Karib Ölkələri Birliyinin Baş katibi: “COP29 yüksək səviyyədə təşkil olunub” - FOTO

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Karib Ölkələri Birliyinin (CARICOM) Baş katibi Karla Barnet ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə Azərbaycan və CARICOM arasında əməkdaşlıq perspektivləri, habelə ölkəmizin COP29 sədrliyi çərçivəsində həyata keçirilə biləcək təşəbbüslər müzakirə olunub.

Nazir Ceyhun Bayramov CARICOM tərəfindən ölkəmizə ilk səfərin Azərbaycanın Birliklə əməkdaşlığının inkişaf etdirilməsi üçün yaxşı fürsət olduğunu qeyd edərək, əməkdaşlıq üçün mövcud imkanların müzakirəsi baxımından bu kimi təmasların artırılmasının vacibliyini diqqətə çatdırıb.
 

Xüsusilə, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə ölkəmiz tərəfindən 20 kiçik ada dövləti daxil olmaqla, ümumilikdə 80-dən artıq ölkəyə humanitar yardım göstərildiyi, bu ölkələr sırasında CARICOM-a üzv 12 dövlətin də olduğu qeyd edilib. Azərbaycan və CARICOM-a üzv dövlətlər, habelə xalqlarımız arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyi qeyd olunub, bu istiqamətdə təhsil sahəsində əməkdaşlığın, ölkəmiz tərəfindən həyata keçirilən təqaüd proqramlarının əhəmiyyəti diqqətə çatdırılıb. Azərbaycanın COP29 Sədrliyi, əsas prioritet və istiqamətlərdən ətraflı bəhs edən nazir Ceyhun Bayramov ölkəmizin təşəbbüslərinə, xüsusilə inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitinin keçirilməsinə göstərilən dəstəyə görə CARICOM-a təşəkkür edib, sədrliyimiz dövründə iqlim dəyişikliyi ilə mübarizə sahəsində daha yaxından əməkdaşlıq etməyə hazır olduğumuzu bildirib.


Baş katib Karla Barnet COP29 Sədrliyinin kifayət qədər mürəkkəb və məsuliyyət tələb edən platforma olmasına baxmayaraq, ölkəmiz tərəfindən sessiyanın yüksək səviyyədə təşkil olunduğunu qeyd edib və bu münasibətlə ölkəmizi təbrik edib, sədrlik dövründə uğurlar arzu edib. Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SON DƏQİQƏ! Azərbaycanda zəlzələ baş verdi – FOTO

SON DƏQİQƏ! Azərbaycanda zəlzələ baş verdi – FOTO

Yalnız yaşayan qadınlar niyə daha xoşbəxtdir?

Yalnız yaşayan qadınlar niyə daha xoşbəxtdir?

Torpaq almaq istəyənlərin NƏZƏRİNƏ – Apreldən etibarən...

Torpaq almaq istəyənlərin NƏZƏRİNƏ – Apreldən etibarən...

Dövlət əleyhinə çağırışlar edən şəxsdən YENİ XƏBƏR VAR

Dövlət əleyhinə çağırışlar edən şəxsdən YENİ XƏBƏR VAR

Cəlilabadda motosiklet ambulans avtomobili ilə toqquşdu

Cəlilabadda motosiklet ambulans avtomobili ilə toqquşdu

Ağdaşda əyləci tutmayan avtomobil mağazaya girdi – VİDEO

Ağdaşda əyləci tutmayan avtomobil mağazaya girdi – VİDEO

Şahin Şıxlinskiyə qarşı 22 milyonluq İDDİA

Şahin Şıxlinskiyə qarşı 22 milyonluq İDDİA

Bakıda narkotacir belə tutuldu – ANBAAN VİDEO

Bakıda narkotacir belə tutuldu – ANBAAN VİDEO

Omar Muradov “Neftçi”nın transfer HƏDƏFİNDƏ

Omar Muradov “Neftçi”nın transfer HƏDƏFİNDƏ

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

Autizmli ilk “Barbie” kuklası satışa çıxarıldı – FOTO

Autizmli ilk “Barbie” kuklası satışa çıxarıldı – FOTO

Xaçmazda 50 yaşlı kişinin meyiti tapıldı - ÖZƏL

Xaçmazda 50 yaşlı kişinin meyiti tapıldı - ÖZƏL

4 ildir çapı yubanan Orfoqrafiya lüğəti nə vaxt NƏŞR olunacaq? – RƏSMİ AÇIQLAMA

4 ildir çapı yubanan Orfoqrafiya lüğəti nə vaxt NƏŞR olunacaq? – RƏSMİ AÇIQLAMA

Ev kirayə verənlərin nəzərinə - Cərimə 5 dəfə artırılıb

Ev kirayə verənlərin nəzərinə - Cərimə 5 dəfə artırılıb

Bakı metrosunda yeni tarif? – RƏSMİ AÇIQLAMA VERİLDİ

Bakı metrosunda yeni tarif? – RƏSMİ AÇIQLAMA VERİLDİ

Yardımlıda gənc feldşer vəfat etdi - FOTO

Yardımlıda gənc feldşer vəfat etdi - FOTO

Ali Məhkəmədən müflis banklarla bağlı MÜHÜM QƏRAR

Ali Məhkəmədən müflis banklarla bağlı MÜHÜM QƏRAR

Bakıda yeni asfalt çəkilən ərazi bir gün sonra TAMAMİLƏ ÇÖKDÜ - FOTO

Bakıda yeni asfalt çəkilən ərazi bir gün sonra TAMAMİLƏ ÇÖKDÜ - FOTO

Neftimiz bahalaşdı

Neftimiz bahalaşdı

Sumqayıtda AĞIR QƏZA – Avtomobil alovlara qərq oldu – VİDEO

Sumqayıtda AĞIR QƏZA – Avtomobil alovlara qərq oldu – VİDEO

Şagird yerdəyişməsi üçün SON GÜN

Şagird yerdəyişməsi üçün SON GÜN

Rusiya Xarkova zərbə endirdi - 4 ölü, 6 yaralı var - VİDEO

Rusiya Xarkova zərbə endirdi - 4 ölü, 6 yaralı var - VİDEO

Buzlar əridi, yeni münaqişə ÜZƏ ÇIXDI – ABŞ-la Avropa arasında gərginlik PİK HƏDDƏ

Buzlar əridi, yeni münaqişə ÜZƏ ÇIXDI – ABŞ-la Avropa arasında gərginlik PİK HƏDDƏ

ABŞ-dan sərt viza QƏRARI

ABŞ-dan sərt viza QƏRARI

End of content

No more pages to load

RADİO