələyə" qədəm qoyub”

Zelenski Rusiyanı Xarkovdakı İstilik-Elektrik Mərkəzinə zərbə endirməkdə ittiham etdi

Zelenski Rusiyanı Xarkovdakı İstilik-Elektrik Mərkəzinə zərbə endirməkdə ittiham etdi

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

Lyuis Hemiltonun yarışdan sonra səhhəti pisləşdi

Lyuis Hemiltonun yarışdan sonra səhhəti pisləşdi

Kredit faizləri ilə bağlı meyar dəyişdi - VİDEO

Kredit faizləri ilə bağlı meyar dəyişdi - VİDEO

Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - VİDEO

Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - VİDEO

Avropa İttifaqı Ukraynaya əlavə vəsait ayıracaq

Avropa İttifaqı Ukraynaya əlavə vəsait ayıracaq

Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat: 59 nəfər TUTULDU

Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat: 59 nəfər TUTULDU

Masazırda motosikletlə avtomobil toqquşdu - 2 ölü var - FOTO

Masazırda motosikletlə avtomobil toqquşdu - 2 ölü var - FOTO

"Mançester Siti" "Liverpul"u məğlub etdi - VİDEO

"Mançester Siti" "Liverpul"u məğlub etdi - VİDEO

ABŞ-ın hərbi gəmiləri Hörmüz boğazından uzaqlaşdı

ABŞ-ın hərbi gəmiləri Hörmüz boğazından uzaqlaşdı

Möhsün Rezai: “ABŞ bəzi şərtlərimizi qəbul etdi”

Möhsün Rezai: “ABŞ bəzi şərtlərimizi qəbul etdi”

Bakı-Qazax magistralında avtomobilin vurduğu piyada xəstəxanada VƏFAT ETDİ

Bakı-Qazax magistralında avtomobilin vurduğu piyada xəstəxanada VƏFAT ETDİ

Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu

Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu

End of content

No more pages to load

RADİO