COP29 prezidenti: Razılaşdırılmış 300 milyard dollar qrupumuzun əzmkarlığı sayəsində əldə edildi - FOTO

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29 prezidenti Muxtar Babayev sənayecə inkişaf etmiş ölkələrin maliyyə öhdəliklərinin artırılmasına qarşı çıxış etməsinin Bakıda keçirilən iqlim sammitini az qala pozduğunu bildirib.

Bizim.Media trend.az-a istinadən xəbər verir ki, bu barədə o, “The Guardian” qəzetində dərc olunan məqaləsində yazıb.


“COP29-un bitməsinə iki gün qalmış Qlobal Cənubdan olan ölkələr – inkişaf etməkdə olan 100-dən çox dövlət sənayecə inkişaf etmiş ölkələrin 250 milyard dollar məbləğində töhfəsini nəzərdə tutan maliyyə paketini rədd etdi”, – deyə o, “The Guardian” qəzetində dərc olunan məqaləsində qeyd edib.

O əlavə edib ki, inkişaf etməkdə olan bazarlar və kiçik ada dövlətləri iqlim dəyişikliyində məsuliyyət daşımır və bir çoxları bu ilkin rəqəmi qeyri-kafi hesab edərək qəbul etmədi.

Bununla belə, zəngin ölkələrin müqavimətinə baxmayaraq, Azərbaycan tərəfi məbləğin 300 milyard dollara qədər artırılmasına nail olub. Lakin Muxtar Babayevin sözlərinə görə, hətta bu mühüm irəliləyiş iqlim dəyişikliyinin fəlakətli təsirlərini önləmək üçün tələb olunan 1 trilyon dollar həcmində minimal məbləğə çatmaq üçün kifayət etmir.

“Razılaşdırılmış 300 milyard dollar, əvvəlki gün təklif olunan 250 milyard dollardan irəliyə doğru bir addımdır və bu artım tamamilə danışıqlar qrupumuzun əzmkarlığı sayəsində əldə edildi”, – deyə o vurğulayıb.

Prezident sənayecə inkişaf etmiş ölkələri danışıqların əvvəlki mərhələlərində “təəssübkeşlik” göstərməkdə tənqid edib.

Muxtar Babayev, həmçinin, Qlobal Cənub ölkələrinin maliyyə təkliflərinin gec açıqlanmasından narazı olduğunu qeyd edib.

“Bu yanaşma haqlı olaraq prosesə gerçək bir görünüş verdi”, – deyə o bildirib.

Braziliyanın Belen şəhərində keçiriləcək COP30 sammiti ərəfəsində COP29 prezidenti Bakıda əldə edilən razılaşmanın yalnız yolun başlanğıcı olduğunu qəbul edib.

“Bakıda əldə edilən razılaşmalar antropogen iqlim dəyişikliyinin təsirlərini yavaşlatmağa kömək edəcək, lakin bu kifayət deyil. Kim ödəməlidir sualı ətrafında müzakirələr davam edir. Biz hərəkətləri nə qədər gecikdirsək, xərclər bir o qədər çoxalır”, – deyə M.Babayev yekunlaşdırıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tehranda mitinq zamanı Tramp və Netanyahunun fotoları yandırılır - VİDEO

Tehranda mitinq zamanı Tramp və Netanyahunun fotoları yandırılır - VİDEO

Maya Sandu Moldovanın Rumıniya ilə birləşməsinə RAZILIQ VERDİ

Maya Sandu Moldovanın Rumıniya ilə birləşməsinə RAZILIQ VERDİ

Azərbaycanda 8 dövlət qurumu LƏĞV EDİLDİ

Azərbaycanda 8 dövlət qurumu LƏĞV EDİLDİ

“Sabah”ın hücumçusu komandaya nə vaxt qoşulacaq?

“Sabah”ın hücumçusu komandaya nə vaxt qoşulacaq?

Şəkidə ehtiyatsızlıqdan ölüm faktı ilə bağlı cinayət işi BAŞLANDI

Şəkidə ehtiyatsızlıqdan ölüm faktı ilə bağlı cinayət işi BAŞLANDI

Zərərli səhər yeməklərinin SİYAHISI - Onlardan uzaq durun…

Zərərli səhər yeməklərinin SİYAHISI - Onlardan uzaq durun…

Deputat yerinə öz qızını TƏYİN ETDİ

Deputat yerinə öz qızını TƏYİN ETDİ

Şəkidəki ölüm hadisəsi ilə bağlı xəstəxanadan AÇIQLAMA

Şəkidəki ölüm hadisəsi ilə bağlı xəstəxanadan AÇIQLAMA

“Sumqayıt” Serbiya klubuna UDUZDU

“Sumqayıt” Serbiya klubuna UDUZDU

Avstraliya İran səfirini ölkədən QOVDU

Avstraliya İran səfirini ölkədən QOVDU

"Komendant pulu" ləğv olunur: Binalarda pul yığımına dövlət nəzarəti gəlir

"Komendant pulu" ləğv olunur: Binalarda pul yığımına dövlət nəzarəti gəlir

Yasamalda evdən və avtomobildən oğurluq edənlər SAXLANILDILAR

Yasamalda evdən və avtomobildən oğurluq edənlər SAXLANILDILAR

Tezliklə çətin sınaqlarla qarşılaşacaq BÜRCLƏR

Tezliklə çətin sınaqlarla qarşılaşacaq BÜRCLƏR

"Neftçi" Misir klubu ilə QARŞILAŞACAQ

"Neftçi" Misir klubu ilə QARŞILAŞACAQ

Müvəqqəti fəaliyyət göstərən xüsusi icra məmurlarının xidmət haqqı BELƏ ÖDƏNİLƏCƏK

Müvəqqəti fəaliyyət göstərən xüsusi icra məmurlarının xidmət haqqı BELƏ ÖDƏNİLƏCƏK

Paytaxtın bəzi küçələrində SIXLIQ VAR

Paytaxtın bəzi küçələrində SIXLIQ VAR

Xırdalan bazarında nöqsanlar aşkarlandı -FOTO/VİDEO

Xırdalan bazarında nöqsanlar aşkarlandı -FOTO/VİDEO

"İkinci əl" şkaf alan kişi içindən 7,5 milyon dollar PUL TAPDI

"İkinci əl" şkaf alan kişi içindən 7,5 milyon dollar PUL TAPDI

Güclü külək əsəcək – BU TARİXDƏ

Güclü külək əsəcək – BU TARİXDƏ

Dövlət hesabına xaricdə təhsil almaq istəyənlərin DİQQƏTİNƏ!

Dövlət hesabına xaricdə təhsil almaq istəyənlərin DİQQƏTİNƏ!

Gimnaziya direktoru kabinetində yaralandı - 1000 manat cərimələndi – FOTO

Gimnaziya direktoru kabinetində yaralandı - 1000 manat cərimələndi – FOTO

Ukrayna ordusunda döyüşən daha bir azərbaycanlı həlak oldu – FOTO

Ukrayna ordusunda döyüşən daha bir azərbaycanlı həlak oldu – FOTO

Evlərdən oğurluq edən şəxslər SAXLANILDI

Evlərdən oğurluq edən şəxslər SAXLANILDI

SMS kodlarını paylaşmayın! - İKTA-dan XƏBƏRDARLIQ

SMS kodlarını paylaşmayın! - İKTA-dan XƏBƏRDARLIQ

End of content

No more pages to load

RADİO