Şimali Makedoniya Prezidenti İlham Əliyevin QƏBULUNDA - FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkova ilə görüşüb.

Bizim.Media xəbər verir ki, Qordana Silyanovska-Davkova COP29-un yüksək səviyyədə təşkil edildiyini vurğulayaraq, tədbirin açılış mərasimində Azərbaycan mədəniyyəti ilə bağlı maraqlı təqdimatın olduğunu deyib.

Mədəni diplomatiyanı dəstəklədiyini qeyd edən ali qonaq Azərbaycan mədəniyyəti ilə tanış olmaqdan məmnunluğunu bildirib. O, Azərbaycanla əməkdaşlıq üçün geniş imkanların olduğunu vurğulayıb.

Prezident İlham Əliyev Qordana Silyanovska-Davkovanın ölkəmizə səfərinin münasibətlərimizin genişləndirilməsinə, iqtisadi-ticari və mədəni əlaqələrin inkişaf etdirilməsi işinə təkan verəcəyinə ümidvarlığını bildirib.

Dövlətimizin başçısı COP29-la əlaqədar Azərbaycana qarşı ədalətsiz təbliğatın aparıldığını vurğulayıb.

Şimali Makedoniyada sərmayələr imkanlarına toxunan Prezident İlham Əliyev Azərbaycanın Balkan ölkələri ilə əlaqələrinin inkişafına önəm verdiyini qeyd edib.

Görüşdə sərmayələr, kənd təsərrüfatı, turizm, təhsil, mədəniyyət sahələrində əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev Şimali Makedoniya dövlətinin başçısını ölkəmizə, Qordana Silyanovska-Davkova isə öz növbəsində dövlətimizin başçısını Şimali Makedoniya rəsmi səfərə dəvət edib. Dəvətlərlə bağlı qarşılıqlı minnətdarlıq ifadə olunub.

 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu legionerlər “Sabah”dan GEDƏCƏK

Bu legionerlər “Sabah”dan GEDƏCƏK

Ramiz Mehdiyevin şəriki binasından yığılan pulları Əli Kərimliyə ötürüb?

Ramiz Mehdiyevin şəriki binasından yığılan pulları Əli Kərimliyə ötürüb?

Orduxan Teymurxan, Qurban Məmmədov, Rəfael Piriyev və digərlərinə HÖKM OXUNDU

Orduxan Teymurxan, Qurban Məmmədov, Rəfael Piriyev və digərlərinə HÖKM OXUNDU

Bahar “Ağ şəhər”dən bahalı EV ALDI – VİDEO

Bahar “Ağ şəhər”dən bahalı EV ALDI – VİDEO

Bayram günlərində metroda iş saatı UZADILACAQ

Bayram günlərində metroda iş saatı UZADILACAQ

"Banu" şirniyyat sexində ciddi nöqsanlar aşkarlandı – FOTO

"Banu" şirniyyat sexində ciddi nöqsanlar aşkarlandı – FOTO

Bu il Azərbaycanda 63 kişi arvadı tərəfindən DÖYÜLÜB

Bu il Azərbaycanda 63 kişi arvadı tərəfindən DÖYÜLÜB

Baş nazir bu qaydanı təsdiq etdi

Baş nazir bu qaydanı təsdiq etdi

Bakı metrosunda retro vaqonlar nümayiş etdiriləcək - FOTO

Bakı metrosunda retro vaqonlar nümayiş etdiriləcək - FOTO

Buzlu yol Gədəbəydə QƏZAYA səbəb oldu – Xəsarət alanlar var

Buzlu yol Gədəbəydə QƏZAYA səbəb oldu – Xəsarət alanlar var

Rəsmi Bakı: “"Rus Evi"nin ləğvi məsələsi başa çatıb”

Rəsmi Bakı: “"Rus Evi"nin ləğvi məsələsi başa çatıb”

Növbəti köç karvanı Hadrut qəsəbəsinə çatdı – VİDEO

Növbəti köç karvanı Hadrut qəsəbəsinə çatdı – VİDEO

Bu hakimin fəaliyyətinə xitam verildi

Bu hakimin fəaliyyətinə xitam verildi

Ceyhun Bayramov: “Bu il Ermənistanla sülh prosesində böyük irəliləyiş əldə olunub”

Ceyhun Bayramov: “Bu il Ermənistanla sülh prosesində böyük irəliləyiş əldə olunub”

“Qarabağ” Yankoviçin transferindən nə qədər QAZANMAQ İSTƏYİR?

“Qarabağ” Yankoviçin transferindən nə qədər QAZANMAQ İSTƏYİR?

Bakcell lotereyasında 12-ci avtomobil uduldu!

Bakcell lotereyasında 12-ci avtomobil uduldu!

İranla İsrail arasında müharibə ANONSU – “Yeni zərbələr QAÇILMAZDIR” – EKSKLÜZİV

İranla İsrail arasında müharibə ANONSU – “Yeni zərbələr QAÇILMAZDIR” – EKSKLÜZİV

AFFA-dan bir turda olanlara görə 37 min manatlıq CƏRİMƏ

AFFA-dan bir turda olanlara görə 37 min manatlıq CƏRİMƏ

Səhərlər özünü yaxşı hiss etmək üçün beş vərdiş AÇIQLANDI

Səhərlər özünü yaxşı hiss etmək üçün beş vərdiş AÇIQLANDI

Növbəti köç karvanı Ağdamın Xıdırlı kəndinə çatdı – FOTO

Növbəti köç karvanı Ağdamın Xıdırlı kəndinə çatdı – FOTO

Qərb bölgəsində qar yağır – VİDEO

Qərb bölgəsində qar yağır – VİDEO

Biləsuvarda mənzil yanaraq kül oldu – FOTO

Biləsuvarda mənzil yanaraq kül oldu – FOTO

Leyla Əliyevanın təşəbbüsü ilə Gəncədə uşaq evində Yeni il tədbiri keçirildi - FOTO

Leyla Əliyevanın təşəbbüsü ilə Gəncədə uşaq evində Yeni il tədbiri keçirildi - FOTO

Bakıda müəllimlər 1088 manat maaş alırlar – RƏSMİ

Bakıda müəllimlər 1088 manat maaş alırlar – RƏSMİ

End of content

No more pages to load

RADİO