“Bakı Stadionunda COP29-la bağlı inşaat işləri 99 faiz tamamlanıb”.
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında COP29 Azərbaycan Əməliyyat Şirkətinin Məkanların inşası departamentinin direktoru Azər Quliyev deyib.
O bildirib ki, bu axşam bütün işlər yekunlaşacaq və məkan Birləşmiş Millətlər Təşkilatına (BMT) təhvil veriləcək:
“Bu işlər istifadə olunan ərazilərin yenidən ən yaxşı səviyyəyə gətirilməsidir. Bütün infrastruktur dayanıqlı standartlara əsasən quraşdırılıb və ətrafda görünənlərin əksəriyyəti yenidən istifadə oluna bilən materiallardır”.
Bizim.Media