Dəm qazı yenə can alıb. Goranboyda bir ailənin iki üzvü dəm qazından boğulub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Ağcakənd ərazisində baş verib.
Xocalı sakinləri 1979-cu il təvəllüdlü Sevil və onun əmisi qızı 1972-ci il təvəllüdlü Xumar Səlimova dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu