Fransızların üçdə ikisi (63%) prezident Emmanuel Makronun istefasını tələb edir.
Bizim.Media xəbər verir ki, bu informasiya BFMTV televiziya kanalının sifarişi ilə Elabe İnstitutu tərəfindən aparılan sorğuda yer alıb.
Anketə görə, fransızların əksəriyyəti hesab edir ki, hökumət Makrona qarşı inamsızlıqla bağlı səs versə, bunun məsuliyyətini şəxsən Fransa prezidentinin özü daşımalıdır. Respondentlərin 53% -i bu fikirdə olub.
Qeyd edək ki, hökumət və prezidentə inam məsələləri 2025-ci il üçün Fransanın büdcəsi haqqında səsvermə fonunda fəal şəkildə müzakirə olunur.
Bizim.Media