Ermənistan və Fransaya BÖYÜK ZƏRBƏ – Əsədin erməni sevgisinin PƏRDƏARXASI – TƏHLİL

Hazırda Suriyada nisbi sakitlikdir. 53 il davam edən Əsəd rejimi devrildikdən sonra  Əbu Muhəmməd Əl-Culaninin rəhbərlik etdiyi  “Həyat Təhrir əş-Şam” qruplaşması ölkədəki proseslərə əsasən nəzarət edir. Hətta ölkədə müvəqqəti keçid hökuməti də yaradılıb. Bu da nəhayət uzun zamandan sonra Suriyaya sülhün gələcəyinə ümid yaradıb.

Azərbaycan Suriya xalqının seçiminə hörmətlə yanaşır

Ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Təyyib Ərdoğana zəng edib. Telefon danışığı zamanı Cənubi Qafqaz və Yaxın Şərq regionuna aid məsələlərə toxunulub, xüsusilə Suriyada Əsəd rejiminin çökməsindən sonra yaranmış vəziyyət müzakirə olunub. Hər iki lider bu münasibətlə Suriya xalqına təbriklərini, Suriya dövlətinin ərazi bütövlüyünə və suverenliyinə dəstəklərini ifadə ediblər.

Prezident İlham Əliyev bundan sonra Türkiyənin yaxın dəstəyi ilə Suriyada sabitlik dövrünün başlayacağına ümidvar olduğunu bildirərək Azərbaycanın qardaş Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazır olduğunu qeyd edib.

Prezident Rəcəb Təyyib Ərdoğan bütün sahələrdə olduğu kimi Suriya xalqına humanitar yardım və dəstək məsələsində də Azərbaycan və Türkiyənin birgə fəaliyyət göstərəcəyini məmnuniyyətlə vurğulayıb.

10 ildir ki, Suriyadakı səfirliyimizin qapısı bağlı qalıb

Nəzərə alaq ki, Azərbaycanın da Suriya ilə münasibətləri son 13 ildə o qədər də isti olmayıb. Xüsusilə də, Suriyada baş verən proseslər və rəsmi Dəməşqin ermənipərəst mövqeyi ölkələr arasında münasibətlərdə soyuqluq yaradıb. Məhz bu səbəbdəndir ki, Azərbaycanın 2014-cü ildən Suriyada səfiri yoxdur.

Qeyd edək ki, Ölkəmizin Dəməşqdəki sonuncu səfiri Mahir Əliyev olub. O, 2008-2014-cü illərdə Azərbaycanın Suriya və Livandakı səfiri postunu tutub. Diplomat 2014-cü ilin noyabr ayında o geri çağırılıb. Azərbaycan daha sonra Livana səfir təyin etsə də, Suriyaya səfir göndərməyib. Bunun da bir sıra səbəbləri var. Əsas səbəblərdən biri də Suriyanın davamlı olaraq Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini dəstəkləməsidir.

Suriya-Ermənistan ittifaqı

Xatırladaq ki, Ermənistan 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarında əsasən Suriyadan gələn ermənilərin qanunsuz məskunlaşdırılmasını  həyata keçirib. Qarabağda erməni əhalisinin sayını süni şəkildə artırmaq siyasəti nəticəsində işğal altında olmuş ərazilərə digər ölkələrlə yanaşı Suriyadan da minlərlə erməni köçürülüb, onların köçürülməsi üçün Ermənistan dövləti, erməni lobbisi və diasporu, ayrı-ayrı fondlar tərəfindən həvəsləndirici, təşviqedici addımlar atılıb.

Bundan əlavə Suriya zaman-zaman Ermənistana hərbi və siyasi dəstək verib. Bu münasibətlərsə bir çox hallarda etiket və diplomatik qaydaları keçib. Hələ 90-cı illərin əvvəllərində Suriya Ermənistana hər cür dəstək göstərib. Hətta o zaman Suriya prezidenti Hafiz Əsəd Ermənistanın müdafiə naziri olan Vazgen Sarksiyana “Mercedes” firmasının istehsalı olan zirehli “Gallenvagen” hədiyyə edib. Sarkisyan onu bir az sürdükdən sonra gürcü biznesmeni ilə iki tankla dəyişib. Bu tanklar Qarabağda azərbaycanlılara qarşı müharibədə istifadə edilib.

Hafiz Əsəd nə təsadüfdürsə 1994-cü ildə həmin maşını gürcü biznesmenindən geri alıb yenidən Sarkisyana hədiyyə edib. İndi bu “Mercedes” qiymətli əsər kimi Ermənistanda muzeydə saxlanılır. Tək bu fakt göstərir ki, Əsəd rejimi Ermənistana nə qədər bağlı olub.

Başqa bir vacib detal

2011-ci ildə Suriyanın dini icmaları ilə görüşdə Suriyanın baş müftisi Əhməd Bədrəddin Hassun deyib ki, Qarabağ üçün başlıca motivasiya erməni xalqının müstəqillik üçün göstərdiyi azadlıq istəyi, regionun tarixi keçmişi və müharibədə qələbədir:

“Şəxsən mən Qarabağdakı erməni xalqının müstəqillik və azadlıq uğrunda səylərini dəstəkləyirəm. Bir daha qeyd etmək lazımdır ki, Qarabağ münaqişəsinin səbəbi din deyil, erməni xalqının azadlıq istəyidir. Bununla hesablaşmamaq olmaz”

Nəzərə alaq ki, Ermənistan da bir terror dövləti olaraq Suriyada terror dəstək verib. Suriyada xeyli sayda erməni silahlı Əsədin tərəfində vuruşub və onun yaxın mühafizəsində iştirak edib. Hələbdə dinc insanlara qarşı baş vermiş qətliamlar zamanı terrorçu erməni birlikləri xüsusi fəallıq göstərib, türkmən xalqının qətlə yetirilməsində iştirak edib.

Vaxtilə Ermənistan hökumətinin Bəşər Əsədə yardım dolu təyyarə göndərdiyinin görüntüləri bir zamanlar dünya mətbuatında geniş əks-səda doğurmuşdu. Hətta məlumatlara görə, Xocalı soqırımı zaman ermənilərdən ibarət Əsədin xüsusi təyinatlı qüvvələri də iştirak edib.

Paşinyanın Əsəd sevgisi

Nikol Paşinyanla Bəşər Əsəd arasında hər zaman çox isti münasibətlər olub. 2021-ci ilin aprelində Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Suriya prezidenti seçilməsi münasibəti ilə Bəşər Əsədi təbrik edən iki-üç dövlət başçısından biri olub.

Məktubda ən ironik məqamsa Azərbaycan Silahlı Qüvvələri qarşısında aciz qalan, öz ölkəsindəki xaosu aradan qaldırmaqda çətinlik çəkən Paşinyanın Əsədə yardım təklif etməsi olub.

Həmçinin məktubda bildirilib ki, Ermənistan bundan sonra da Suriyadakı böhranın aradan qaldırılması üçün səylərini davam etdirəcək.

Xatırladaq ki, Ermənistanın 2019-cu ildən Hələb ərazisində xüsusi missiyası fəaliyyət göstərirdi. Humanitar missiya adlansa da, erməni dəstələri daha çox hərbi tapşırıqları yerinə yetirirdi. Amma ara qarışan kimi noyabrın 29-da axşam saatlarında erməni missiyasının üzvləri hərbi nəqliyyat təyyarəsi ilə Ermənistana qaçıblar. Ona görə də Bəşər Əsəd rejiminin devrilməsi rəsmi İrəvan üçün çox böyük itkidir.

Bəşər Əsədin gedişi daha kimləri məyus edib?

Əsəd rejiminin devrilməsi Ermənistanla yanaşı Hindistana da böyük zərbədir. Çünki Bəşər Əsəd rejimi Kəşmir məsələsində birmənalı və davamlı şəkildə Hindistanı dəstəkləyirdi. Halbuki, dini təəssübkeşlik baxımından Suriya Pakistanın yanında dayanmalı idi.

Təbii ki, Bəşər Əsədin devrilməsinə məyus olanlardan biri də Fransa prezidenti Emmanuel  Makrondur. Çünki regional və beynəlxalq məsələlərdə rəsmi Paris bir qayda olaraq Əsəd rejimi ilə eyni mövqedən çıxış edirdi. Üstəlik, Əsədlə Makronun şəxsi münasibətləri də yüksək səviyyədə idi.

Ona görə də Əsəd rejimin devrilməsi Ermənistan, Fransa və Hindistan kimi dövlətlərin maraqlarına cavab vermir. Amma tarixi geri qaytarmaq olmaz. Səriştəsiz, korporativ maraqlara söykənən addımlar atan bütün siyasətçilər məğlubiyyətə məhkumdur. Bəşər Əsəd rejiminin başına gələnlər də bunu sübut etdi...

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bir meyvə, min faydası: Heyvanın sirri

Bir meyvə, min faydası: Heyvanın sirri

Rafael Dadaşovun öz adını daşıyan nəvəsi İLK DƏFƏ - VİDEO

Rafael Dadaşovun öz adını daşıyan nəvəsi İLK DƏFƏ - VİDEO

Dünya çempionatı: Güləşçimiz bürünc medal qazandı

Dünya çempionatı: Güləşçimiz bürünc medal qazandı

Polşanın hökumət binaları üzərində dron göründü – Tusk

Polşanın hökumət binaları üzərində dron göründü – Tusk

Yaşarın da qızı birinci sinfə getdi - FOTO

Yaşarın da qızı birinci sinfə getdi - FOTO

İsveçli idmançıdan 14-cü DÜNYA REKORDU

İsveçli idmançıdan 14-cü DÜNYA REKORDU

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

Sabah Bakının 2 rayonunda QAZ OLMAYACAQ

Sabah Bakının 2 rayonunda QAZ OLMAYACAQ

İlk sürücüsüz elektrik avtobusu sınaqdan keçirildi - FOTO

İlk sürücüsüz elektrik avtobusu sınaqdan keçirildi - FOTO

İkinci Liqa: “Şəmkir” və “Şirvan” qələbə QAZANDI

İkinci Liqa: “Şəmkir” və “Şirvan” qələbə QAZANDI

Britaniya Polşa səmasını qorumaq üçün qırıcı təyyarələr GÖNDƏRƏCƏK

Britaniya Polşa səmasını qorumaq üçün qırıcı təyyarələr GÖNDƏRƏCƏK

Buna görə ad günü keçirtmir

Buna görə ad günü keçirtmir

“Çarli Kirkin qətlini alqışlayan əcnəbilərə ABŞ vizası verilməməlidir” - Rubio

“Çarli Kirkin qətlini alqışlayan əcnəbilərə ABŞ vizası verilməməlidir” - Rubio

Azərbaycan klubu ukraynalı legioner TRANSFER ETDİ

Azərbaycan klubu ukraynalı legioner TRANSFER ETDİ

Faiq Ağayev: “Mənim kəbinli arvadım var” - VİDEO

Faiq Ağayev: “Mənim kəbinli arvadım var” - VİDEO

Prezident Daşbulaq sakininin ata evi ilə bağlı TAPŞIRIQ VERDİ - VİDEO

Prezident Daşbulaq sakininin ata evi ilə bağlı TAPŞIRIQ VERDİ - VİDEO

“İsrail təcridə hazırlaşmalıdır” - Netanyahu

“İsrail təcridə hazırlaşmalıdır” - Netanyahu

“Qarabağ”la oyundan öncə “Benfika”da CİDDİ İTKİLƏR

“Qarabağ”la oyundan öncə “Benfika”da CİDDİ İTKİLƏR

Mehin ərə gedir

Mehin ərə gedir

Qızılın dəyəri TARİXİ MAKSİMUMA yüksəldi

Qızılın dəyəri TARİXİ MAKSİMUMA yüksəldi

37 müntəzəm avtobus marşrutu müsabiqəyə ÇIXARILIR

37 müntəzəm avtobus marşrutu müsabiqəyə ÇIXARILIR

Nuri Şahin Superliqa klubunun BAŞ MƏŞQÇİSİ oldu

Nuri Şahin Superliqa klubunun BAŞ MƏŞQÇİSİ oldu

Ceyhun Bayramov Dohada özbək həmkarı ilə TDT-nin Zirvə Toplantısına hazırlığı müzakirə edib

Ceyhun Bayramov Dohada özbək həmkarı ilə TDT-nin Zirvə Toplantısına hazırlığı müzakirə edib

Gəncədə mikroavtobusla maşın TOQQUŞDU - 3 nəfər xəstəxanalıq oldu

Gəncədə mikroavtobusla maşın TOQQUŞDU - 3 nəfər xəstəxanalıq oldu

End of content

No more pages to load

RADİO