Ombudsman İƏT-in Baş katibi ilə görüşdə Azərbaycanda mina probleminin həllində dəstək istəyib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein İbrahim Taha ilə görüş keçirib.

Bizim.Media xəbər verir ki, görüş zamanı Ombudsman insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi fəaliyyəti barədə ətraflı məlumat verib.

Fəaliyyətində beynəlxalq əməkdaşlığa mühüm önəm verdiyini bildirən Müvəkkil regional və beynəlxalq təşkilatlarla, o cümlədən İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyası (İƏT OA) və Asiya Ombudsmanlar Assosiasiyası çərçivəsində üzv ölkələrin ombudsman və milli insan hüquqları institutları ilə mövcud olan qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi istiqamətində addımlar atdığını qeyd edib. S.Əliyeva insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi istiqamətində İƏT OA-ya üzv ölkələrin milli insan hüquqları təsisatları arasında birgə fəaliyyətin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.
 

Azərbaycan torpaqlarının otuz ilə yaxın müddətdə Ermənistan tərəfindən işğal edildiyini diqqətə çatdıran Ombudsman həmin dövr ərzində İƏT-in ölkəmizə dəstək verdiyini, Xocalı soyqırımını tanıdığını, işğal altında olan torpaqlarımızın azad edilməsi tələbi ilə bağlı qətnamələrin qəbul edildiyini məmnunluqla xatırladıb.


Ermənistanın ərazilərimizdə törətdiyi ekosid cinayətləri barədə də məlumat verən Müvəkkil ekologiyaya ciddi zərər vurulduğunu, torpaqlarımızın minalarla çirkəndirildiyini bildirib.

Ombudsman basdırılmış minaların dəqiq xəritələrinin indiyədək ölkəmizə təqdim edilmədiyini, mina probleminin mülki şəxslərin həyat və sağlamlığına, keçmiş məcburi köçkünlərin öz yurdlarına təhlükəsiz qayıdışına və həyata keçirilən bərpa-quruculuq işlərinə ciddi maneə törətdiyini qeyd edib.

Bütün bunlar nəzərə alınmaqla, mövcud problemin aradan qaldırılması üzrə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr tərəfindən dəstəyin artırılmasının olduqca mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein İbrahim Taha öz növbəsində səmimi görüşə görə təşəkkürünü bildirərək, Azərbaycanın İƏT-in fəal üzvü olduğunu qeyd edib. Baş katib dəfələrlə ölkəmizə səfər etdiyini, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinin islam dünyasında rəğbətlə qarşılandığını, işğaldan azad olunmuş ərazilərimizdəki bərpa-quruculuq fəaliyyəti ilə yerində tanış olduğunu da diqqətə çatdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukrayna Rusiya ərazisindəki strateji hədəfləri vurdu – VİDEO

Ukrayna Rusiya ərazisindəki strateji hədəfləri vurdu – VİDEO

Azərbaycanda hansı şəhərlərdəki köhnə binalar söküləcək?

Azərbaycanda hansı şəhərlərdəki köhnə binalar söküləcək?

Ukrayna Almaniya ilə birgə reaktiv dronların istehsalına başlayır – VİDEO

Ukrayna Almaniya ilə birgə reaktiv dronların istehsalına başlayır – VİDEO

İt-pişiyə allergiyası olanlara şad xəbər – Vaksini yaradılır

İt-pişiyə allergiyası olanlara şad xəbər – Vaksini yaradılır

Rusiya dronu Kiyevdə Troyeşina bazarının yaxınlığına düşdü – FOTO

Rusiya dronu Kiyevdə Troyeşina bazarının yaxınlığına düşdü – FOTO

Qazaxıstan rusiyalıları benzinsiz QOYDU

Qazaxıstan rusiyalıları benzinsiz QOYDU

Bakıda ər-arvadın meyiti tapıldı

Bakıda ər-arvadın meyiti tapıldı

“28 Mall”ın yaxınlığında ağac aşdı – VİDEO

“28 Mall”ın yaxınlığında ağac aşdı – VİDEO

"Pul xərcləməyən kişini yumurtlamayan toyuq kimi görürəm"

"Pul xərcləməyən kişini yumurtlamayan toyuq kimi görürəm"

Balakəndə 43 yaşlı kişini sel apardı

Balakəndə 43 yaşlı kişini sel apardı

LİMAN ESTATE – BAKIDA YENİ YAŞAM STANDARTI

LİMAN ESTATE – BAKIDA YENİ YAŞAM STANDARTI

Pirşağıda avtomobillərin düşdüyü quyu ilə bağlı RƏSMİ AÇIQLAMA – FOTO

Pirşağıda avtomobillərin düşdüyü quyu ilə bağlı RƏSMİ AÇIQLAMA – FOTO

SON DƏQİQƏ! YAP-ın təşkilat sədri saxlanıldı

SON DƏQİQƏ! YAP-ın təşkilat sədri saxlanıldı

Şuşanın Kiçik Qaladərəsi kəndinə İLK KÖÇ – FOTO

Şuşanın Kiçik Qaladərəsi kəndinə İLK KÖÇ – FOTO

“Zirə” braziliyalı müdafiəçi ilə ANLAŞDI

“Zirə” braziliyalı müdafiəçi ilə ANLAŞDI

Bakı metrosunda iş saatı uzadılacaq

Bakı metrosunda iş saatı uzadılacaq

Prezidentdən Mikayıl Cabbarov ilə bağlı SƏRƏNCAM

Prezidentdən Mikayıl Cabbarov ilə bağlı SƏRƏNCAM

Pərviz Şahbazova yeni VƏZİFƏ VERİLDİ

Pərviz Şahbazova yeni VƏZİFƏ VERİLDİ

Xanımı Messini belə təbrik etdi – FOTO

Xanımı Messini belə təbrik etdi – FOTO

Şuşadakı abidələrin korlanması QADAĞAN EDİLDİ

Şuşadakı abidələrin korlanması QADAĞAN EDİLDİ

"İçərişəhər"lə bağlı YENİ QADAĞA

"İçərişəhər"lə bağlı YENİ QADAĞA

Yalçın Rəfiyev və Samir Şərifova fövqəladə və səlahiyyətli səfir rütbəsi VERİLDİ

Yalçın Rəfiyev və Samir Şərifova fövqəladə və səlahiyyətli səfir rütbəsi VERİLDİ

Bir qrup diplomata diplomatik rütbələr verildi – ADLAR

Bir qrup diplomata diplomatik rütbələr verildi – ADLAR

İrandan ABŞ-a CAVAB: Küveyt və Bəhreyn ballistik raketlərlə belə vuruldu – ANBAAN VİDEO

İrandan ABŞ-a CAVAB: Küveyt və Bəhreyn ballistik raketlərlə belə vuruldu – ANBAAN VİDEO

End of content

No more pages to load

RADİO