“Prezident Donald Trampla əla telefon danışığı apardım və onu heyrətamiz kampaniya nəticəsində əldə etdiyi tarixi qələbə münasibətilə təbrik etdim".
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski X hesabında yazıb.
"Biz intensiv dialoqu davam etdirmək və əməkdaşlığımızı təşviq etmək barədə razılığa gəldik.
ABŞ-ın güclü və möhkəm rəhbərliyi qlobal birlik və ədalətli dünya üçün həyati əhəmiyyət kəsb edir”, - deyə o, qeyd edib.
Bizim.Media