Hərbi prokuror DİN-in Daxili Qoşunlarının hərbi qulluqçuları ilə görüşüb - FOTO

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlməsinin 55-ci ildönümü, ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Prezident İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamının icrası və COP29-un mahiyyəti, eləcə də hüquqi biliklərlə bağlı maarifləndirmə ilə əlaqədar hərbi prokuror Xanlar Vəliyev Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının N saylı hərbi hissəsində hərbi qulluqçularla görüş keçirib.

Hərbi Prokurorluqdan Bizim.Media-ya bildirilib ki, Azərbaycan Respublikası Baş prokurorunun müavini - hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevin iştirakı, Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və DİN-in Daxili Qoşunlarının yüksəkrütbəli hərbi qulluqçularının Quba rayonunda rayon rəhbərliyi ilə birgə keçirdikləri tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin və şəhidlərin abidələri önünə gül dəstələri düzülərək, onların əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla anılıb, Allahdan onlara rəhmət, qazilərə şəfa arzulanıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev, Daxili Qoşunlar komandanının müavini, general-mayor İnqilab Muradov, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov çıxışlarında istiqlal yolumuzu və firavan istiqbalımızı nurlandıran dünyaşöhrətli siyasətçi Ulu Öndər Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə zamanın tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 21 ildə ölkəmizdə görülmüş müstəsna işlərdən, həyata keçirilmiş hərtərəfli dərin islahatlardan, bütün sahələrdə qazanılmış misilsiz uğurların qazanılmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin mühüm əhəmiyyət kəsb etməsindən danışıblar.

Eləcə də ətraf mühitin daha da sağlamlaşdırılmasından və etibarlı qorunmasından söz açılıb.

Habelə ölkə rəhbərinin uğurlu xarici siyasəti sayəsində dövlətimizin beynəlxalq aləmdə artan nüfuzundan, o cümlədən Azərbaycanda keçirilmiş COP29-un mahiyyətindən, əhəmiyyətindən və uğurlu təşkilindən, eyni zamanda, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərindən, hüquq və vəzifələrdən, həmçinin ekoloji qanun pozuntularından, o cümlədən ekoloji cinayətlərdən və məsuliyyətdən bəhs edilib.

Daha sonra hərbi qulluqçular qarşısında hüquqi maarifləndirici məzmunlu çıxışlar olub. Onları maraqlandıran suallar cavablandırılıb. Eləcə də hərbçilərin məişət və xidmət şəraiti, həmçinin qayğı və problemləri ilə maraqlanılıb.

Tədbirdən sonra ağaclar əkilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsrail yenə Livanı BOMBALADI...

İsrail yenə Livanı BOMBALADI...

Bütün pulunu brend çantalara xərcləyir - VİDEO

Bütün pulunu brend çantalara xərcləyir - VİDEO

Merts Fitsoya: Moskvadan qayıtsın, onu ciddi söhbət gözləyir!

Merts Fitsoya: Moskvadan qayıtsın, onu ciddi söhbət gözləyir!

Azərbaycanda uşaq bağçasının həyətindən meyit tapıldı

Azərbaycanda uşaq bağçasının həyətindən meyit tapıldı

Fermerin 20 ton ot pressi yandı - FOTO/VİDEO

Fermerin 20 ton ot pressi yandı - FOTO/VİDEO

“Qəbələ” – “Qarabağ” görüşündə bərabərlik - VİDEO

“Qəbələ” – “Qarabağ” görüşündə bərabərlik - VİDEO

Lavrov: Ukrayna bu qabiliyyətini itirib ...

Lavrov: Ukrayna bu qabiliyyətini itirib ...

Müctəba Xameneinin sağlamlıq vəziyyəti barədə bəzi TƏFƏRRÜATLAR

Müctəba Xameneinin sağlamlıq vəziyyəti barədə bəzi TƏFƏRRÜATLAR

Şəmkirdə "Qazel"dən başı kəsilmiş inək tapıldı: 2 nəfər HƏBS OLUNDU

Şəmkirdə "Qazel"dən başı kəsilmiş inək tapıldı: 2 nəfər HƏBS OLUNDU

Gəncədə zavod ərazisində YANĞIN - FOTO

Gəncədə zavod ərazisində YANĞIN - FOTO

İsrail ordusu HƏMAS-ın silah anbarını məhv etdi - VİDEO

İsrail ordusu HƏMAS-ın silah anbarını məhv etdi - VİDEO

Torpağımızı böyük dərəcədə bərbad vəziyyətə salıblar...

Torpağımızı böyük dərəcədə bərbad vəziyyətə salıblar...

İran DÇ-2026-da iştirakla bağlı şərtlərini AÇIQLADI

İran DÇ-2026-da iştirakla bağlı şərtlərini AÇIQLADI

Britaniya Hörmüz boğazına hərbi gəmisini göndərə bilər

Britaniya Hörmüz boğazına hərbi gəmisini göndərə bilər

Heydər Əliyev Ukrayna xalqının genefondunu necə xilas etmişdi? – Tarixi faktlar – VİDEO

Heydər Əliyev Ukrayna xalqının genefondunu necə xilas etmişdi? – Tarixi faktlar – VİDEO

Prezident Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdü - FOTOLAR

Prezident Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdü - FOTOLAR

Akif İslamzadənin DURUMU: oğlu DANIŞDI

Akif İslamzadənin DURUMU: oğlu DANIŞDI

Həmin sürücünün toy maşını avtobus oldu - VİDEO

Həmin sürücünün toy maşını avtobus oldu - VİDEO

Səngəçalda qazla işləyən elektrik stansiyası DAYANDIRILACAQ

Səngəçalda qazla işləyən elektrik stansiyası DAYANDIRILACAQ

Alman əsirlərin Bakıda tikdikləri möhtəşəm BİNALAR - FOTO

Alman əsirlərin Bakıda tikdikləri möhtəşəm BİNALAR - FOTO

Azərbaycanda tapdığı daşı satışa çıxardı: qramı 2 milyon dollar... - VİDEO

Azərbaycanda tapdığı daşı satışa çıxardı: qramı 2 milyon dollar... - VİDEO

Alça yığarkən ağacdan yıxıldı

Alça yığarkən ağacdan yıxıldı

Bu şəxslər ALMADAN uzaq durmalıdır

Bu şəxslər ALMADAN uzaq durmalıdır

Sabah Azərbaycandan Ermənistana dizel yanacağı ixrac olunacaq

Sabah Azərbaycandan Ermənistana dizel yanacağı ixrac olunacaq

End of content

No more pages to load

RADİO