10 yaşlı uşağın qarın boşluğuna qapı dəstəyi məktəbdə BATIB – Hadisənin TƏFƏRRÜATI

Xəbər verildiyi kimi Xətai Tibb Mərkəzində qeyri-adi cərrahi əməliyyat icra edilib.  

Xəstəxanaya gətirilmiş 10 yaşlı uşağın qarın boşluğuna batmış qapı dəstəyi çıxarılıb. Hadisənin hansı şəraitdə baş verdiyi və qapı dəstəyinin 10 yaşlı uşağın qarın boşluğuna necə nüfuz etdiyi müəmmalı qalıb.

Bizim.Media- nın əldə etdiyi məlumata görə hadisə Sabunçu rayonu ərazisində yerləşən 107 nömrəli tam orta məktəbdə baş verib. Belə ki, uşaq məktəbdəki şkafın dəstəyini dartarkən qırılıb və canına batıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda ŞOKA SALAN HADİSƏ: 10 yaşlı uşağın qarın boşluğundan qapı dəstəyi çıxarıldı


Əməliyyatı icra edən uşaq cərrahı Pərviz Səmədov saytımıza açıqlama verib. O, hadisə barədə bunları deyib:

“Bu gün saat 9-da təcili tibbi yardım maşını ilə Xətai Tibb Mərkəzinə 10 yaşlı uşaq gətirilib. Uşağın qarnının ön divarında deşilmiş yara vardı. Eyni zamanda bu yarada metal yad cism görünürdü. Tərəfimizdən aparılan klinik müayinələr nəticəsində müəyyən etdik ki, yad cism dəri altında yerləşir. Tam əmin olmaq üçün labarator və instrumental müayinələr aparıldı. Həmçinin qarın boşluğunun ultrasəs və rentgen müayinələri keçirildi.

Bir daha müəyyən edildi ki, yad cism daxilə nüfuz etməyib, ancaq dərialtı toxumalarda yer alıb. Tərəfimizdən yad cism oradan çıxarıldı və xəstəyə müvafiq yardımlar göstərildi. 2 saat müvafiq şöbədə saxlanılandan sonra kafi vəziyyətdə ambulator müalicəyə göndərildi”.

Qeyd edək ki, hadisə ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Daxili İşlər Nazirliyinə sorğu göndərilib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Almaniyada isti hava 9800 nəfərin həyatına son qoyub

Almaniyada isti hava 9800 nəfərin həyatına son qoyub

İsmayıllıda zəncirvari QƏZA: Xəsarət alan var – FOTO

İsmayıllıda zəncirvari QƏZA: Xəsarət alan var – FOTO

Evlilikdən uzaq duran 3 bürc

Evlilikdən uzaq duran 3 bürc

Ötən gün bəzi ərazilərə yağış yağıb, külək əsib

Ötən gün bəzi ərazilərə yağış yağıb, külək əsib

"Arsenal"dan 90 milyon avroluq yeni transfer

"Arsenal"dan 90 milyon avroluq yeni transfer

Kiyev kütləvi hücum: 9 ölü, 27 yaralı var – FOTO/VİDEO

Kiyev kütləvi hücum: 9 ölü, 27 yaralı var – FOTO/VİDEO

Prezident: “Azərbaycan məşvərət formatının fəal üzvü olacaq” – VİDEO

Prezident: “Azərbaycan məşvərət formatının fəal üzvü olacaq” – VİDEO

Bakı Qızlar Universitetinin bağlanması qəbul planlarına necə təsir edəcək?

Bakı Qızlar Universitetinin bağlanması qəbul planlarına necə təsir edəcək?

“2017-ci ildən etibarən Bakıda, ata evimdə yaşayıram”- Sevil Əliyeva

“2017-ci ildən etibarən Bakıda, ata evimdə yaşayıram”- Sevil Əliyeva

Qızıl və gümüş UCUZLAŞDI

Qızıl və gümüş UCUZLAŞDI

İlham Əliyev: “Azərbaycan və Qırğızıstanı tarix, mədəniyyətlə bağlı çox şey birləşdirir” – VİDEO

İlham Əliyev: “Azərbaycan və Qırğızıstanı tarix, mədəniyyətlə bağlı çox şey birləşdirir” – VİDEO

Sabunçuda qadın qətlə yetirildi, oğlu SAXLANILDI

Sabunçuda qadın qətlə yetirildi, oğlu SAXLANILDI

Nəriman Həsənzadə Fəxri xiyabanda dəfn olunacaq

Nəriman Həsənzadə Fəxri xiyabanda dəfn olunacaq

Bu məhsulları soyuducuda saxlamaq olmaz

Bu məhsulları soyuducuda saxlamaq olmaz

SON DƏQİQƏ! MİQ üzrə nəticələr AÇIQLANDI

SON DƏQİQƏ! MİQ üzrə nəticələr AÇIQLANDI

Vacib sənədləri komputerdə, yoxsa telefonda saxlayaq? - AÇIQLAMA

Vacib sənədləri komputerdə, yoxsa telefonda saxlayaq? - AÇIQLAMA

Bosniya və Herseqovina ilə Sinqapur vətəndaşları Azərbaycana vizasız gələ BİLƏCƏKLƏR

Bosniya və Herseqovina ilə Sinqapur vətəndaşları Azərbaycana vizasız gələ BİLƏCƏKLƏR

İlham Əliyevdən İsveçrə Prezidentinə MƏKTUB

İlham Əliyevdən İsveçrə Prezidentinə MƏKTUB

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Qanunsuz saxlanılan silahlar aşkarlandı

“Alya”nın ilk sevgisi o olacaq

“Alya”nın ilk sevgisi o olacaq

Tutduğu balıqlar sayəsində milyonçu oldu

Tutduğu balıqlar sayəsində milyonçu oldu

Şənbə və bazar günləri hava necə olacaq?

Şənbə və bazar günləri hava necə olacaq?

İnternetdən həddindən çox istifadə edənlərin NƏZƏRİNƏ!

İnternetdən həddindən çox istifadə edənlərin NƏZƏRİNƏ!

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər SAXLANILDI

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər SAXLANILDI

End of content

No more pages to load

RADİO