Prezident İlham Əliyev İspaniya Krallığı Hökumətinin Sədri ilə görüşüb - FOTO/VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də İspaniya Krallığı Hökumətinin Sədri Pedro Sançez ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Prezident İlham Əliyev İspaniyada baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı başsağlığını çatdırdı.

Pedro Sançez göstərilmiş həmrəyliyə və başsağlığına görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirdi.

Dövlət başçısı dəvəti qəbul edib COP29-da iştirak etdiyinə görə İspaniya Krallığı Hökumətinin Sədrinə təşəkkürünü ifadə etdi, onun ölkəmizə səfərinin ikitərəfli münasibətlərin inkişafına təkan verəcəyinə ümidvar olduğunu dedi.

Pedro Sançez COP29-a dəvətə görə dövlətimizin başçısına minnətdarlığını ifadə etdi. O, bu tədbirin yüksək səviyyədə təşkili ilə bağlı təbriklərini çatdırdı.

Qonaq qeyd etdi ki, gələn il İspaniyada BMT-nin Davamlı İnkişafın maliyyəlləşməsinə həsr olunmuş böyük tədbirinin keçirilməsi planlaşdırılır və COP29-un nəticələri də onun uğurlu olması işinə xidmət edəcək.

Prezident İlham Əliyev COP29-un artıq səmərəli nəticələr verməyə başladığını məmnunluqla vurğuladı.

İspaniya Hökumətinin Sədri Azərbaycanın Sivilizasiyalar Alyansına göstərdiyi töhfəni yüksək qiymətləndirdi.

Görüşdə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı, bunun üçün birgə işçi qrupunun yaradılması və biznes forumların keçirilməsi barədə razılıq əldə olundu.

Söhbət zamanı ölkələrimiz arasında sənaye, kənd təsərrüfatı, investisiyalar, infrastruktur layihələrinin icrası sahələrində böyük imkanların olduğu qeyd edildi, təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, Azərbaycanda İspaniya universitetlərinin açılması perspektivlərinə dair fikir mübadiləsi aparıldı.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“WhatsApp” bu smartfonlarda İŞLƏMƏYƏCƏK

“WhatsApp” bu smartfonlarda İŞLƏMƏYƏCƏK

Qədim kütləvi məzarlıq vəba pandemiyası barədə dəhşətli FAKTLAR ÜZƏ ÇIXARDI - FOTO

Qədim kütləvi məzarlıq vəba pandemiyası barədə dəhşətli FAKTLAR ÜZƏ ÇIXARDI - FOTO

Müharibəni aparan ABŞ və İran, qazanan isə RUSİYA OLDU

Müharibəni aparan ABŞ və İran, qazanan isə RUSİYA OLDU

“Zirə” Mikkelsə yeni müqavilə təklif edəcək

“Zirə” Mikkelsə yeni müqavilə təklif edəcək

Turan Topalova vəzifəsindən ayrıldı

Turan Topalova vəzifəsindən ayrıldı

İlham Əliyevin adından Çexiyanın Baş nazirinin şərəfinə rəsmi lanç verildi – FOTO

İlham Əliyevin adından Çexiyanın Baş nazirinin şərəfinə rəsmi lanç verildi – FOTO

Qalibafdan Trampa istehzalı cavab: “Kimin kartları bitib?”

Qalibafdan Trampa istehzalı cavab: “Kimin kartları bitib?”

Dünya İB Məktəbinin şagirdləri şahmat turnirində QALİB OLDULAR – FOTO

Dünya İB Məktəbinin şagirdləri şahmat turnirində QALİB OLDULAR – FOTO

55 yaşdan yuxarı olan şəxslərin NƏZƏRİNƏ

55 yaşdan yuxarı olan şəxslərin NƏZƏRİNƏ

Roma Papasının geyim tərzinin gizli mənaları açıqlandı – FOTO

Roma Papasının geyim tərzinin gizli mənaları açıqlandı – FOTO

Salyanda ağır qəza - Xəsarət alanlar var – VİDEO

Salyanda ağır qəza - Xəsarət alanlar var – VİDEO

Barak Obamanın qızından yeni XƏBƏR VAR – FOTO

Barak Obamanın qızından yeni XƏBƏR VAR – FOTO

Şəhid qızı ailə həyatı qurdu – FOTO

Şəhid qızı ailə həyatı qurdu – FOTO

Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”

Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”

Anar: “Təhminə obrazının bu qədər sevilməsinin sirrini mən də aydınlaşdıra bilməmişəm”

Anar: “Təhminə obrazının bu qədər sevilməsinin sirrini mən də aydınlaşdıra bilməmişəm”

Şaiq ANAMA əməkdaşı imiş - Yaxın günlərdə ata olacaqdı... – FOTO

Şaiq ANAMA əməkdaşı imiş - Yaxın günlərdə ata olacaqdı... – FOTO

SON DƏQİQƏ! Dünən keçirilən buraxılış imtahanının doğru cavabları AÇIQLANDI

SON DƏQİQƏ! Dünən keçirilən buraxılış imtahanının doğru cavabları AÇIQLANDI

Cici Hadid sevgilisindən aldığı dəbdəbəli hədiyyəni NÜMAYİŞ ETDİRDİ - FOTO

Cici Hadid sevgilisindən aldığı dəbdəbəli hədiyyəni NÜMAYİŞ ETDİRDİ - FOTO

Ermənistanda Rusiyanı dəstəkləyən onlarla “YouTube” kanalı silinib

Ermənistanda Rusiyanı dəstəkləyən onlarla “YouTube” kanalı silinib

İyun ayına qədər daha da zənginləşəcək BÜRCLƏR

İyun ayına qədər daha da zənginləşəcək BÜRCLƏR

“Qarabağ” Portuqaliyadan hücumçu GƏTİRİR

“Qarabağ” Portuqaliyadan hücumçu GƏTİRİR

Lerikdə yük maşını dərəyə aşdı: Ölən var – FOTO

Lerikdə yük maşını dərəyə aşdı: Ölən var – FOTO

Castin Timberleyklə Cessika Bil arasında YENİ QALMAQAL – Ailələri dağıla bilər

Castin Timberleyklə Cessika Bil arasında YENİ QALMAQAL – Ailələri dağıla bilər

Azərbaycanda quş qripi və Nyukasl xəstəliyi aşkarlanıb? – RƏSMİ

Azərbaycanda quş qripi və Nyukasl xəstəliyi aşkarlanıb? – RƏSMİ

End of content

No more pages to load

RADİO