AAzərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi yanında vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə yaradılmış İctimai Şuranın ilk iclası keçirilib.
Bizim.Media "Azəriqaz"a istinadla xəbər verir ki, İctimai Şuraya Xəyal Bəşirov sədr, Rəşad Quliyev sədr müavini, Xəzər Media Mərkəzinin əməkdaşı, tanınmış aparıcı Lalə Azərtaş isə katib seçilib.
Səsvermə başa çatdıqdan sonra Birliyin baş direktoru Ruslan Əliyev İctimai Şuranın üzvləri ilə görüş keçirib və müxtəlif məsələlər müzakirə edilib.
Baş direktor Birlik yanında yaradılan İctimai Şuranın qaz təsərrüfatı ilə bağlı müvafiq rəy və təkliflərinin nəzərə alınacağını bildirərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Bizim.Media