Ev kirayə verənlərin nəzərinə - Cərimə 5 dəfə artırılıb

Vergi Məcəlləsinə edilən dəyişikliklər çərçivəsində 2026-cı il yanvarın 1-dən fiziki şəxslərə aid yaşayış sahələrinin fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərə 10 faiz vergi tətbiq olunur. İndiyədək belə şəxslər arasında evlərin kirayəyə verilməsindən əldə olunan gəlirdən 14 faiz vergi tutulurdu.

Bizim.Media xəbər verir ki, bu dəyişiklik o deməkdir ki, evini 400 manata kirayə vermiş şəxs artıq aylıq 56 manat yox, 40 manat vergi ödəməlidir. Yenilik sahibkarlıq fəaliyyəti çərçivəsində icarəyə verilən, yaxud hüquqi şəxslərə kirayəyə verilən əmlaklara aid deyil. Bu kateqoriya üçün 14 faizlik vergi dərəcəsi dəyişməz olaraq qalır.

Dəyişiklik heç də ev kirayəsindən gəlir əldə edənlərin daha az vergi ödəməsi xarakteri daşımır. Məqsəd vergidən yayınma hallarının qarşısını almaq, fiziki şəxslərə məxsus evlərin kirayə müqavilələrinin və bu müqavilələr üzrə əməliyyatların rəsmiləşdirilməsini təşviq etməkdir.
 

Vergidən yayınma hallarının qarşısının alınması sahəsində daha bir yenilik isə maliyyə sanksiyaları (cərimə) ilə bağlıdır. Belə ki, 2026-cı ildən vergi orqanında qeydiyyata alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində cərimə müəyyən edilib. Bu əmələ görə cərimə əvvəl də olsa da, məbləği 40 manat idi. Bu da o deməkdir ki, evini kirayə verən şəxs vergi qeydiyyatına alınmaq üçün ərizə vermədiyi halda artıq 40 manat yox, 200 manat cərimə olunacaq.


Qeyd edək ki, bundan başqa, vergi ödəyicisi əldə etdiyi kirayə haqlarına görə vergi orqanına müəyyən olunmuş müddətdə hesabat təqdim etmədiyinə görə 40 manat məbləğində cərimə olunur. Həmçinin verginin hesabatda göstərilən məbləği real məbləğinə nisbətən azaldılıbsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılıbsa, azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında cərimə tətbiq edilir.

Lakin o da vurğulanmalıdır ki, evini kirayəyə verən şəxs vergi orqanında qeydiyyata alınmadan da əldə etdiyi gəlirə görə vergi ödənişini həyata keçirə bilər.

Belə ki, 2025-ci il yanvarın 1-dən kirayə gəliri əldə edən vətəndaşlara özləri vergi orqanında qeydiyyata durmadan agent müəyyən etmək və vergi öhdəliklərini yerinə yetirmək vəzifəsini həmin şəxsə həvalə etmək hüququ verilib. Qanunvericiliyə görə, vergi agenti vergini hesablayır, onu vergi ödəyicisindən tutur və təyinatı üzrə köçürür. Vergi ödəyicilərinə ödənilən gəlirlərin, onlardan tutulan və təyinatı üzrə köçürülən vergilərin, o cümlədən hər vergi ödəyicisi üzrə ayrıca qeydiyyat aparmaq vergi agentinin öhdəliyidir.

Təcrübədə evini müqavilə bağlamadan kirayəyə verilməsi hallarında ev sahibləri ilə yanaşı, kirayəçilərin də məsuliyyətə cəlb olunduğu hallara rast gəlmək olur. Belə ki, bu halda yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməmək kirayəçilər üçün məsuliyyət yaradır. Bu halda İnzibati Xətalar Məcəlləsinə görə, vətəndaşın yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə xəbərdarlıq edilir və ya 30 manat məbləğində cərimə edilir. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiya Bidzina İvanişvilinin qardaşının şirkətinə sanksiya TƏTBİQ ETMƏDİ

Rusiya Bidzina İvanişvilinin qardaşının şirkətinə sanksiya TƏTBİQ ETMƏDİ

Küçə itləri İranın Gürcüstandakı səfirinə hücum etdilər – AYAĞI SINDI

Küçə itləri İranın Gürcüstandakı səfirinə hücum etdilər – AYAĞI SINDI

Gəncədəki zəncirvari qəzada xəsarət alanların SON DURUMU

Gəncədəki zəncirvari qəzada xəsarət alanların SON DURUMU

Evini kirayəyə verənlər üçün qaydalar açıqlandı

Evini kirayəyə verənlər üçün qaydalar açıqlandı

XİN Ekvatorial Qvineya və İspaniyanı təbrik etdi – FOTO

XİN Ekvatorial Qvineya və İspaniyanı təbrik etdi – FOTO

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

Əvvəl dayanacağa, sonra digər maşınlara çırpıldı – FOTO

Əvvəl dayanacağa, sonra digər maşınlara çırpıldı – FOTO

Kambocanın Baş naziri Heydər Əliyevin məzarını ziyarət etdi – FOTO

Kambocanın Baş naziri Heydər Əliyevin məzarını ziyarət etdi – FOTO

Kreditlərin verilməsi qaydaları dəyişdi

Kreditlərin verilməsi qaydaları dəyişdi

Ən dadlı narı necə seçmək olar?

Ən dadlı narı necə seçmək olar?

Paytaxtın köçürülməsi təklifinə yeni yanaşma – 5 rayonun adı çəkildi

Paytaxtın köçürülməsi təklifinə yeni yanaşma – 5 rayonun adı çəkildi

İqtisadiyyat üzrə Nobel mükafatının laureatları MƏLUM OLDU - FOTO

İqtisadiyyat üzrə Nobel mükafatının laureatları MƏLUM OLDU - FOTO

Kambocanın Baş naziri Zəfər parkını ziyarət etdi

Kambocanın Baş naziri Zəfər parkını ziyarət etdi

İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verildi - FOTO/VİDEO

İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verildi - FOTO/VİDEO

Bakıda dəbdəbəli toyda onlar oxudu – VİDEO

Bakıda dəbdəbəli toyda onlar oxudu – VİDEO

Cəmiyyətdə gərginlik yaradan paylaşımlarla bağlı ƏHALİYƏ ÇAĞIRIŞ

Cəmiyyətdə gərginlik yaradan paylaşımlarla bağlı ƏHALİYƏ ÇAĞIRIŞ

Qonşusunu təhdid edən şəxs həbs olundu

Qonşusunu təhdid edən şəxs həbs olundu

TDT-yə üzv dövlətlərin rəsmiləri Birgə Bəyannamə imzaladı – FOTO

TDT-yə üzv dövlətlərin rəsmiləri Birgə Bəyannamə imzaladı – FOTO

Pensiya artımları ilə bağlı AÇIQLAMA

Pensiya artımları ilə bağlı AÇIQLAMA

Avropa İttifaqı Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təsdiqlədi

Avropa İttifaqı Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təsdiqlədi

Ər-Riyad hava limanından yeni XƏBƏR VAR

Ər-Riyad hava limanından yeni XƏBƏR VAR

“Sahar Azəri”nin Azərbaycanla bağlı yalanı belə ifşa oldu – FOTO

“Sahar Azəri”nin Azərbaycanla bağlı yalanı belə ifşa oldu – FOTO

"MyGov" portalında azalan pensiya kapitalları nə vaxt bərpa olunacaq? – Rəsmi AÇIQLAMA

"MyGov" portalında azalan pensiya kapitalları nə vaxt bərpa olunacaq? – Rəsmi AÇIQLAMA

Məktəblərdə ictimai asayişi pozan 37 nəfər HƏBS EDİLDİ - RƏSMİ

Məktəblərdə ictimai asayişi pozan 37 nəfər HƏBS EDİLDİ - RƏSMİ

End of content

No more pages to load

RADİO